
Bədəlov Bədəl
SOCAR
Vitse-prezident - sosial məsələlər üzrə
Tel: (+99412) 521 0029
Faks: (+99412) 521 0353
Email: badal.badalov@socar.az
Profil+
Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndində anadan olub. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib.
Mühəndislik fəaliyyətinə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin (İB) “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı Tikinti-quraşdırma İdarəsində başlayıb, böyük iş icraçısı vəzifəsinədək yüksəlib. 1997-2003-cü illərdə “Dənizdə neft və qazçıxarma” İB-nin “Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışıb, 2003-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunun (NEZ) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2005-2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı NEZ-in direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Tel: (+99412) 521 00 29
Faks: (+99412) 521 03 53
E-poçt: badal.badalov@socar.az