Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Peşələr


Neft və qaz hasilatı üzrə operator
Neft və qaz hasilatı üzrə operator peşəsinə yiyələnmək istəyən gənclər tədris müddətində ilk öncə neftin və qazın layda formalaşması prosesinə, layın əsas parametrlərinə, məhsuldar layın açılması prosesinə, istismar quyusunun konstruksiyasına, quyuların mənimsənilməsi üsullarına, quyuların fontan, kompressor (qazlift, kompressorsuz qazlift), dərinlik nasosla istismar üsullarına, quyularda optimal rejimin təyin edilməsinə, quyuların istismarı zamanı baş verən çətinliklər, mürəkkəbləşmələr və qəzalar, onların yaranma səbəbləri və qarşısının alınması yollarına, quyuların təmirə hazırlanması və quyuların boğulması prosesinə, quyuların cari və əsaslı təmiri işlərinə, neftin və qazın çıxarılması, quyuların cari və əsaslı təmiri işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, xəsarət almış iş yoldaşına ilk tibbi yardımın göstərilməsinə dair biliklərə yiyələnəcəklər. Bunlarla yanaşı gənclər informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi
Neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi peşəsinə yiyələnmək istəyən gənclər ilk öncə neft və qaz yataqlarının geologiyasına, qazma qurğuları və onların növlərinə, qazma prosesində istifadə olunan alət və avadanlıqlara, qazma kəməri və onun hissələrinə, qazma rejimi və onun parametrlərinə, qazma məhlullarının hazırlanması, kimyəvi emalı və təmizlənməsi prosesinə, qazma məhluluna əlavə edilən kimyəvi reagentlər, qoruyucu kəmərlərin sementlənməsi üsullarına, məhsuldar horizontların açılması və qoruyucu kəmərin perforasiya üsullarına, neft, qaz təzahürləri və onlara qarşı mübarizə tədbirlərinə, qazmada baş verən qəzalar və onların növlərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, xəsarət almış yoldaşına ilk tibbi yardımın göstərilməsinə dair biliklərə yiyələnəcəklər. Bunlarla yanaşı gənclər informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Aparatçı
Aparatçı peşəsi üzrə peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları tədris müddətində ilk növbədə neft-kimya sənayesində istismar olunan aparatların təsnifatı, tətbiq sahələri, təhlükəsiz istismar qaydaları, onların təmirə saxlanma, təmir texnologiyası, təmirdən sonra işə buraxılma qaydalarını ətraflı mənimsəyəcəklər. İstismar olunan aparatlarda texnoloji rejim normaları və metroloji təminat, ilkin xammal, reagentlər, katalizatorlar, köməkçi materiallar, yarımfabrikatlar və istehsal edilən məhsulların xassələrinə dair biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrları əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi, zəhərləyici və aşındırıcı maddələrlə davranış qaydaları ilə yaxından tanış olacaqlar. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Avtomobil təmiri çilingəri
Avtomobil təmiri çilingəri peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları tədris prosesi müddətində müxtəlif avtomobillərin təhlükəsiz istismar qaydaları, onlara göstərilən texniki xidmətin növləri, avtomobillərin təmirə hazırlanması, müasir təmir texnologiyalarına uyğun olaraq təmiri, təmirdən sonra yenidən istismara buraxılma qaydaları, avtomobillərin diaqnostikası üçün istifadə olunan müasir diaqnostika cihazları, avtomobillərdə quraşdırılmış təhlükəsizlik qurğuları və cihazlarının istismar qaydaları, avtomobillərin təmirində istifadə olunan təmir alətləri və tərtibatları, avtomobillərin saz və etibarlı işləmə si, ətraf mühitə zərərli təsirləri azaltmaq