SOCAR, Azərbaycanda və dünyanın bir sıra ölkələrində istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər, topdansatış məntəqələrində isə geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Hazırda Azərbaycanda “SOCAR” brendi altında 71 yanacaqdoldurma stansiyası (YDS) və 13 neft terminalı fəaliyyət göstərir. Bu şəbəkəni SOCAR-ın törəmə şirkəti olan “SOCAR Petroleum” QSC idarə edir.
SOCAR-ın Türkiyədə 14, Rumıniyada 101, Ukraynada 54 (həm də 2 elektrik yükləmə məntəqəsi), Gürcüstanda 104 (həm də 13 xidmət mərkəzi və 3 neft terminalı), İsveçrədə 225 (həm də 34 elektrik yükləmə məntəqəsi) YDS da “SOCAR” brendi altında fəaliyyət göstərir. Eyni zamanda, SOCAR-ın Avstriyada 85 YDS, İtaliyada 4500 YDS-i fəaliyyət göstərir.