0%

Bədəl Bədəlov

Vitse-prezident

Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Goranboy rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "inşaat mühəndisi" ixtisası üzrə bitirib.

Mühəndislik fəaliyyətinə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin (İB) “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı Tikinti-quraşdırma İdarəsində başlayıb, böyük iş icraçısı vəzifəsinədək yüksəlib. 1997-2003-cü illərdə “Dənizdə neft və qazçıxarma” İB-in “Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar mexanikləşdirilmiş dəstəsinin rəisi vəsifələrində çalışıb, 2003-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunun (NEZ) Əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2005-2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı NEZ-in direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olub.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şirkətin vitse-prezidenti vəzifəsinə təyin edilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.