Satınalma və Təchizatın İdarə Edilməsi

Vendor olmaq üçün müraciət

Hazırki bölmə “SOCAR-ın Vendor Siyahısı”na daxil olmaq məqsədi ilə bazar iştirakçılarının müraciətlərinin asan (online qaydada) qəbulu üçün təsis edilmişdir. “SOCAR-ın Vendor Siyahısı”na daxil olmaq” niyyətində olan bazar iştirakçılarından səhifədə yerləşdirilmiş nümunəvi formada ərizəni, konfindesiallıq öhdəliyi barədə bəyanatı və müraciət olunan sub-kateqoriya üzrə son 5 il ərzində bağlanmış müqavilələr haqqında məlumatı (əgər varsa) tələb olunan qaydada doldurub, imzalayaraq elektron versiyasının (PDF) procurement.committee@socar.az elektron poçt ünvanına korporativ e-mailiniz vasitəsi ilə göndərilməsi tələb olunur. Elektron məktubun mövzu hissəsində “SOCAR-ın Vendor Siyahısına daxil olmaq barədə” yazılması məqsədəmüvafiqdir

Ərizədə qeyd olunan “Vendor sahəsi”, ”Kateqoriya” və “Sub-kateqoriya” məlumat xanaları yalnız bu bölmədə yerləşdirilmiş Vendor Sahələr adlı cədvəldən istifadə edilərək doldurulmalıdır. Bu tələb olunan məlumat xanalarında müraciət etmək niyyətində olan bazar iştirakçısı fəaliyyətinə və ya SOCAR-a təklif etməyə planlaşdırdığı mal, iş və ya xidmətlərə aid sahələri seçməlidir.

Nəzərinizə çatdırılır ki, “SOCAR-ın Vendor Siyahısı”na yalnız SOCAR-ın normativ sənədlərinə uyğun olaraq, müvafiq qaydada pre-kvalifikasiya olunmuş və yekun nəticədə uyğun hesab edilən bazar iştirakçıları daxil edilir.

Qeyd 1: Hər bir fərqli sub-kateqoriya üçün yeni müraciət edilməsi tələb olunur.
Qeyd 2: Təqdim olunan hər bir məlumat üzrə təsdiqedici sənədlərin surəti tələb oluna bilər.