BƏƏ
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində SOCAR-ın 100%-lik iştirak payı ilə Dubay Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçmiş “SOCAR Overseas LTD” törəmə şirkəti fəaliyyət göstərir.
“SOCAR Overseas LTD” əsasən investisiya və holdinq şirkəti kimi fəaliyyət göstərir. Şirkət 2017-ci ilə qədər “SOCAR-Aurora” BM-də (BƏƏ) iştirak etməklə Fuceyra Terminalında 50%-lik, 2019-cu ilədək “BOS Şelf” MMC-nin (Azərbaycan) 50%-nə sahib olan “Star Gulf FZCO” (BƏƏ) şirkətində 80%-lik, 2024-cu ilədək Azərbaycanda pərakəndə yanacaqdoldurma məntəqələri zəncirinin operatoru olan “SOCAR Petroleum” QSC-nin 49%-nə malik “AP International SA” şirkətində 100% paya sahib olub.
Hazırda “SOCAR Overseas LTD” müxtəlif sahələrdə fəaliyyət göstərən üçüncü tərəflərlə geniş spektrdə əməkdaşlıq edir və SOCAR-ın aşağıdakı subyektlərində 100% pay sahibidir:
- “SOCAR Overseas FZCO” (BƏƏ)
SOCAR-ın Marketinq və Əməliyyatlar İdarəsi (Azərbaycan) və “SOCAR Trading Middle East FZCO” şirkəti (BƏƏ) ilə əməkdaşlıq çərçivəsində xam neft və emal məhsullarının ticarəti ilə məşğul olur;
- “SOCAR Logistics FZCO” (BƏƏ)
Xəzər dənizi, Qara dəniz və Qafqaz regionunda SOCAR-ın törəmə şirkətlərinə və üçüncü tərəflərə logistik xidmətlər göstərir;
Həmçinin, “SOCAR Logistics FZCO” şirkəti, nizamnamə kapitalında 50%-lik paya sahib olduğu “Turan Energy AFEZCO” (Azərbaycan) müştərək müəssisəsi vasitəsilə, xam neftın, neft emalı və petrokimya məhsullarının ticarəti və daşınması ilə də məşğul olur;
- “UML Middle East FZCO” (BƏƏ)
Neft və neft məhsullarının gəmilərlə daşınması səhəsində fəaliyyət göstərir;
- “SOCAR Baleine Holding Limited” (BƏƏ)
Birləşmiş Ərəb Əmirlikərinin, Abu-Dabi Əmirliyində (ADGM) qeydiyyatdan keçmiş şirkətin əsas fəaliyyət istiqaməti, müxtəlif ölkələrdə olan investisiya layihələrində iştirak etməkdir.