üçün müasir yanacaq-sürtgü materiallarının tətbiqi, müasir (hibrid, elektromobil) avtomobillərin istismarı və təmir texnologiyaları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına ə məyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları müasir elektrik avadanlıqları, materialları, qurğuları, yeraltı və yerüstü elektrik xətlərinin təhlükəsiz istismarı, elektrik plakatları, enerjinin təcrid olunması, partlayış təhlükəli qurğularla davranış qaydaları, faza ayırıcı açarlar, vakuum açarları, 1000 V-a qədər və 1000 V- dan yuxarı elektrik qurğularının təhlükəsiz istismarı, elektrik qurğularının təmiri zamanı gərginliyə görə fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və istismarına dair biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Elektrik qaz qaynaqçısı
Elektrik qaz qaynaqçısı peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları müasir qaynaq üsulları, qaynaq avadanlıqları, qaynaq çubuqları, qaynaq tikişlərinin xüsusiyyətləri, qaynaq simvolları, qaynaq üçün qida mənbələri, onların təsnifatı və işləmə xüsusiyyətləri, qaynaq işləri üçün sərfiyyat materialları, qaynaq zamanı yaranan deformasiya və gərginliklər, onların aradan qaldırılma yolları, qaynaqçıların bilik və bacarığının yoxlanılması, qaynaq prosedurunun spesifikasiyası, qaynaq zamanı yaranan defektlərin qeyri-destruktiv üsullarla yoxlanma qaydalarına dair biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizə si və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
İzolyasiyaçı-örtükçü
İzolyasiyaçı-örtükçü peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları izolyasiya-örtük işlərində istifadə olunan avadanlıqlarının (kompressorlar, qumşırnaq aparatları, boya çiləyən aparatlar və s.) təhlükəsiz istismar qaydaları, onların işləmə xüsusiyyətləri, onlara göstərilən texniki xidmətin növləri, laklar, astar boyaları, şəffaf laklar, avto boyaları, taxta boyaları, yağların və dezinfeksiya maddələrinin pulvarizə edilərək axıdılması, metal səthlərin və digər səthlərin izolyasiya olunması, izolyasiya örtüklərinin növləri, poliken tipli izolyasiya materialları, poliken tipli izolyasiya materiallarının çəkilməsi qaydaları, metal boru xətlərinin, metaldan hazırlanmış digər avadanlıqların korroziyadan qorunması və digər mühafizə üsullarına dair biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Karotaj stansiyasının maşinisti
Karotaj stansiyasının maşinisti peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları karotaj stansiyasında işlədilən müxtəlif avadanlıqların və alətlərin istismar qaydaları, qazma və istismar quyularında karotaj işlərinin, müxtəlif növ karotaj stansiyaları və cihazları ilə işlərin aparılması, stansiya mühərriklərinin təmirə dayanması, təmiri, yığılması və işə salınmasının texnoloji ardıcıllığı, karotaj kabelləri ilə işləmə qaydaları, baş verən qəza zamanı hazırlıq işlərinin aparılması, istifadə olunan materiallara qənaət etmək yolları, karotaj avadanlıqlarına mövsümi texniki xidmət göstərmək haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Kimyəvi analiz laborantı
Kimyəvi analiz laborantı peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları kimya laboratoriyalarında işləri təhlükəsiz aparılması, laboratoriyada istifadə olunan cihazlar, nəzarət-uçot qeydlərinin aparılması, şüşə kimyəvi qablarla işləmək qaydaları, laboratoriyada qazdan istifadə qaydaları, neftin element və kimyəvi tərkibi, alışma, alovlanma və öz-özünə alovlanma temperaturu, kimyəvi analiz üsulları, neftin tərkibində suyun miqdarının təyin olunma qaydaları, neft və neft məhsullarının sıxlığının areometr vasitəsi ilə təyin edilməsi, istifadə olunan materiala və xammala qənaət etmək yolları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Kompressor qurğularının maşinisti
