
Elnur Soltanov
SOCAR
SOCAR-ın Müşahidə Şurasının üzvü
Profil+
Elnur Zabit oğlu Soltanov 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. 1995-2003-cü illərdə Türkiyənin Orta Doğu Texniki Universitetinin beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Tədqiqatlar Mərkəzində tədqiqatçı işləyib. 2003-2009-cu illərdə ABŞ-ın Texas Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. Ailəlidir, iki övladı var.