Please ensure Javascript is enabled for purposes of website accessibility
28.09.2026

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə “I-II ixtisaslaşdırılmış iş qrupu üzrə 4-cü dərəcəli istehsalat dalğıcı” peşəsi üzrə şagird qəbulunun "Müsahibə və sənədlərin əslinin yoxlanılması" mərhələsində uğur qazanan və qazanmayan namizədlərin siyahısı saytımızın Namizədlər bölməsində paylaşılmışdır. Nəzərinizə çatdırırıq ki, dərslərin başlaması 2026-cı ilin oktyabr ayına planlaşdırılır.

Qəbul Komissiyası

10.08.2026

TƏLİM MƏRKƏZLƏRİNƏ MÜRACİƏT EDƏNLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə şagird qəbulunun "Test imtahanı" mərhələsi başa çatmışdır.

Test imtahanına əsasən seçilən və seçilməyən namizədlərin siyahısı SOCAR-ın rəsmi internet səhifəsinin "Namizədlər" bölməsində yerləşdirilmişdir.

Üçüncü mərhələ - "Müsahibə və sənədlərin əslinin yoxlanılması" 17, 26 avqust və 2 sentyabr 2026-cı il tarixlərində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində keçiriləcəkdir.

  • Ünvan: Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1, Qara Qarayev metrosunun yaxınlığında, Romance Palace şadlıq sarayının yanında).
  • Xəritədə baxmaq üçün: LİNK

"Müsahibə və sənədlərin əslinin yoxlanılması" mərhələsinə dəvət olunan namizədlərin müraciət etdikləri peşənin adı, imtahan balı, müsahibədə iştirak tarixi, saatı və ünvanı Namizədlər bölməsində qeyd edilmişdir.

Müsahibəyə gələn namizədlər aşağıdakı sənədlərin əslini təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsi (əsli)
  • Diplom və diplomun içliyi (qiymətləndirmə vərəqi) və ya tam orta təhsil haqqında attestat (əsli)
  • Hərbi biletin əsli

Qeyd: yuxarıda qeyd olunan sənədlərin əslini təqdim etməyən və ya müsahibəyə vaxtında gəlməyə namizədlərin müraciətlərinə baxılmayacaqdır.

Müsahibə və sənədlərin yoxlanılması mərhələsindən uğurla keçən namizədlərə aşağıdakı fiziki göstəricilərin yoxlanılması üçün əlavə gün təyin ediləcəkdir.

Fiziki göstəricilərə tələblər:

  • Boy: minium 170 sm - maksimum 185 sm.;
  • Çəki: minimum 70 kq - maksimum 90 kq.;
  • Turnikdə ən az 7 dəfə dartınma;
  • Suda 200 metr sərbəst (brass, krol) üzmə;
  • Suda 4 metr dərinliyə enmə;
  • Barakamerada 2 atmosfer təzyiqə davam gətirmə.

Fiziki göstəricilərin yoxlanılmasına gələn namizədlər “Sağlamlıq haqqında arayış”ı (Forma 86) və rentgen-flüoroqrafiya nəticəsini (nəticə Forma 86-da qeyd olunmadığı halda) təqdim etməlidirlər.

Qeyd: Yüksək bal toplamış bir neçə iddiaçının imtahan nəticələri bərabər olduqda orta attestat (diplom) balı yüksək olan iştirakçıya üstünlük verilir.


Qəbul Komissiyası

29.07.2026

TƏLİM MƏRKƏZLƏRİNƏ MÜRACİƏT EDƏNLƏRİN NƏZƏRİNƏ!

  • SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə elektron müraciətlərin qəbulu mərhələsi başa çatmışdır.
  • Birinci mərhələdən keçən və keçməyən namizədlərin siyahısı SOCAR-ın saytının "Namizədlər" bölməsində yerləşdirilib.
  • Birinci mərhələni keçən namizədlərə test imtahanı barədə SMS göndərilib.

