İsmayıl Zərgərli
Vitse-prezident
Zərgərli İsmayıl Fikrət oğlu 18 dekabr 1976-ci ildə Moskva şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olaraq, 1997-ci ildə həmin fakültənin hüquqşünas/tərçüməçi-referent ixtisasını fərqlənmə ilə bitirib.
Əmək fəaliyyətinə 1997-ci ildən “Dr.Shirin O.Entezari and Associates” hüquq firmasında hüquqşünas vəzifəsində başlayıb. 2001-2002-ci illərdə İngiltərənin “Ledingham Chalmers” hüquq firmasının Bakı ofisində hüquqşünas vəzifəsində çalışıb.
2002-2022-ci illərdə “Omni” QSC hüquq firmasında baş hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən Azərbaycan Vəkillər Kollegiyasına daxil olub. 11 saylı vəkil bürosunun üzvüdür.
15 noyabr 2022-ci ildən 28 iyul 2023-cü ilədək SOCAR-ın prezidentinin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Ailəlidir, 2 övladı var.