Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Kənan Nəcəfov

Vitse-prezident

Nəcəfov Kənan Təhməz oğlu 1975-ci ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində "beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 1999-cu ildə ABŞ-da Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində "beynəlxalq biznes hüququ" üzrə magistr, 2003-cü ildə isə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes inzibatçılığı üzrə magistr dərəcələrini qazanıb.

Əmək fəaliyyətinə 1996-cı ildə Dünya Bankının Azərbaycandakı nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis kimi başlayıb, 1999-cu ildə isə “Baker Botts” hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquqşünas vəzifəsində çalışıb. 2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin ofislərində kommersiya təhlili və biznesin inkişafı istiqamətlərində fəaliyyət göstərib. 2008-ci ildən 2012-ci ilədək "Exane BNP Paribas" və "Citigroup"da investisiya təhlilçisi, eləcə də ikinci şirkətdə vitse-prezident vəzifəsində işləyib. 2012-2015-ci illərdə “Nobel Oil” şirkətinə Baş strategiya inzibatçısı və Baş icraçı direktorun müavini vəzifəsini tutub. Sonrakı 5 il müddətində fərdi sahibkarlıqla məşğul olub, 2020-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

2021-ci ilin 11 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.