FƏALİYYƏT
"Mişovdağ" və "Kəlaməddin"
Azərbaycan Respublikasında "Mişovdağ" və "Kəlaməddin" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş.12 sentyabr 2000-ci il tarixində "Mişovdağ" və "Kəlaməddin" yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü (HPB) haqqında" Saziş imzalanmışdır. Saziş sahəsi 446 km2-dir.

"Mişovdağ" yatağı Bakı şəhərindən 80 km cənub-qərb istiqamətdə yerləşir. 1956-ci ildən işlənməyə daxil edilib. Yataqda 754 quyu qazılmışdır. 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 19,6 milyon ton olmuşdur.
"Kəlaməddin" yatağı Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilmiş, 1980-ci ildə işlənməyə verilmişdir. "Kəlaməddin" yatağında ümumilikdə 151 quyu qazılmışdır. 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 1,384 milyon ton olmuşdur.