Kompressor qurğularının maşinisti peşəsinə yiyələnmək istəyən peş əkar fəhlə kadrları tədris prosesi müddətində kompressorların təsnifatı, müxtəlif konstruksiyalı kompressor qurğusu avadanlıqlarının konstruktiv quruluşları və iş prinsipi, kompressor qurğularının təmirə dayanması, təmiri, yığılması, işə salınmasının texnoloji ardıcıllığı, kompressor qurğularının sınağının aparılması, kompressor qurğularının nəzarət-ölçü cihazlarının tənzimlənmə sinin yolları, kompressor qurğularında kompressor ilə elektrik mühərrikinin eynioxluluğunun tənzimlənməsinin müasir üsulları, kompressor qurğularında yaranan qüsurları fərqləndirmək və onların yaranma səbəblərinin aradan qaldırılma yolları, kompressor qurğularında pompaj hadisəsi, qəza hallarında kompressor qurğularının dayandırılması, mütərəqqi və məhsuldar kompressor qurğularının istehsalata tətbiq etməyin yolları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Nasos qurğusu maşinisti
Nasos qurğusu maşinisti peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları nasosların təsnifatı (həcmi və dinamik), nasos qurğularının quruluşu və iş prinsipi, nasos qurğularının təmirə dayanması, təmiri, yığılması, işə salınmasının texnoloji ardıcıllığı, nasos qurğularının sınağının aparılması, nasos qurğularında kavitasiya (soyuq qaynama) hadisəsinin baş vermə səbəbləri və onun aradan qaldırılma yolları, nasos qurğularından axan işçi mühitə görə araqatının və kipləşdirici materialların seçilmə qaydaları, muftaların seçilməsi, nasos qurğularında nasos ilə elektrik mühərrikinin eynioxluluğunun tənzimlənməsinin müasir üsulları və s. haqda biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər
Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları tədris prosesi müddətində müasir nəzarət-ölçü cihazlarının təsnifatı, müxtəlif konstruksiyalı nəzarət-ölçü cihazlarının konstruktiv quruluşları və texniki xarakteristikaları, nəzarət-ölçü cihazlarının elektrik sxemləri, onların sınağının aparılma qaydaları, nəzarət-ölçü cihazlarının təmiri, yenidən yığılması və işə salınması, istehsalat proseslərinin və texnoloji proseslərin ardıcıllığının izlənməsi üçün müasir və mütərəqqi nəzarət-ölçü cihazlarının istehsalata tətbiq olunma yolları və s. haqda biliklərə yiyələnəcəklər Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Takelajçı
Takelajçı peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları tədris prosesi müddətində yüktutucu tərtibatların və yeri dəyişdirilən yüklərin təsnifatı, universal yük tutucu tərtibatlar, buraz və zəncirdən hazırlanmış ilməklər, sintetik ilməklər, traverslər, müxtəlif sıxıcılar, maqnit və elektromaqnit tutucular, vakuum tutucular, qreyferlər, çalovların istismar qaydaları, onların zay edilmə qaydaları, kran maşinisti ilə takelajçı arasında siqnal mübadiləsi, çəkisi məlum olmayan yüklərin çəkisinin təyini, ölü yüklər, onların yerinin dəyişdirilməsi, uzunölçülü və ağır yüklərin yerinin dəyişdirilməsi, anbarlarda və yük meydançalarında yüklərin yığılma qaydaları, rəng kodu, LOLER standartı, hündürlükdə görülən takelaj işləri, təhlükəli yüklərin yerinin dəyişdirilmə qaydaları və s. haqda biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Təmirçi çilingər

