Xəbərlər arxivi

1 May 2021

SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri ilə görüşdü

+

Aprelin 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirmişdir. Görüşdə Gürcüstanın qaz təchizatı və qazlaşdırılması sahəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivləri və bir sıra başqa məsələlər müzakirə olunmşdur.

Görüşdə «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov da iştirak etmişdir.

«SOCAR Energy Georgia» MMC 2006-cı ildən Gürcüstanda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət Gürcüstan iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından artıq investisiya qoymuş və dövlət xəzinəsinə 1,7 milyard ABŞ dolları məbləğində vergi ödəmişdir. Bu gün şirkət bütün Gürcüstan ərazisində 770 mindən çox qaz istehlakçısına xidmət edir. Ölkədə SOCAR brendi ilə 111 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.