QANUNVERİCİLİK

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1058-VQD nömrəli Qanununun tətbiqi və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 78 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilsin.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2020-ci il
№ 1079
|
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il “1” iyul tarixli 1079 nömrəli Fərmanı ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri
üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan
lisenziyaların siyahısı
Sıra nömrəsi |
Fəaliyyət növünün adı |
1. |
Rabitə xidmətləri: |
1.1. |
İP-telefoniya (internet telefoniya) |
1.2. |
ölkədaxili telekommunikasiya kanallarının təşkili |
2. |
Maye və təbii qaz təsərrüfatı obyektlərinin: |
2.1. |
quraşdırılması |
2.2. |
istismarı |
3. |
Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması |
4. |
Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri |
5. |
Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi |
6. |
Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri: |
6.1. |
mühəndis-geodeziya |
6.2. |
mühəndis-geoloji axtarış |
6.3. |
mühəndis-hidrogeoloji axtarış |
6.4. |
geofiziki |
6.5. |
qruntların laboratoriya tədqiqatı |
7. |
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri: |
7.1. |
xüsusi torpaq işləri: ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi |
7.2. |
beton və dəmir-beton konstruksiyaların quraşdırılması |
7.3. |
metal konstruksiyaların quraşdırılması |
7.4. |
ağac konstruksiyaların quraşdırılması |
7.5. |
fasad işləri |
7.6. |
svay işləri |
7.7. |
mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri |
7.8. |
hidrotexniki işlər: |
7.8.1. |
sualtı-texniki işlər |
7.8.2. |
dambaların (torpaq bəndlərin) tikintisi |
7.8.3. |
limanların tikintisi |
7.8.4. |
pirslərin tikintisi |
7.8.5. |
sahilbərkitmə işləri |
7.9. |
yol tikintisi: avtomobil yolları |
7.10. |
xüsusi qurğuların tikintisi və quraşdırılması: |
7.10.1. |
rezervuarlar və qazholderlər (qaz anbarları) |
7.10.2. |
elektrik ötürücü xətləri |
7.11. |
sənaye obyektlərinin tikintisi: |
7.11.1. |
aşırımı 24 metrədək |
7.11.2. |
aşırımı 24 metr və daha çox |
7.11.3. |
hündürlüyü 65 metrədək |
7.11.4. |
tutumu 5 min nəfərədək |
8. |
Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi |
|
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il “1” iyul tarixli 1079 nömrəli Fərmanı ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı
Sıra nömrəsi |
İcazənin adı |
1. |
İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə |
2. |
İxrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması |
3. |
Geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi |
4. |
Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı” |
5. |
Qazın istehsalına və təbii qazın emalına icazə |
6. |
Qazın nəqli üçün icazə |
7. |
Qazın paylanmasına icazə |
8. |
Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə |
9. |
Sənaye qaz qurğusunun istismarına icazə |
10. |
Neft və qaz yataqlarının kəşfiyyatına icazə |
11. |
Neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə |
12. |
Neft və neft məhsullarının emalına icazə |
13. |
Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə |
14. |
Tikintiyə icazə: |
14.1. |
diametri 1000 mm-dən artıq olan magistral (neft və qaz) boru kəmərləri |
14.2. |
neft emalı maddələrinin istehsalı zavodları |
14.3. |
həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlar və maye qazların izometrik anbarları |
14.4. |
maye qaz, neft və neft məhsullarının rezervuar parkları |
14.5. |
həcmi 5 (beş) min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarlar və qazholderlər (qaz anbarları) |
14.6. |
dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları |
14.7. |
gücü saatda 2 (iki) milyon kubmetrdən yuxarı olan kompressor stansiyaları, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalar |
14.8. |
dövlət əhəmiyyətli hidrotexniki qurğular |
14.9. |
sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları |
14.10. |
hündürlüyü 100 metrdən artıq olan qurğular (qüllələr, dorlar və borular) |
14.11. |
Xəzər dənizi akvatoriyasında inşa edilən obyektlər |
14.12. |
dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərləri, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğular |
15. |
Tikinti obyektinin istismarına icazə: |
15.1. |
diametri 1000 mm-dən artıq olan maqistral (neft və qaz) boru kəmərləri |
15.2. |
neft emalı maddələrinin istehsalı zavodları |
15.3. |
həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlar və maye qazların izometrik anbarları |
15.4. |
maye qaz, neft və neft məhsullarının rezervuar parkları |
15.5. |
həcmi 5 (beş) min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarlar və qazholderlər (qaz anbarları) |
15.6. |
dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları |
15.7. |
gücü saatda 2 (iki) milyon kubmetrdən yuxarı olan kompressor stansiyaları, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalar |
15.8. |
dövlət əhəmiyyətli hidrotexniki qurğular |
15.9. |
sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları |
15.10. |
hündürlüyü 100 metrdən artıq olan qurğular (qüllələr, dorlar və borular) |
15.11. |
Xəzər dənizi akvatoriyasında inşa edilən obyektlər |
15.12. |
dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərləri, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğular |