Xalik Məmmədov
Vitse-prezident
Məmmədov Xalik Rəfi oğlu 1958-ci ildə Astara rayonunda anadan olub. 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis-elektrik ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlayıb. 1985-1991-ci illər ərzində zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991-1992-ci illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində “Azinteroyl” Müştərək Müəssisəsinin texniki direktoru, 1992-1994-cü illərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994-2005-ci illərdə “Azərneftyanacaq” İstehsalat Birliyində (daha sonra “Azərneftyanacaq” NEZ, Heydər Əliyev adına Bakı NEZ adlandırılıb) kadrlar şöbəsinin rəisi, baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışıb, 2005-2007-ci illərdə ARDNŞ-nin İşlər İdarəsinin rəisi olub.
2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şirkətin vitse-prezidenti vəzifəsinə təyin olunub. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına, 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. İqtisadiyyat üzrə fəlsəfə doktorodur. Yeni Azərbaycan Partiyasının üzvüdür.