NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!
I tur - Elektron müraciətlərin qəbulu. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı
- 29 yaşı tamam olmamalı
- Ali təhsilli, Orta ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər)
- Hərbi bileti olmalı (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq)
II tur - Test imtahanında riyaziyyat üzrə 20, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 40 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.
- Test İmtahanı üzrə suallar toplusunu buradan əldə etmək mümkündür.
III tura – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:
- Şəxsiyyət vəsiqəsi
- Hərbi bilet (oğlanlar üçün)
- Attestat/ Diplom
- Sağlamlıq haqqında arayış (Forma 86)
- Rentgen flüoroqrafiyası
Qeyd 1 : Orta ixtisas, ilk peşə və ali təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qeyd 2 : Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal müsabiqədən kənarlaşdırılacaqdır.
Qeyd 3 : SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır.
Qəbul Komissiyası