Yaşar Lətifov
Vitse-prezident
Lətifov Yaşar Aydın oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunu “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə “Azneft” İB-in 2 saylı Binəqədi NQÇİ-də operator kimi başlayıb, daha sonra usta və sahə rəisi vəzifəsinə keçirilib. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərib. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və “AÇG”, “Şahdəniz” layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan “SOCAR Upstream Management International” MMC-nin icraçı direktoru vəzifəsində çalışıb.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.