Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR “Brandon Hall Group”un “Human Capital Management Excellence” mükafatlarının qalibləri sırasındadır


28/08/2026

SOCAR insan kapitalının inkişafı sahəsində növbəti beynəlxalq uğura imza ataraq nüfuzlu “Brandon Hall Group”un qlobal səviyyədə təqdim olunan “Human Capital Management Excellence” mükafatlarının qalibləri sırasında yer alıb.

2026-cı ildə SOCAR Qrupu üzrə həyata keçirilən layihə və proqramlar müxtəlif kateqoriyalar üzrə ümumilikdə 14 mükafata — 3 qızıl, 4 gümüş və 7 bürünc mükafata layiq görülüb.

Bu nailiyyət SOCAR-da insan kapitalının davamlı inkişafı, əməkdaş təcrübəsinin təkmilləşdirilməsi, istedadların inkişafı və müasir insan resursları yanaşmalarının tətbiqi istiqamətində həyata keçirilən təşəbbüslərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir.

Qeyd edək ki, “Brandon Hall Group” 30 ildən artıqdır insan kapitalının idarə edilməsi və inkişafı sahəsində qabaqcıl təcrübələri dəyərləndirir. Qlobal miqyasda təqdim olunan “Human Capital Management Excellence” mükafatlarının qalibləri isə beynəlxalq ekspertlərdən ibarət heyətin qiymətləndirməsi əsasında müəyyən edilir.