XAHİŞ EDİRİK, AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT ŞİRKƏTİNƏ ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL AŞAĞIDAKI QAYDALARLA TANIŞ OLUN:
- Mətni yazmazdan əvvəl zəruri formadakı məlumat xanalarının düzgün doldurulması vacibdir.
- Mətn yazıldığı dilin əlifbası ilə tərtib olunmalı, yalnız böyük və ya yalnız kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli və durğu işarələrindən düzgün istifadə edilməlidir.
- Müraciətin mahiyyəti tam və dolğun ifadə edilməlidir.
- Əgər müraciət müəllifi özü haqqında məlumatları dəqiq göstərməzsə və ya “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.4–6.9-cu bəndlərinin tələblərinə cavab verməzsə (məsələn, mətn oxunaqlı deyilsə, təklif və ya tələb aydın ifadə edilməyibsə, yaxud təhqir və böhtan varsa), belə müraciətlərə cavab verilmir.
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü yarımbəndinə əsasən, vətəndaşın təkrar müraciətinə bir il ərzində üç dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır.
- İlkin müraciətin qanunvericiliklə müəyyən edilmiş baxılma müddəti bitmədən, vətəndaşların eyni məzmunlu (əvvəlki məsələ ilə bağlı) müraciətləri ilkin müraciətə əlavə edilməklə, onlar bir icraat çərçivəsində baxılır.