RƏHBƏRLİK

Rövnəq İbrahim oğlu Abdullayev +

Rövnəq İbrahim oğlu Abdullayev

SOCAR-ın prezidenti


Yusifzadə Xoşbəxt +

Yusifzadə Xoşbəxt

Birinci vitse-prezident

Qasımov Süleyman +

Qasımov Süleyman

İqtisadi məsələlər üzrə vitse-prezident

Nəsirov Elşad +

Nəsirov Elşad

Sərmayələr və marketinq üzrə vitse-prezident


Bədəlov Bədəl +

Bədəlov Bədəl

Sosial məsələlər üzrə vitse-prezident

Məmmədov Xalik +

Məmmədov Xalik

Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident

İskəndərov Daşqın +

İskəndərov Daşqın

Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident


Hüseynzadə Rəfiqə +

Hüseynzadə Rəfiqə

Ekologiya üzrə vitse-prezident

Yaşar Lətifov +

Yaşar Lətifov

Yataqların işlənməsi üzrə vitse-prezident


Download vcard Yusifzadə Xoşbəxt

Yusifzadə Xoşbəxt

SOCAR

Birinci vitse-prezident

Tel: (+99412)4922870

Tel: (+99412)5210359

Tel: (+99412)5210312

Faks: (+99412)4988305

Email:

Tanıtma kartını yüklə

Profil+

Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) geoloji-kəşfiyyat fakültəsini “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-cı illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.
1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik nəşr olunmuş 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir.
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqları kəşf edilib.
Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə keçmiş SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı” ordeni (1963, 1976), “Şərəf nişanı” ordeni (1971), Azərbaycan Respublikasının “İstiqlal” (2000), “Şöhrət” (2004), “Şərəf” (2010), 1-ci dərəcəli “Əmək” (2017) ordenləri, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (2019), “Heydər Əliyev” ordeni (2020), Vyetnam Sosialist Respublikasının “Dostluq” ordeni (2011), “Azərbaycan Respublikası Prezidentinin fəxri Diplomu” (2015), keçmiş SSRİ-nin “Əmək igidliyinə görə”, “Fədakar əməyə görə”, “Əmək veteranı” (1986) medalları, eləcə də “Azərbaycan sərhəd mühafizəsinin 95 illiyi (1919-2014)”, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)”, “Azərbaycan polisinin 100 illiyi (1918-2018), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)”, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib. Akademik X.Yusifzadə iki dəfə Azərbaycan Respublikasının Dövlət Mükafatına (1982,1991), “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına (2018), “SSRİ-nin fəxri neftçisi” (1970), “Yer təkinin fəxri kəşfiyyatçısı” (1985), “Yatağı birinci kəşf edən” (1988), “Azərbaycan SSR-in Əməkdar mühəndisi” (1964) və “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” (2005) fəxri adlarına layiq görülüb.
Bunlarla yanaşı, X.B.Yusifzadə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları (1960,1980), SSRİ neft sənayesinin 50 illiyi münasibətilə Yubiley Fəxri fərmanı (1968), SSRİ Elmi-Texniki Cəmiyyətinin Fəxri fərmanları ilə (1981,1983) təltif olunub, bir sıra neft yataqlarının aşkar edilməsinə və kəşfiyyatına görə SSRİ neft və qaz sənayeləri nazirliklərinin əmrləri ilə 8 dəfə Dövlət pul mükafatına, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bir qızıl (1973) və iki bürünc medalına (1982, 1985), Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) “Caspian Energy İnteqration Award” mükafatına (2007), Birləşmiş Millətlərin İctimai Təltiflər Şurası Beynəlxalq Mükafat Komitəsinin (Moskva şəhəri) “Şərəf və Vicdan” ordeninə (2013), Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və İncəsənət Cəngavəri” fəxri adına və döş nişanına (2014), bu akademiyanın akademik Azad Mirzəcanzadə adına Gümüş Medalına (2015), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk Dünyasının Fəxri Alimi” adına (2011), Avropa Təbiət Elmləri Akademiyasının “Taclı Orden”inə (2014), MDB ölkələrinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalına (2017) layiq görülüb.
Neft hasilatında nanotexnologiyanın inkişafı və tətbiqi sahəsində görkəmli xidmətlərinə görə akademik X.B.Yusifzadə UNESKO medalı ilə də təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib (2010). Dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Təltif Şurasının qərarı ilə Avropa Ali Xidmət ordeni ilə (2018) mükafatlandırılıb. Eyni zamanda, 2009-cu ildən üzvü olduğu Azərbaycan Respublikası Ağsaqqallar Şurasının 2018-ci ildə Fəxri Fərmanı ilə təltif edilib.
2016-cı ildən ADNSU geoloji-kəşfiyyat fakültəsinin əlaçı tələbələrinə, 2020-ci ildən isə Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan iki tələbəyə akademik Xoşbəxt Yusifzadə təqaüdü təsis edilib.

Tel: (+99412) 492 28 70, 521 03 59, 521 03 12
Faks: (+99412) 498 83 05
E-poçt: nhuseynova@socar.az