ƏN SON XƏBƏR

Upper Head Image

SOCAR-ın prezidenti Türkiyə səfiri ilə görüşdü

Aprelin 13-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirib.
Görüşdə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi və bu prosesdə SOCAR-ın rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb. R Abdullayev qardaş Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın göstərdiyi xidmətlərdən söz açaraq ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub

Aprelin 9-da SOCAR TOWER-də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı keçirilib.
Açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Şuranın üzvləri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər təmsilçiləri iştirak etmişlər. Qonaqlar öncə SOCAR Tower-də yerləşən neft sərgisi ilə tanış olmuş, daha sonra isə Vizualizasiya Mərkəzini ziyarət etmişlər.

Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılmış, hazırda istismarda olan və istismardan çıxarılmış 44000 quyunun 50%-ə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər.

Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir.

TAM XƏBƏR ətraflı oxu

SOCAR 2022-ci ildə səmt qazı emissiyalarını sıfra endirməyi hədəfləyir

Aprelin 6-da SOCAR-la Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı arasında əməkdaşlıq çərçivəsində SOCAR-da səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı onlayn görüş keçirilmişdir.
Görüş zamanı şirkətdə səmt qazı atqılarının azaldılması üzrə görülən işlər, əldə olunan müvəffəqiyyətlər və bunların səbəbləri istiqamətində ətraflı müzakirə aparılmışdır. SOCAR-da atmosferə qaz emissiyalarının atılmasının intensivliyinin azaldılması məqsədi ilə ən qabaqcıl ekoloji tədbirlərin həyata keçirildiyi təqdir edilmişdir. SOCAR-ın artıq səmt qazı atqılarını 2%-ə endirdiyi və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyduğu xüsusi vurğulanmış və yüksək qiymətləndirilmişdir.

Bildirilmişdir ki, bu işlərin reallaşdırılması SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaqdır.

GGFR nümayəndələri qlobal istiləşmə prosesinin sürətləndiyi bir dövrdə SOCAR-ın həyata keçirdiyi effektiv tədbirlərin digər aparıcı neft-qaz şirkətləri üçün örnək olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaqdır və müsbət mənada fərqlənəcəkdir. GGFR təşkilatının nümayəndələri gələcəkdə SOCAR-ın təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulamışlar.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın idarəsi növbəti dəfə beynəlxalq təlim akkreditasiyalarından keçmişdir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Xəzər regionunda təlim xidmətlərinin təminatçısı olaraq dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarında insan həyatının mühafizəsi və xilasetmə-təxliyə sahəsində də nüfuzlu beynəlxalq qurumlarda akkreditasiya olunmuşdur. Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi (DİHMTM) həm qəza nəfəsalma sistemi (EBS), həm də sıxılmış havada qəza nəfəsalma sistemi (CA-EBS) ilə stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vurub. Audit prosedurları Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPİTO) tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilmişdir.
SOCAR-ın idarəsi eyni zamanda dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının tədrisi ilə əlaqədar yenidən akkreditasiya edilib. Bu akkreditasiya şirkətin dəniz platforma və qurğularında çalışan mühəndis-texniki heyətin, habelə kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də fövqəladə hallarda, qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində təlim ehtiyaclarının təmin olunmasına xidmət edir.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Neft-qaz əməliyyatları zamanı insan həyatının təhlükəsizliyinin təminatı SOCAR-ın əsas prioritetlərindən biridir. Dəniz obyektləri bu sahədə daha riskli olduğundan, dənizdə baş verə biləcək situasiyalarla əlaqədar işçilərimiz üçün əlavə səriştəliklər və biliklər tələb olunur. Ona görə də dənizdə fəliyyət göstərən bütün işçilər və dənizə ezam olunanlar icbari şəkildə Dənizdə insan həyatının mühafizəsi üzrə bir sıra təlimlər keçməli və müvafiq sertifikatlar əldə etməlidirlər.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu