- SOCAR biznes fəaliyyətinin bütün istiqamətlərində ən yüksək dürüstlük və etik davranış standartlarına sadiqliyini bəyan edir. Biz korrupsiyanın sosial inkişafı, sağlam rəqabəti və ictimai etimadı sarsıtdığını anlayır və fəaliyyətimizin hər bir sahəsində şəffaflıq və hesabatlılığın təmin edilməsinə çalışırıq. SOCAR həm Azərbaycan Respublikasında, həm də SOCAR-ın fəaliyyət göstərdiyi hər bir yurisdiksiyada korrupsiya, o cümlədən rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətlərin maliyyələşdirilməsi və vergidən yayınmaya qarşı tətbiq olunan yerli və beynəlxalq hüquqi alətlərə tam uyğunluğu təmin edir. Bizim öhdəliyimiz həmçinin Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyası və digər müvafiq beynəlxalq müqavilələr, FATF tövsiyələri, eləcə də ABŞ-ın Xarici Korrupsiya Təcrübələrinə qarşı Aktı və Böyük Britaniyanın Rüşvətxorluğa qarşı Qanunu kimi mütərəqqi xarici hüquqi alətlərlə uzlaşır ki, bu da SOCAR-ın qlobal anti-korrupsiyaya standartlarına sadiqliyini əks etdirir.
- Bu məqsədlə SOCAR 2024-cü ildən etibarən SOCAR-ın korrupsiyaya, o cümlədən rüşvətxorluğa qarşı mübarizə sisteminin əsas sənədi olan yeni “Korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətlərin maliyyələşdirilməsi və vergidən yayınma ilə mübarizə siyasəti”ni qəbul etmiş və tətbiq etməyə başlamışdır. Bu siyasətin tətbiq dairəsi SOCAR-ın bütün işçilərini, SOCAR Qrupuna daxil olan bütün qurumları, habelə müqavilə əsasında cəlb olunmuş heyəti (əmək müqaviləsi istisna olunmaqla) və kənar qurumların SOCAR-a ezam olunmuş və SOCAR-ın obyektlərində işləyən işçiləri (“secondment” üsulu ilə) əhatə edir (sonuncuların müqavilə öhdəliklərinə əsasən).
- SOCAR korrupsiya, o cümlədən rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətlərin maliyyələşdirilməsi və vergidən yayınmaya qarşı dözümsüzlük siyasətini tətbiq edir. Bizim Biznes Etikası və Davranış Kodeksimiz açıq şəkildə bildirir ki, SOCAR və onun işçiləri istər dövlət, istərsə də özəl sektorda hər hansı formada korrupsiya, o cümlədən rüşvətxorluq hallarına yol verməməlidir. Biz rüşvət, qeyri-qanuni şəkildə ödənişlərin edilməsi, o cümlədən qaytarılması, "rəsmiyyətlərin sadələşdirilməsi ödənişləri" və ya digər qanunsuz sövqedici ödənişlərin təklif edilməsi, verilməsi, istəməsi, tələb edilməsi və ya qəbul edilməsini qəti qadağan edirik. Hər hansı biznes məqsədi qeyri-etik davranışı və ya qeyd-olunan öhdəliklərin pozulmasına bəraət qazandıra bilməz.
- SOCAR-ın bütün rəhbərləri, digər vəzifəli şəxsləri və işçiləri müvafiq daxili siyasətin və bütün aidiyyəti qanunvericiliyi başa düşmək və onlara riayət etmək barədə məsuliyyət daşıyır. Bizim hər bir əməkdaşımızdan onların bütün hallarda dürüst davranışı, hər hansı qeyri-qanuni ödənişlər və qanunsuz üstünlüyün əldə edilməsi hallarını rədd etmək və istənilən şübhəli hallar və ya qeyri-qanuni əməllərin cəhdləri barədə dərhal məlumat vermək ilə bağlı gözləntimiz vardır. SOCAR işçilərinə onların öz işində korrupsiya, o cümlədən rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətlərin maliyyələşdirilməsi və vergidən yayınma hallarını aşkar etmək və onların qarşısını almağa kömək etmək üçün müntəzəm təlimlər keçirir və onları lazımi resurslarla təmin edir. Rəhbərlik şirkət daxilində etik davranışın nümunəvi tətbiqi və uyğunluğa görə hesabatlılığın təmin edilməsi ilə ən üst səviyyədə öz prinsipial mövqeyini sərgiləyir. Korrupsiyaya, o cümlədən rüşvətxorluğa qarşı qaydaları pozan istənilən işçi müqaviləyə xitam verilməsi və barəsində hüquqi tədbirlərin görülməsi də daxil olmaqla intizam tənbehinin tətbiqi ilə üzləşəcək.
- SOCAR öz korrupsiyaya qarşı mübarizə və uyğunluq standartlarını əməkdaşlıq etdiyi bütün kənar şəxslər, o cümlədən podratçılar, təchizatçılar, agentlər və birgə müəssisə tərəfdaşlarına da şamil edir. SOCAR onun biznes etikasının tələblərinə və korrupsiya, o cümlədən rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı və vergi qanunvericiliyinə uyğun olan biznes tərəfdaşlarını yoxlamaq və seçmək üçün onları kompleks yoxlamadan keçirir. Bütün üçüncü tərəflərlə bağlanılan müqavilələr SOCAR-ın korrupsiyaya, o cümlədən rüşvətxorluğa qarşı prinsiplərinə riayət olunması öhdəliyini ehtiva etməlidir və SOCAR bu standartlara əməl etməyən hər hansı üçüncü tərəflə münasibətləri dayandırmaq və ya müqaviləyə xitam vermək hüququnu özündə saxlayır. Eyni zamanda, tərəfdaşlarımızın korrupsiyaya qarşı analoji siyasətlər qəbul etməsini və onlara əməl etməsini təmin etmək üçün birgə müəssisələrdə və digər tərəfdaşlıqlarda da təsir imkanlarımızdan istifadə edərək bizim dəyər zəncirimiz çərçivəsində dürüstlük mədəniyyətini təşviq edirik.
- SOCAR korrupsiya, o cümlədən rüşvətxorluq və ya maliyyə cinayətlərinin qarşısını almaq və aşkar etmək üçün güclü daxili nəzarət mexanizmlərinə malikdir və risk idarəetmə tədbirlərini tətbiq edir. SOCAR biznes münasibətlərinin başlanmasından əvvəl korrupsiya, o cümlədən rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərini müəyyən etmək və azaltmaq məqsədilə əməliyyatlar, layihələr və qarşı tərəflər üzrə kompleks yoxlamanı da özündə ehtiva edən risk əsaslı yanaşmanı tətbiq edir. SOCAR-ın maliyyə və mühasibat uçotu təcrübələri şəffaf və dəqiqdir və bununla da qeyri-qanuni ödənişlər və vergidən yayınmanı gizlədə biləcək hər hansı açıqlanmayan və ya uçotdan kənar olan hesabların mövcud olmadığı təmin edilir. Müvafiq siyasətə və aidiyyəti qanunlara əməl olunmasını yoxlamaq, habelə korrupsiya, o cümlədən rüşvətxorluğa qarşı mübarizəyə dair uyğunluq sisteminin effektivliyini davamlı şəkildə inkişaf etdirmək üçün SOCAR mütəmadi auditlər, uyğunluq üzrə yoxlamalar və monitorinqlər həyata keçirir.
- SOCAR işçilərin və digər maraqlı tərəflərin hər hansı potensial pozuntu barədə qorxu hissi olmadan məlumat verə biləcək açıq və məsuliyyətli bir mədəniyyətin qorunmasına çalışır. Biz onları korrupsiya, o cümlədən rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və vergidən yayınma üzrə şübhəli hallar barədə məlumat vermək üçün təhlükəsiz və konfidensial kanallarla (məsələn, etik məsələləri üzrə yardım xətti və xüsusi e-poçt) təmin edirik. Bütün məlumatlar ciddi şəkildə qəbul edilir, dərhal və qərəzsiz şəkildə araşdırılır. SOCAR vicdanla məlumat verən hər hansı şəxsə qarşı qisas tədbirlərinin tətbiqini qəti şəkildə qadağan edir və məlumat verən şəxsin bu hallara qarşı qorunmasını təmin edir. Əgər araşdırma nəticəsində müvafiq siyasətin pozulması öz təsdiqini taparsa, SOCAR intizam tənbehi tədbirlərinin tətbiqi və ya müqavilələrə xitam verilməsi də daxil olmaqla müvafiq tədbirlər görəcək və qanunvericiliklə tələb olunduğu halda hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək.
- SOCAR korrupsiya, o cümlədən rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin davamlı olaraq təkmilləşdirilməsinə sadiqdir. SOCAR müvafiq siyasət və prosedurların, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və vergidən yayınmaya qarşı mübarizə üzrə qanunvericilik də daxil olmaqla, inkişaf edən qanunvericiliyə, tənzimləyici aktlara və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq üçün onları mütəmadi olaraq nəzərdən keçirir və yeniləyir. SOCAR-ın Uyğunluq Departamenti SOCAR-ın ali rəhbərliyi və Müşahidə Şurası ilə birlikdə müvafiq siyasətinin icrasına nəzarət edir və uyğunluğun təmini üçün effektiv idarəetmə və adekvat resursların mövcudluğunu təmin edir. Korrupsiya, o cümlədən rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və vergidən yayınmaya qarşı təminatlarımızı davamlı olaraq gücləndirməklə biz şirkətimizin uzunmüddətli maraqlarını müdafiə edir, maraqlı tərəflərimizin etimadını qoruyur və fəaliyyət göstərdiyimiz icmalarda davamlı inkişafına töhfə veririk.