Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti “INPEX” şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti ilə görüşüb


03/06/2026

3 iyun 2026-cı il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “INPEX” şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono ilə görüşüb.

Görüşdə “INPEX” şirkətinin Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələrdəki fəal iştirakı, o cümlədən SOCAR ilə uğurlu əməkdaşlığı məmnunluqla qeyd olunub. Şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.

Söhbət zamanı təcrübə mübadilələrinin həyata keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.