Test imtahanı:

  • Tarix: 5 avqust 2026
  • Məkan: SOCAR Baş Ofisi, İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamenti
  • Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26 (Nizami Rayon Məhkəməsinin yanı). XƏRİTƏDƏ BAX

Test imtahanına vaxtında gəlməyən və ya şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməyən namizədlər imtahana buraxılmayacaqlar.

Test İmtahanı üzrə suallar toplusunu buradan əldə etmək mümkündür.

📋 İmtahanın strukturu:

  • Cəmi 40 sual olacaq və 4 blokdan ibarətdir:
  1. Riyaziyyat – 20 sual
  2. Fizika – 10 sual
  3. Milli dövlətçilik və Azərbaycan tarixi – 5 sual
  4. Məntiq – 5 sual

⏱ Vaxt:

  • 60 dəqiqə (1 saat)

🧮 Qiymətləndirmə:

  • Düzgün cavab: 1 bal
  • Səhv və ya boş: 0 bal
  • Maksimum bal: 40

⚠️ Vacib qaydalar:

  • İmtahan yerinə ən azı 15 dəqiqə əvvəl gəlməlisiniz.
  • Gecikənlər imtahana buraxılmır.
  • Şəxsiyyətinizi təsdiq edən aşağıdakı sənədlərdən birinin əsli olmalıdır:
    • Şəxsiyyət vəsiqəsi
    • Sürücülük vəsiqəsi
    • Hərbi bilet
  • İmtahan otağına mobil telefon və digər elektron cihazlar gətirmək qadağandır!
  • Vaxtında gəlməyən və ya şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməyən namizədlər imtahana buraxılmayacaqlar.

Qəbul Komissiyası

07.07.2026

DALĞIC PEŞƏSİNƏ YİYƏLƏNMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə “I-II ixtisaslaşdırılmış iş qrupu üzrə 4-cü dərəcəli istehsalat dalğıcı” peşəsi üzrə şagird qəbulu üçün müsabiqə elan edir.

I mərhələ - Elektron müraciətlərin qəbulu. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı
  • 29 yaşı tamam olmamalı
  • Ali təhsilli, Orta ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər)
  • Hərbi bileti olmalı (yararlı)

Əlavə olaraq, aşağıdakı fiziki göstəricilərə malik olmalı:

  • Boy: minium 170 sm - maksimum 185 sm.;
  • Çəki: minimum 70 kq - maksimum 90 kq.;
  • Turnikdə ən az 7 dəfə dartınma;
  • Suda 200 metr sərbəst (brass, krol) üzmə;
  • Suda 4 metr dərinliyə enmə;
  • Barakamerada 2 atmosfer təzyiqə davam gətirmə.

Elektron müraciətlərin qəbulu mərhələsi bittikdən sonra yuxarıda qeyd olunanan tələblərə cavab verən namizədlər II mərhələyə (test imtahanı) buraxılır.

II mərhələ - Test imtahanında riyaziyyat üzrə 20, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 40 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

  • Test İmtahanı üzrə suallar toplusunu buradan əldə etmək mümkündür.

Test imtahanl mərhələsi bittikdən sonra keçid balı ayrılmış yer sayına uyğun olaraq formalaşır. Məsələn, hər hansı bir peşə üzrə vakant yer sayı 10 olarsa, imtahanda 15 və ya daha yüksək bal toplamış namizədlər arasından həmin peşə üzrə ən yüksək nəticə göstərmiş ilk 10 nəfər müsahibə və sənədlərin yoxlanılması mərhələsinə buraxılır.

Müsabiqə şərtlərinə əsasən, bir neçə namizəd eyni bal topladığı halda və imtahan nəticələri bərabər olduqda, üstünlük aşağıdakı meyarlara görə müəyyən edilir:

  • Təhsil pilləsi (səviyyəsi) daha yüksək olan namizədə üstünlük verilir.
  • Təhsil pilləsi eyni olduqda isə, orta attestat (və ya diplom) balı daha yüksək olan iştirakçı üstün sayılır.

