Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri


13/08/2024

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr1 qazma işləri həyata keçirilib. Qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton2 neft, 1,8 milyard kubmetr3 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2% artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton5 xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 9,2% artaraq 6,2 milyard kubmetr7 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 2,3 milyard kubmetr8 təşkil edib.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan9 çox neft, 862 milyon kubmetrdən10 çox qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 8% artıb.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

1. 21.597 metr

2. 1.875.563 ton

3. 1.815.453.000 kubmetr

4. 12.521.351.000 kubmetr

5. 7.173.947 ton

6. 4.154.727 ton

7. 6.208.471.000 kubmetr

8. 2.281.474.000 kubmetr

9. 1.547.618 ton

10. 862.008.274 kubmetr

11. 659.025 ton