Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Marketinq və satış


30 ilə yaxındır ki, SOCAR öz marketinq və satış əməliyyatlarını həyata keçirir. Bu qısa müddətdə dünyanın bir çox ölkələrində topdansatış və pərakəndə satış üzrə uğurlu biznes sahələri qura bilib.

SOCAR Trading qlobal əmtəə ticarəti şirkətidir və 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq qolu kimi yaradılmışdır. Hazırda SOCAR Trading Cenevrə, London, Sinqapur, Dubay və Hyustonda yerləşən beş əsas ticarət ofisi vasitəsilə fəaliyyət göstərir. Şirkət Azeri Light markalı neftin beynəlxalq bazarlara əsas tədarükçüsü olmaqla yanaşı, üçüncü tərəflərlə ticarət sahəsində də fəaldır.

İllər ərzində SOCAR Trading, xüsusilə dövlətə məxsus qurumlarla müxtəlif işgüzar əlaqələr qurmuş və ticarət portfelini xam neft, yüngül və orta distillatlar, mazut, LPG, LNG, təbii qaz, neft-kimya məhsulları, gübrələr, eləcə də bioyanacaq və karbon ticarəti üzrə ardıcıl şəkildə şaxələndirmişdir.

Təbii qazın Azərbaycanda və xarici ölkələrdə abonentlərə paylanması və satışını SOCAR-ın törəmə müəssisələri həyata keçirir. Azərbaycan ərazisində bu fəaliyyətlə “Azəriqaz” İstehsalat Birliyi məşğul olur. Birlik 2 555 000-dən çox abonentə yüksək səviyyəli xidmət göstərir. Gürcüstan bazarında təbii qazın idxalı, pərakəndə və kommersiya satışını isə “SOCAR Georgia Gas” həyata keçirir və hazırda 870 mindən çox abonenti var.

Bundan əlavə, Azərbaycan, Gürcüstan, Rumıniya, Ukrayna, İsveçrə, Türkiyə, Avstriya və İtaliyada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma stansiyaları müştərilərinə keyfiyyətli benzin, qaz və dizel yanacağı təklif edir. Şirkətimiz beynəlxalq hava limanlarında təyyarələri də yanacaqla təmin edir. “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “SOCAR Dağıtım” qardaş ölkədə bir çox hava limanlarına aviasiya (SOCAR Aviation) və su nəqliyyat vasitələri (SOCAR Marine) üçün yanacaq məhsulları tədarükünü həyata keçirir.