Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb


08/01/2026

8 yanvar 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.

Görüşdə SOCAR ilə “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Tərəflər, həmçinin enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.