III mərhələ – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi bilet (oğlanlar üçün)
  • Attestat/ Diplom
  • Sağlamlıq haqqında arayış (Forma 86)
  • Rentgen flüoroqrafiyası

Müsahibə və sənədlərin yoxlanılması mərhələsindən uğurla keçən namizədlərə yuxarıda qeyd olunan fiziki göstəricilərin yoxlanılması üçün əlavə gün təyin edilir.

Şagirdlərin təhsil müddətində təminatları:

  • Aylıq təqaüd
  • Gündəlik nahar

Qeyd 1 : Orta ixtisas, ilk peşə və ali təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qeyd 2 : Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal müsabiqədən kənarlaşdırılacaqdır.
Qeyd 3 : SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır.

Müraciətlər elektron formada qəbul olunur. Elektron müraciət formasını "Müraciət et" bölməsindən doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar ttsi@socar.az elektron poçt ünvanına yaza bilərlər.

Əlaqə nömrələri: (012) 521-00-00 (daxili: 48-049 / 48-056)

Müraciət üçün son tarix: 26 iyul 2026


Qəbul Komissiyası

13.05.2026

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə şagird qəbulunun "Müsahibə və sənədlərin əslinin yoxlanılması" mərhələsində uğur qazanan və qazanmayan namizədlərin siyahısı saytımızın Namizədlər bölməsində paylaşılmışdır. Nəzərinizə çatdırırıq ki, dərslərin başlaması 2026-cı ilin sentyabr ayına planlaşdırılır.

Qəbul Komissiyası

23.04.2026

PEŞƏLƏR ÜZRƏ BOŞ QALAN YERLƏRƏ MÜRACİƏT EDƏNLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə şagird qəbulunda "Peşələr üzrə boş qalan yerlərə müraciət" başa çatmışdır. Boş qalan yerələrə müraciət edərək "Müsahibə və sənədlərin əslinin yoxlanılması" mərhələsinə buraxılan və buraxılmayan namizədlərin siyahısı saytımızın "Namizədlər" bölməsində paylaşılmışdır.

Üçüncü mərhələ - "Müsahibə və sənədlərin əslinin yoxlanılması" mərhələsi 27 aprel 2026-cı ildə saat 1000-da, müsabiqə 1500-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində keçiriləcəkdir. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1, Qara Qarayev metrosunun yaxınlığında, Romance Palace şadlıq sarayının yanında).

Xəritədə baxmaq üçün bu LİNK -ə keçid edin

"Müsahibə və sənədlərin əslinin yoxlanılması" mərhələsinə dəvət olunan namizədlərin boş qalan yerə müraciət etdiyi peşənin adı, imtahan balı, müsahibədə iştirak tarixi, saatı və ünvanı Namizədlər bölməsində paylaşılmışdır.

Müsahibəyə buraxılan namizədlər aşağıda qeyd olunan sənədlərin əslini gətirməlidir!

  • Şəxsiyyət vəsiqəsi (əsli)
  • Diplom və ya tam orta təhsil haqqında attestat (əsli)
  • Hərbi biletin əsli (oğlanlar üçün - əsli)
  • Sağlamlıq haqqında arayış (forma 86 - əsli)
  • Rentgen flüoroqrafiyası

Yuxarıda qeyd olunan sənədlərin əslini gətirməyən və ya müsahibəyə vaxtında gəlməyə namizədlərin müraciətlərinə baxılmayacaqdır.

Müsabiqə şərtlərinə əsasən, bir neçə namizəd eyni bal topladığı halda və imtahan nəticələri bərabər olduqda, üstünlük aşağıdakı meyarlara görə müəyyən edilir:

  • Təhsil pilləsi (səviyyəsi) daha yüksək olan namizədə üstünlük verilir.
  • Təhsil pilləsi eyni olduqda isə, orta attestat (və ya diplom) balı daha yüksək olan iştirakçı üstün sayılır.

Qeyd 1 : Orta ixtisas, ilk peşə və ali təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qeyd 2 : Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal müsabiqədən kənarlaşdırılacaqdır.
Qeyd 3 : SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır.

