ŞİRKƏT

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi
Prev Next

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

Env Txt Img

Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb.

2012-ci ilin fevralında Bakı Ali Neft Məktəbinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali Məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilib.

2012-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsinə təyin edilib. Env Txt Img


BANM-də “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə bakalavr, “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Biznesin idarə edilməsi” (MBA) ixtisasları üzrə magistr pilləsi üzrə qəbul həyata keçirlir.

Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə proqramını uğurla başa vuran məzunlara Bakı Ali Neft Məktəbi ilə yanaşı Böyük Britaniyanın Heriot Vatt Universitetinin də diplomları təqdim olunur.

2019/2020-ci tədris ilində BANM-in 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb və bu gösərici üzrə Ali Məktəb I qrup üzrə ölkə birincisi olub. BANM-in illər üzrə Prezident təqaüdçülərinin statistikası aşağıdakı kimidir: Env Txt Img

2017-ci ildə BANM-da ilk, 2018-ci ildə II, 2019-cu ildə isə 3-cü məzun buraxılışı keçirilib. Məzunların hamısı işlə təmin olunub və hazırda SOCAR, Azneft İB, SOCAR Türkiyənin Petkim Petrokimya Holdinqi və Star Neft Emalı Zavodu, Azərikimya, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, SOCAR Ümid MMC, SOCAR Polymer, BP, Schlumberger, Halliburton, Maire Tecnimont və s. kimi iri transmilli şirkətlərdə çalışırlar. Qalan məzunlar isə doğma Azərbaycanın və eləcə də dünyanın öndə gedən universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər.

Bakı Ali Neft Məktəbi dünyanın bir çox nüfuzlu universitetlərilə əməkdaşlıq edir, həmin universitetlərlə tələbə və müəllim mübadilə proqramlarını həyata keçirir. Son illər ərzində Ali Məktəb Erasmus+ layihəsi çərçivəsində tələbələrini Yunanıstan, Bolqarıstan, İspaniya kimi ölkələrə təhsil almağa göndərib, həmçinin Ruminiya və Qazaxıstandan tələbələr qəbul edib. 2019/2020-ci tədris ilində müxtəlif ölkələrdən 17 nəfər əcnəbi tələbə BANM-i seçib.

BANM-da İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən 7 moduldan ibarət təlim proqramı - Layihə İdarəetmə Məktəbi fəaliyyət göstərir. Layihə İdarəetmə Məktəbi artıq 3-cü məzun buraxılışını reallaşdırıb.


Bu gün BANM ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, BP, ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Statoil, Total, DAAD, Avandsis Group kimi ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir ki, bu da BANM-in məzunlarının gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.


BANM Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.


Rektor: Qasımov Elmar Eldar oğlu

Bakı Ali Neft Məktəbinin Xətai korpusu
Ünvan:AZ1025, Bakı şəhəri, Xocalı prospekti, 30

Bakı Ali Neft Məktəbinin Kampusu
Ünvan:Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 3-cü km, “25

Telefon:(+99412) 521 33 63
Faks: (+99412) 521 33 64
Email:info@bhos.edu.az
Sayt: www.bhos.edu.az



ətraflı oxu +