Müşahidə Şurası

Mikayıl Çingiz oğlu Cabbarov +

Mikayıl Çingiz oğlu Cabbarov

SOCAR-ın Müşahidə Şurasının sədri


Emin Hüseynov +

Emin Hüseynov

SOCAR-ın Müşahidə Şurasının üzvü

İsrafil Məmmədov +

İsrafil Məmmədov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Elnur Soltanov +

Elnur Soltanov

SOCAR-ın Müşahidə Şurasının üzvü


Azər Bayramov +

Azər Bayramov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Rövşən Nəcəf +

Rövşən Nəcəf

SOCAR-ın Müşahidə Şurasının üzvü

Ruslan Əlixanov +

Ruslan Əlixanov

SOCAR-ın Müşahidə Şurasının üzvü


İsrafil Məmmədov

İsrafil Məmmədov

SOCAR

SOCAR-ın Müşahidə Şurasının üzvü

Profil+

İsrafil Aydın oğlu Məmmədov 26 iyul 1973-cü ildə anadan olmuşdur. 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb. 2017-ci ildə ABŞ-ın Stanford Universitetinin Biznes məktəbində, 2017-ci il ABŞ-ın Yale Universitetinin İdarəetmə məktəbində, eləcə də 2018-ci ildə ABŞ-ın Harvard Universitetinin Biznes Məktəbində İdarəetmə üzrə ixtisaslaşma proqramlarında iştirak etmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində, 1996-2007-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində və 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri, sonra isə 2013-2019-cu illərdə Fondun İcraçı direktorunun müavini vəzifəsində çalışıb. 2019-cu il 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsinə təyin olunub. 2019-cu ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının və eləcə də Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvüdür. 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. 09 sentyabr 2020-ci ildən Azərbaycan Respublikasının İqtisadi Şurasının, 24 sentyabr 2020-ci il tarixindən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikasının Baş nazirinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın üzvüdür. Evlidir, üç övladı var.