FƏALİYYƏT
"Zığ" və "Hövsan"
Azərbaycan Respublikasında "Zığ" və "Hövsan" neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş

3 noyabr 2006-cı ildə ARDNŞ, "Rusneft Abşeron İnvestments Limited" və ARDNŞ-nin Ortaq Neft şirkəti arasında "Azərbaycan Respublikasında "Zığ" və "Hövsan" neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş imzalanmışdır. Saziş 8 oktyabr 2007-ci ildə qüvvəyə minmişdir. Saziş sahəsi 68,81 km2-dir.
Neft və qaz əməliyyatları Abşeron yarımadasının cənub sahilində yerləşən "Zığ" və "Hövsan" neft yataqlarında yerinə yetirilir.
"Hövsan" yatağı Bakı şəhərindən 20 km şərqdə, Abşeron yarımadasının cənubunda yerləşir. Yataq 1948-ci ildən sənaye işlənməsinə verilmişdir. 1 yanvar 2011-ci il tarixə qədər yataqda 73 quyu qazılmış, 3,3 milyon ton neft hasil olunmuşdur.
"Zığ" neft yatağı Bakı şəhərinin şimal-şərqində yerləşir. Yataq 1935-ci ildən sənaye işlənməsinə verilmişdir. 1 yanvar 2011-ci il tarixə yataqda 240 quyu qazılmışdır. Həmin tarixə yataqdan 6,3 milyon ton neft hasil edilmişdir.