Müşahidə Şurası

Mikayıl Çingiz oğlu Cabbarov +

Mikayıl Çingiz oğlu Cabbarov

SOCAR-ın Müşahidə Şurasının sədri


Emin Hüseynov +

Emin Hüseynov

SOCAR-ın Müşahidə Şurasının üzvü

İsrafil Məmmədov +

İsrafil Məmmədov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Elnur Soltanov +

Elnur Soltanov

SOCAR-ın Müşahidə Şurasının üzvü


Azər Bayramov +

Azər Bayramov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Rövşən Nəcəf +

Rövşən Nəcəf

SOCAR-ın Müşahidə Şurasının üzvü

Ruslan Əlixanov +

Ruslan Əlixanov

SOCAR-ın Müşahidə Şurasının üzvü


Rövşən Nəcəf

Rövşən Nəcəf

SOCAR

SOCAR-ın Müşahidə Şurasının üzvü

Profil+

Rövşən Çingiz oğlu Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirmişdir. 2007-2008-ci illərdə ARDNŞ-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını uğurla bitirmişdir Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışmışdır. 2008-2009-cu illərdə ARDNŞ-nın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olmuşdur. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. 3-cü dərəcəli dövlət müşaviridir. Evlidir, 2 övladı var.