Tez-tez soruşulan suallar
Pre-kvalifikasiya qiymətləndirməsindən keçməklə hansı üstünlüklər əldə etmiş oluram?
Pre-kvalifikasiya qiymətləndirməsindən uğurla keçmiş təchizatçı SOCAR-ın Təsdiqlənmiş Təchizatçı Siyahısına əlavə edilir. Təsdiqlənmiş təchizatçılar, "E-tender" portalı üzərindən keçirilən müvafiq satınalmalarda SOCAR tərəfindən göndərilən fərdi dəvətlər əsasında iştirak etmək hüququ əldə edirlər
Pre-kvalifikasiya müsabiqəsinə cəlb olunmaq üçün təchizatçıdan nə tələb olunur?
Pre-kvalifikasiya müsabiqəsinə cəlb olunmaq üçün təchizatçı E-Tender portalında hesab yaradaraq fəaliyyət növlərini və digər zəruri məlumatları qeyd etməli və ya prequalification@socar.az elektron ünvanına şirkətin adı, VÖEN-i və fəaliyyət sahəsi barədə qısa məlumat göndərməlidir
Təchizatçının fəaliyyət sahəsinə uyğun kateqoriya SOCAR-ın kateqoriyalar siyahısında mövcud olmadığı halda nə etməlidir?
Təchizatçı müvafiq sahəyə uyğun yeni kateqoriya və ya alt-kateqoriya əlavə olunması ilə bağlı təklifini prequalification@socar.az elektron ünvanına göndərməklə müraciət edə bilər.
E-tender portalında qeydiyyatdan keçmiş təchizatçı hansı müddət ərzində pre-kvalifikasiya prosesinə cəlb olunur?
Sözügedən prosesə göstərilən böyük maraq və qeydiyyatdan keçmiş təchizatçıların çoxluğu, pre-kvalifikasiya müsabiqələrinin başlanılmasında növbəlilik prinsipinin əsas götürülməsini zəruri edir. Bununla belə, bütün qeydiyyatdan keçmiş təchizatçılar pre-kvalifikasiya prosesinə cəlb olunacaqdır.
Pre-kvalifikasiya müsabiqəsi zamanı təchizatçı hansı suallara cavab verməlidir?
- Təchizatçı haqqında məlumat,
- Uyğunluq,
- Maliyyə vəziyyəti,
- Təcrübə,
- Keyfiyyət,
- Sağlamlıq və əməyin təhlükəsizliyi,
- Ətraf mühitin mühafizəsi
sahələri üzrə suallara cavab verilməsi nəzərdə tutulur.
Pre-kvalifikasiya müsabiqəsində qiymətləndirmə mərhələsi nə qədər davam edir?
Pre-kvalifikasiya müsabiqələrinin qiymətləndirmə prosesi üçün müddət müəyyən edilməmişdir və müraciətlərin çoxluğunu nəzərə alaraq, bu proses növbəlilik prinsipi əsasında həyata keçirilir.
Təchizatçının TTS-ə daxil edilməsi üçün pre-kvalifikasiya müsabiqəsinin nəticəsi hansı hallarda uyğun hesab olunur?
Maksimal 100 (yüz) baldan ən azı 50 (əlli) bal toplamış və minimal qəbul meyarlarına qarşılayan təchizatçılar TTS-ə daxil edilir.
Pre-kvalifikasiya nəticələri necə bildirilir?
Pre-kvalifikasiya qiymətləndirməsinin nəticələri təsdiqləndikdən sonra təchizatçının portalda qeydiyyatdan keçdiyi elektron poçt ünvanına məktub göndəriləcəkdir.
Pre-kvalifikasiya müsabiqəsini uğurla keçmiş təchizatçılar yenidən qiymətləndirməyə cəlb ediləcəklərmi?
TTS-ə daxil edilmiş Təchizatçılar dövri əsasda təkrar pre-kvalifikasiya prosesinə cəlb ediləcəklər.
Pre-kvalifikasiya müsabiqəsində uğursuz olsam nə etməliyəm?
Qiymətləndirmə nəticəsində uğursuz olan, lakin qara siyahıya salınmayan şirkətlər SOCAR-ın satınalma əməliyyatlarının prioritetlərinə uyğun olaraq təkrar qiymətləndirməyə cəlb oluna bilər.
Pre-kvalifikasiya mərhələsindən uğurla keçən şirkətlər tenderdə daha üstün şanslara malikdirmi?
Pre-kvalifikasiya satınalma müsabiqəsi öncəsi SOCAR-ın qeyd-şərtsiz bütün potensial təchizatçılarının keçməli olduqları ilkin qiymətləndirmə mərhələsidir və Təsdiqlənmiş Təchizatçı Siyahısına salınan bütün təchizatçılar bir-birindən heç bir üstülük və/və ya imtiyazla fərqləndirilmir.