Təmirçi çilingər peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları müxtəlif istehsalat sahələrində istismar olunan avadanlıqların təsnifatı, tətbiq sahələri, onların təmirə saxlanması, təmiri, işə buraxılması ardıcıllığı, çilingər avadanlıqları və tərtibatları ilə davranış qaydaları, birləşmələrin növləri və tətbiq sahələri, boru birləşmələri, armaturların təmir qaydaları, hidravlik və pnevmatik sınaqların aparılma qaydaları haqqında biliklərə yiyələnəcəklər.

Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.

Tornaçı, frezerçi
Tornaçı, frezerçi peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları tədris prosesi müddətində müxtəlif istehsalat sahələrində istismar olunan torna-frez dəzgahlarının təsnifatı, tətbiq sahələri, üst yonuş, yan yonuş, yivlərin açılması, dişli çarxların emalı, kobud və təmiz yonma, uzun və ağır çəkili detalların emalı, torna və frezləmə əməliyyatlarının yerinə yetirilməsində istifadə olunan alətlərdən, tərtibatlardan və eyni zamanda nəzarət-ölçü cihazlarından istifadə qaydaları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər
Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları tədris prosesi müddətində “Azəriqaz” İB-nin müxtəlif istehsalat sahələrində istismar olunan qaz avadanlıqlarının təsnifatı və istismar qaydaları, təmir texnologiyası, qaz avadanlıqlarının quruluşu və iş prinsipi, qaz-kompressor qurğularının təmirə dayanması, təmiri, yığılması və işə salınması, nəzarət-ölçü cihazlarının tənzimlənməsi, təmirdən sonra qaz avadanlıqlarının sınaqdan keçirilmə qaydaları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Qaz paylayıcı stansiyanın operatoru
Qaz paylayıcı stansiyanın operatoru peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları qaz təsərrüfatında qazın çıxarılması, qazın ilkin təmizlənmə üsulları, qazın yeraltı quyulardan çıxarılması, ilkin emalı və qaz kompressor stansiyasının qəbuluna verilməsi prosesləri, qaz kompressorlarının təsnifatı, magistral qaz kəmərlərinin konstruksiyası, qaz paylayıcı stansiyaların istismarı, qəza dayandırılması, qaz paylayıcı stansiyada gedən texnoloji proseslər, qazın təmizlənməsi, odorizə olunması, metanolun verilməsi qaydaları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Qaz təsərrüfatında qəza - bərpa işlərinin çilingəri
Qaz təsərrüfatında qəza - bərpa işlərinin çilingəri peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları “Azəriqaz” İB-nin müxtəlif istehsalat sahələrində istismar olunan qaz avadanlıqlarının təsnifatı və istismar qaydaları, yaranan qüsurları fərqləndirmək və onların yaranma səbəblərini aradan qaldırmaq yolları, qaz və kompressor qurğularının təmirə dayanması, təmiri, yığılması və işə salınmasının texnoloji ardıcıllığı və s. haqda biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.
Qaz təsərrüfatının nəzarətçisi

Qaz təsərrüfatının nəzarətçisi peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları qaz avadanlıqlarının quruluşu və iş prinsipi, istehlakçıların qazla fasiləsiz təchiz olunması, qaz şəbəkəsində avadanlığın işi zamanı sərfi ölçən qaz sayğacının göstəricilərinin qeydə alınması, xidmət olunan nəzarət-ölçü cihazlarında qarşıya çıxan nasazlıqların aradan qaldırılması, qaz ödənişinin vaxtında və düzgün aparılmasına nəzarət edilməsi, qaz sərfinin hesabatının və nəzarət-ölçü cihazlarının texniki vəziyyəti haqqında aktın tərtibinə nəzarət edilməsi, qaz şəbəkəsinə qanunsuz qoşulma hallarının aşkar edilməsi, eyni zamanda sayğaca müdaxilə hallarının müəyyən edilməsi və sənədləşdirilməsi, abonentlərin istifadə etdiyi qaz cihazlarına texniki baxışın həyata keçirilməsi haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.

Yeraltı qaz kəmərləri istismarı və təmiri üzrə çilingəri

Yeraltı qaz kəmərləri istismarı və təmiri üzrə çilingər peşəsinə yiyələnmək istəyən peşəkar fəhlə kadrları qaz kəmərlərinin təsnifatı, magistral qaz kəmərlərinin konstruksiyası, orta və alçaq təzyiqli qaz kəmərlərində kəsib-quraşdırma və dəyişdirmə işlərinin aparılma qaydaları, qaz kəmərinin hava ilə üfülənməsi, təmizlənməsi, sınaqdan keçirilməsi və istismara buraxılması qaydaları, qaz kəmərlərində istifadə olunan armaturlar və digər qaz-kompressor avadanlıqları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda hazırlanacaq peşəkar fəhlə kadrlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi, xəsarət almış iş yoldaşlarına ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrənəcəklər. Bunlarla yanaşı müasir dövrün tələblərinə uyğun olaraq hazırlanacaq peşəkar fəhlə kadrları informasiya texnologiyaları, xarici dil və digər fənlər üzrə təhsil alacaqlar.