Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri ilə görüşüb


15/10/2026

15 oktyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.

Görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub.

Söhbət zamanı SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.