ŞİRKƏT

Neftqaztikinti tresti

Neftqaztikinti tresti

Neftqaztikinti tresti

Neftqaztikinti tresti

Neftqaztikinti tresti

Neftqaztikinti tresti

Neftqaztikinti tresti

Neftqaztikinti tresti
Prev Next

Neftqaztikinti tresti

"Neftqaztikinti" tresti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda təmir və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə "Azərdənizneftinşaat" (1949-cu ildə təsis edilmişdir) və "Xəzərdənizneftqaztikinti" (1979-cu ildə təsis edilmişdir) trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir.

Env Txt Img

Dünya praktikasında ilk dəfə açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli Xəzər dənizinin "Neft Daşları" rayonu ilə bağlıdır. Dünyada ilk dəfə olaraq 1949-cu ildə trest tərəfindən Neft Daşlarında kompleks tikinti işləri aparılmış, ümumi sahəsi 8 hektar olan süni ada salınmış, estakada və meydançaların tikintisinə başlanılmışdır.


Trestin tərkibinə müxtəlif profilli 7 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti Bölümü, Dəmir-Beton Məmulatları İstehsalı Bölümü, Anbar Təsərrüfatı Bölümü, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Bölümü daxildir.

Hazırda trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən SOCAR-ın digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir:
• Dənizdə (150m-ə qədər) və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi;
• Dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi;
• Yeraltı qaz saxlama anbarlarının tikintisi;
• Dəniz estakadalarının tikintisi (0-30m);
• Liman və liman qurğularının tikintisi;
• Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi;
• Dənizin dayaz və dərin hissələrində (10-150m) stasionar özüllərinin tikintisi;
• Yataqların elektrik təchizatı sisteminin qurulması;
• Yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi;
• Yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi;
• Metal konstruksiyaların korroziyadan mühafizə işləri;
• Mülki tikinti;
• Dəmir-beton məmulatlarının istehsalı;
• Sualtı boru kəmərlərinin tikintisi üçün tələb olunan müxtəlif diametrli boruların betonlanması; • Metal-konstruksiyaların yığılması;
• Asfalt-beton istehsalı;
• Magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi;
• Bütün növ tikinti material və avadanlıqlarının təchizatı;
• Qaynaqçıların beynəlxalq səviyyədə sertifikatlaşdırılması;
• Qaynaq tikişlərinin dağılan və dağılmayan üsulla yoxlanılması.
2002-ci ildən başlayaraq, trest TSE-ISO-EN 9002 - "Keyfiyyət", TSE-ISO-EN 14001 - "Ətraf Mühitin Mühafizəsi", TS-18001 - "Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası", TS EN ISO/IEC 17024 - "Personalın (qaynaqçıların) sertifikatlaşdırılması kriteriyaları" və TS EN ISO/IEC 17025 - "Yoxlama və sınaq işlərinin yetərliliyi" üzrə beynəlxalq sertifikatlara layiq görülmüşdür. .


Müdir:Seyfullayev Qağaməli Höküməli oğlu
Ünvan:AZ1060, Bakı şəhəri, Əlif Hacıyev küçəsi, 54
Telefon:(+99412) 521 07 80/81
Faks:(+99412) 422 30 50
URL:www.nqt.az
E-poçt:office.ogct@socar.az

ətraflı oxu +