Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti “Karpowership” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb


23/09/2026

23 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin “Karpowership” şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.

Görüşdə qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.

Söhbət zamanı SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.