SOCAR-ın Baş ofisində və biznes vahidlərində əməliyyatların təhlükəsizliyinin artırılması, sağlamlığın təmin edilməsi, ətraf mühitə təsirin minimallaşdırılması, istehsalat qəzaları, xəsarətlər və peşə xəstəlikləri olmayan sənayeyə nail olunması, dayanıqlı sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi mədəniyyətinin yüksəldilməsi və işçilərin sosial rifahının inkişaf etdirilməsinin təmin edilməsi məqsədilə SOCAR-da “Hədəf Sıfır” proqramı işlənib hazırlanıb.
“Hədəf Sıfır” proqramı - Əməliyyatların dayanıqlılığına yeni yanaşma və SƏTƏMM mədəniyyətinin yüksəldilməsini əhatə edir. “Hədəf Sıfır” proqramının məqsədi və əhatə dairəsi istehsalat qəzaları, xəsarətlər və xəstəliklər, ətraf mühit çirklənmələri olmayan sənayeyə nail olmaqdır.
“Hədəf Sıfır” proqramının konsepsiyası çevik yanaşma sərgiləyərək və istənilən kontekstdə mənfi təsirlərin qarşısının alınması üçün təhlükəsizlik, sağlamlıq, ətraf mühit və ya rifah prioritetlərinə uyğunlaşdırıla bilir.
İş yerindəki qəzalar və peşə xəstəlikləri müxtəlif səbəblərdən əmələ gəlir. Bu səbəblər müəssisələrdə preventiv SƏTƏMM mədəniyyətini yüksəldərək bu səbəblər aradan qaldırır.
Proqramın “6 Qayda”sı uğurlu və praktik idarəetmə konsepsiyalarına əsaslanan yol xəritəsini təşkil edir. Müəssisələrdə preventiv SƏTƏMM mədəniyyətini gücləndirərək potensial risk səbəbləri aradan qaldırılır və fəaliyyətlə əlaqəli qəzaların, zərərlərin və peşə xəstəliklərinin qarşısı alınır.
Niyə “Hədəf Sıfır”?
- Hər bir hadisə qarşısı alınan olmalıdır.
- Ciddi peşə xəstəlikləri, istehsalat və ağır yol qəzaları baş verməməlidir.
- İşçinin təhlükəsizliyi təmin edilməli, xəsarət və ölüm halları “sıfıra” endirilməlidir.
- Ətraf mühitə mənfi təsirlər minimallaşdırılmalıdır.
- İşçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində sosial layihələr və islahatlar həyata keçirilməlidir.
“Hədəf Sıfır” proqramı 3 icra mərhələsindən ibarətdir:
- "Tətbiq" mərhələsində proqramın icrası nəzərdə tutulur;
- "Nəzarət – Monitorinq" mərhələsində icraya nəzarət, proseslərin izlənilməsi, nöqsanların aşkarlanması nəzərdə tutulur;
- "Təkmilləşdirmə" mərhələsində əvvəlki mərhələlərdə yol verilmiş nöqsanların aradan qaldırılması, müvafiq tədbirlərin görülməsi, SƏTƏMM sisteminin inkişaf etdirilərək təkmilləşdirilməsi nəzərdə tutulur.
“Hədəf Sıfır” proqramının icrasına nəzarət daimi fəaliyyət göstərən komissiyanın (DFK) iş planına daxil edilib. DFK proqramın monitorinqini həyata keçirir, DFK tərəfindən aşkar edilmiş çatışmazlıqlar qeydə alınır, DFK tərəfindən tövsiyələr və yekun qiymət verilir.