
Emin Hüseynov
SOCAR
SOCAR-ın Müşahidə Şurasının üzvü
Profil+
Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1998-2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı, 2001-2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtsadçı, 2003-2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı vəzifəsində çalışmışdır. 2005-2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru təyin olunmuşdur. 2007-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru, 2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı, 2010-2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru vəzifələrində fəaliyyət göstərmişdir. 2013-2016-cı illərdə “ADA” Universitetində, Strategiya və inkişaf məsələləri üzrə prorektor, 2016-cı ilin yanvar ayından iyun ayına kimi isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifələrini icra etmişdir. 2016-2018-ci illərdə Maliyyə Nazirinin müavini vəzifəsini icra etmişdir. 2018-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir. Ailəlidir, üç övladı var.