Sual 1: Təlim Mərkəzində təhsilin hansı üstünlükləri var?
Cavab: Şagirdlər təhsil aldıqları dövrdə aylıq təqaüd, gündəlik nahar ilə təmin olunurlar. Həmçinin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, onlara iş təklifi olunur.
Sual 2: Müraciət üçün hansı sənədlər tələb olunur?
Cavab: Müraciət elektron formadadır. Müraciət təsdiqləndikdən sonra müəyyən olunmuş tarixdə müsahibələrə gərlərkən şəxsiyyət vəsiqəsi, məcburi köçkün və ya qaçqınlıq haqqında sənəd, hərbi bilet, sağlamlıq haqqında arayış (forma 86), attestat (orta-texniki, ilk-peşətəhsilli və ali təhsilli olanlar diplom) və rentgeni flüoroqrafiyasını təqdim etməlisiniz.
Sual 3: Sənədlərin yalnız surətini təqdim etmək olarmı?
Cavab: Xeyr. Müsahibələrdə sənədlərin əsli təqdim olunmalıdır.
Sual 4: Təlim Mərkəzinə kimlər müraciət edə bilər?
Cavab: Peşələr üzrə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşları, 29 yaşı tamam olmayan, ali, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olan (Hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər), hərbi bilet (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq), tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen müayinəsi (flüoroqrafiya) olanlar.
Sual 5: Müraciət üçün hərbi xidmətdə olunması mütləqdirmi?
Cavab: Xeyr, xüsusi peşələr istisna olmaqla (məs: "Mühafizəçi", "Dalğıc") digər peşələrə müraciət edən şəxsin yalnız hərbi biletin əslini (həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq) təqdim etməsi kifayətdir..
Sual 6: Ümumi orta təhsili olan gənclər müraciət edə bilərmi?
Cavab: Xeyr, minimum tam orta təhsilli şəxslər müraciət edə bilər.
Sual 7: Peşə məktəbini bitirmiş gənclər müraciət edə bilərmi?
Cavab: Tam orta təhsil almaqla peşə təhsili olan gənclər müraciət edə bilər.
Sual 8: Ali təhsilli şəxslər müraciət edə bilərmi?
Cavab: Bəli. Ali təhsili olan gənclər müraciət edə bilər.
Sual 9: Rayon qeydiyyatinda olan gənclər müraciət edə bilərmi?
Cavab: Bəli. Qaydalar bölməsində qeyd olunan regionlar üzrə müvafiq qaydada müraciət oluna bilər.
Sual 10: Müsabiqə neçə turda təşkil olunur?
Cavab: Müsabiqə üç mərhələdən ibarətdir: elektron sənəd qəbulu, müsahibə və test imtahanı.
Sual 11: Müsahibədə namizədlərə nə kimi suallar verilir?
Cavab: SOCAR haqqında məlumat, motivasiyası, ünsiyyət bacarığı və dünya görünüşü, məsuliyyəti və intizamı, nailiyyətləri və üstünlükləri.
Sual 12: Müraciəti qəbul olunan namizədlər müsahibəyə nə vaxt çağırılır?
Cavab: Müraciətlərin elektron formada qəbulu üzrə müddət bitdikdən sonra 5 iş günü ərzində müsahibəyə dəvət olunanların (seçilənlər) və müraciəti qəbul olunmayanların (seçilməyənlər) siyahısı "Namizədlər" bölməsində yerləşdirilir.
Sual 13: Test imtahanı neçə sualdan ibarət olur? Suallar hansı mövzulardan düşür?
Cavab: Test imtahanı 40 sualdan ibarət olub riyaziyyat, fizika, fənnlərinin əsaslarını, məntiq və milli dövlətçiliyə aid mövzuları əhatə edir.
Sual 14: Təhsilin müddəti nə qədərdir?
Cavab: Peşələr üzrə müvafiq olaraq 1 (bir) ay (mühafizəçi), 6 (altı) ay və 1 (bir) ildir.
Sual 15: Təhsil aldığım müddətdə işləyə bilərəmmi?
Cavab: Təhsilinizə heç bir maneə törətməyəcəyi təqdirdə dərs saatları xaricində işləyə bilərsiniz.
Sual 16: Təhsilini bitirdikdən sonra məzunlara hansı sənəd təqdim olunur?
Cavab: Təhsilini müvəffəqiyyətlə başa vurduqda şagirdlərə xüsusi sertifikatlar təqdim olunur.
Sual 17: Təhsilini bitirdikdən sonra məzunlar işlə təmin edilirmi?
Cavab: SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı sosial öhdəlik daşımır. Lakin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, iş təklifi edilə bilər.
Sual 18: Müsabiqənin müsahibə və test mərhələləri üzrə keçirilmə vaxtları barədə necə məlumat əldə edə bilərəm?
Cavab: Müsabiqənin mərhələləri və keçirilmə vaxtları barədə məlumatları saytımızda yerləşdirilən elanlar vasitəsilə əldə edə bilərsiniz.