FƏALİYYƏT
"Bahar" "Qum Dəniz"
Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum dəniz" yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş 22 dekabr 2009-cu ildə qüvvəyə minmişdir. Saziş blokunun sahəsi 309,7 km2-dir. Buraya "Bahar" və "Qum dəniz" yataqları daxildir.

"Bahar" yatağı qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m3 qaz olmuşdur.
"Qum dəniz" yatağı Bakı şəhərindən cənub şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşir. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km2-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.