Qəbul Komissiyası

20.04.2026

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə şagird qəbulunun II Mərhələsində namizədlərin topladığı test imtahanı nəticəsinə uyğun olaraq seçilən və seçilməyən namizədlərin siyahısı saytımızın Namizədlər bölməsində paylaşılmışdır. Peşələr üzrə boş qalan yer sayları haqqında məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz. Minimum keçid balını (15 bal) toplayan lakin peşələr üzrə keçid balını toplaya bilməyən namizədlər KEÇİD LİNKİNDƏN istifadə edərək boş qalan yerlərə müraciət edə bilərlər.

Boş qalan yerlərə müraciət üçün son tarix: 22.04.2026

№ Peşənin adı Boş qalan yer sayı
1 Magisral və texnoloji boru kəmərlərinin quraşdırıcısı 6
2 Metal-konstruksiya quraşdırıcısı 11
CƏM 17

Qəbul Komissiyası

01.04.2026

TƏLİM MƏRKƏZLƏRİNƏ MÜRACİƏT EDƏNLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə şagird qəbulunun "Test imtahanı" mərhələsi başa çatmışdır. İkinci mərhələ (Test imtahanı) üzrə seçilən və seçilməyən namizədlərin siyahısı saytımızın "Namizədlər" bölməsində paylaşılmışdır.

Üçüncü mərhələ - "Müsahibə və sənədlərin əslinin yoxlanılması" 06, 07 aprel 2026-cı il tarixlərində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində keçiriləcəkdir. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1, Qara Qarayev metrosunun yaxınlığında, Romance Palace şadlıq sarayının yanında).

Xəritədə baxmaq üçün bu LİNK -ə keçid edin

"Müsahibə və sənədlərin əslinin yoxlanılması" mərhələsinə dəvət olunan namizədlərin müraciət etdiyi peşənin adı, imtahan balı, müsahibədə iştirak tarixi, saatı və ünvanı Namizədlər bölməsində yerləşdirilmişdir.

Müsahibəyə buraxılan namizədlər aşağıda qeyd olunan sənədlərin əslini gətirməlidir!

  • Şəxsiyyət vəsiqəsi (əsli)
  • Diplom və ya tam orta təhsil haqqında attestat (əsli)
  • Hərbi biletin əsli (oğlanlar üçün)
  • Sağlamlıq haqqında arayış (forma 86)
  • Rentgen flüoroqrafiyası

Yuxarıda qeyd olunan sənədlərin əslini gətirməyən və ya müsahibəyə vaxtında gəlməyə namizədlərin müraciətlərinə baxılmayacaqdır.

Qeyd: Yüksək bal toplamış bir neçə iddiaçının imtahan nəticələri bərabər olduqda orta attestat (diplom) balı yüksək olan iştirakçıya üstünlük verilir.

Qəbul Komissiyası

10.03.2026

TƏLİM MƏRKƏZLƏRİNƏ MÜRACİƏT EDƏNLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə elektron müraciətlərin qəbulu mərhələsi başa çatmışdır. Birinci mərhələ (Elektron müraciətlərin qəbulu) üzrə seçilən və seçilməyən namizədlərin siyahısı saytımızın "Namizədlər" bölməsində paylaşılmışdır.

"Test imtahanı" 12-16 mart 2026-cı il tarixlərində SOCAR-ın Baş ofisinin İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentində (Baki şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26, Nizami rayon məhkəməsinin yanı) keçiriləcəkdir. Bununla bağlı namizədlərin mobil telefon nömrələrinə sms göndərilmişdir.

Ünvan: Baki şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26 (Nizami rayon məhkəməsinin yanı). Xəritədə baxmaq üçün bu LİNK -ə keçid edin.

Test imtahanına vaxtında gəlməyən və ya şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməyən namizədlər imtahana buraxılmayacaqlar.

Test İmtahanı üzrə suallar toplusunu buradan əldə etmək mümkündür.

