Please ensure Javascript is enabled for purposes of website accessibility

SOCAR-ın prezidenti "Ukrnafta"nın baş icraçı direktoru ilə görüşüb


27/04/2026

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusda SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.

Söhbət zamanı şirkətlər arasında mövcud əməkdaşlığın cari vəziyyətinə, inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.