📋 İmtahanın strukturu:

Cəmi 40 sual olacaq və 4 blokdan ibarətdir:

  1. Riyaziyyat – 20 sual
  2. Fizika – 10 sual
  3. Milli dövlətçilik və Azərbaycan tarixi – 5 sual
  4. Məntiq – 5 sual

⏱ Vaxt:

  • 60 dəqiqə (1 saat)

🧮 Qiymətləndirmə:

  • Düzgün cavab: 1 bal

  • Səhv və ya boş: 0 bal

  • Maksimum bal: 40

⚠️ Vacib qaydalar:

  • İmtahan yerinə ən azı 15 dəqiqə əvvəl gəlməlisiniz.

  • Gecikənlər imtahana buraxılmır.

  • Özünüzlə şəxsiyyətinizi təsdiq edən sənədin əsli olmalıdır:

    • Şəxsiyyət vəsiqəsi

    • Sürücülük vəsiqəsi

    • Hərbi bilet

    • və ya şəxsiyyət vəsiqəsinin elektron versiyası

  • İmtahan otağına mobil telefon və digər elektron cihazlar gətirmək qadağandır!

📌 İmtahan prosesi ilə bağlı təlimatla bu linkə keçid etməklə tanış ola bilərsiniz


Qəbul Komissiyası

02.02.2026

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM) və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir.

I mərhələ - Elektron müraciətlərin qəbulu. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı
  • 29 yaşı tamam olmamalı
  • Ali təhsilli, Orta ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər)
  • Hərbi bileti olmalı (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq)

Elektron müraciətlərin qəbulu mərhələsi bittikdən sonra yuxarıda qeyd olunanan tələblərə cavab verən namizədlər II mərhələyə (test imtahanı) buraxılır.

II mərhələ - Test imtahanında riyaziyyat üzrə 20, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 40 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

  • Test İmtahanı üzrə suallar toplusunu buradan əldə etmək mümkündür.

Test imtahanl mərhələsi bittikdən sonra keçid balı ayrılmış yer sayına uyğun olaraq formalaşır. Məsələn, hər hansı bir peşə üzrə vakant yer sayı 10 olarsa, imtahanda 15 və ya daha yüksək bal toplamış namizədlər arasından həmin peşə üzrə ən yüksək nəticə göstərmiş ilk 10 nəfər müsahibə və sənədlərin yoxlanılması mərhələsinə buraxılır.

Müsabiqə şərtlərinə əsasən, bir neçə namizəd eyni bal topladığı halda və imtahan nəticələri bərabər olduqda, üstünlük aşağıdakı meyarlara görə müəyyən edilir:

  • Təhsil pilləsi (səviyyəsi) daha yüksək olan namizədə üstünlük verilir.
  • Təhsil pilləsi eyni olduqda isə, orta attestat (və ya diplom) balı daha yüksək olan iştirakçı üstün sayılır.

III mərhələ – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi bilet (oğlanlar üçün)
  • Attestat/ Diplom
  • Sağlamlıq haqqında arayış (Forma 86)
  • Rentgen flüoroqrafiyası


Şagirdlərin təhsil müddətində təminatları:

  • Aylıq təqaüd
  • Gündəlik nahar

Qeyd 1 : Orta ixtisas, ilk peşə və ali təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qeyd 2 : Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal müsabiqədən kənarlaşdırılacaqdır.
Qeyd 3 : SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır.

Qəbul həyata keçirilən peşələr:

S/S Peşə ixtisasları Yer sayı

Tədrisin keçiriləcəyi Təlim Mərkəzi

Təhsil müddəti

Qeyd
1 Elektrik qaz qaynaqçısı 25 QRTM
STTM
1 il
2 Magisral və texnoloji boru kəmərlərinin quraşdırıcısı 20 QRTM 6 ay
3 Metal-konstruksiya quraşdırıcısı 26 QRTM 6 ay
4 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 30 QRTM
STTM
1 il
5 Takelajçı 20 QRTM 6 ay
CƏM 121


Müraciətlər elektron formada qəbul olunur. Elektron müraciət formasını "Müraciət et" bölməsindən doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar ttsi@socar.az elektron poçt ünvanına yaza bilərlər.

Əlaqə nömrələri: (012) 521-00-00 (daxili: 48-049 / 48-056)

Müraciət üçün son tarix: 01 mart 2026

Qəbul üzrə işçi qrupu