X Ü L A S Ə L Ə R

NEFT VƏ QAZ YATAQLARININ GEOLOGİYASI,

GEOFİZİKASI VƏ GEOLOJİ KƏŞFİYYAT İŞLƏRİ

M.M.İsgəndərov

Terrigen kəsilişin öyrənilməsində QGT məlumatlarının kompleks interpretasiyası


Tədqiqat işi terrigen kəsilişdə petrofiziki modelin qurulması əsasında karotaj məlumatlarının kompleks interpretasiyasının alqoritminin işlənməsinə, kollektorların seçilməsi, doyma xarakterinin qiymətləndirilməsi və kollektor layların məsaməlik, gillilik, neftqazdoyumluluq k imi petrofiziki parametrlərinin təyininə həsr olunub. İnterpretasiyanın bu üsulundan istifadəsi kollektorların seçilməsinə, kollektor xüsusiyyətlərinin qiymətləndirilməsinə, doyumluluq xarakterinin təyini ilə yanaşı axının tərkibini müəyyənləşdirərək (neft, neft su ilə, su), kollektor məsamələrində sərbəst və bağlı suyu və qalıq neftdoyumluluğu nəzərə alaraq onları siniflərə ayırmağa imkan verir.

 

M.M.Isgandarov

Integrated interpretation of well logging results in the study of terrigeneous sections

 

Work is devoted to developing an algorithm integrated interpretation of log data in the context of terrigenous by constructing petrophysical models for reservoir identification, evaluation and determination of the nature of the saturation of petrophysical parameters reservoir porosity, clay content, hydrocarbon saturation. Using this technique, interpretation possible to identify the reservoir, to evaluate reservoir properties, divided into classes, establishing not only the nature of saturation, but the prediction of flow (oil, oil with water, water), taking into account the free and bound water and residual oil saturation in pore space.

QUYULARIN QAZILMASI

H.Jang, Q.Li, S.Tian, J.Li, M.Vang

Ekssentrik həlqəvi fəzada sürətlər profilinin rəqəmsal modelləşdirilməsi

Həlqəvi axın - bir çox istehsal proseslərində tez-tez müşahidə edilən və onilliklər boyunca tədqiq edilən təzahürdür. Konsentrik həlqəvi axını tədqiq etmək nisbətən asandır. Lakin, həlqəvi fəza ekssentrikdirsə, ekssentrik həlqəvi axının asimmetriyası səbəbindən hesablamalar mürəkkəbləşir. Qazıma işlərinin aparılması zaman, qazıma kəməri ilə quyu divarı arasındakı fəza əsasən ekssentrik həlqəvi fəzadır. Maili-istiqamətli və horizontal quyularda qazıma kəməri quyu lüləsinin aşağı hissəsində elə şəkildə yerləşir ki, qravitasiya effektlərinin təsiri nəticəsində tam surətdə ekssentrik həlqəvi fəza formalaşdırır. Ekssentrik həlqəvi fəzada sürətlər profili qazıma şlamının çıxarılmasına böyük təsir göstərir ki, bu da qazıma boruları kəmərlərinin tutulma hallarının qarşısının alınması üçün çox vacibdir. Məqalədə birfazalı axın və bərk-maye ikifazalı qarışıq yerdəyişmə modellərinin əsasında aşağıda göstərilən altı faktorun təsiri təhlil edilir: axın sərfi, flüidin özlülüyü, flüidin növü, ekssentrisitet, həlqəvi fəzanın həndəsi ölçüləri, qazıma şlamının qatılığı. Rəqəmsal modelləşdirmənin nəticələri göstərmişdir ki, ekssentrik həlqəvi fəzada sürətlər profili asimmetrikdir. Bununla yanaşı yüksəksürətli fəza həlqəvi fəzanın geniş hissəsində, aşağısürətli isə dar hissəsində yerləşir. Axın sərfinin, həlqəvi fəzanın həndəsi ölçülərinin artması və ekssentrisitetin azalması ilə həlqəvi fəzada yüksəksürətli fəza sahəsi artacaq, aşağısürətli fəza sahəsi isə azalacaq. Bu həlqəvi axının həmcinsliliyini (bərabərliyini) yaxşılaşdıracaq. Flüidin özlülüyünün və qazıma şlamının qatılığının artması ilə həlqəvi fəzanın yüksəksürətli fəzasında sürət artacaq, necə ki, həmin zaman aşağısürətlidə azalacaq, və bu sürət dəyişikliyi aşkarcasına olmayacaq. Lakin həlqəvi fəzada təzyiqin aşağı düşməsi tez artacaq. Buna görə də nəzarət etmək vacibdir ki, aşağısürətli fəzada sürət qazıma işləri zamanı qazıma şlamlarının çıxarılması üçün kifayət qədər böyük olsun. Eyni zamanda yuyucu məhlulun özlülüyünü seçmə zamanı quyu təzyiqini də nəzərə almaq vacibdir.

 

 

H.Zhang, G.Li, Sh.Tian, Zh.Li, M.Wang

Numerical simulation of velocity profile in eccentric annulus

 

Annulus flow is a phenomenon which is frequently encountered in many industrial processes and has been under investigation for many decades. It is relatively simple to study concentric annulus flow. However, if the annulus is eccentric, calculations become complex due to the asymmetry of the eccentric annulus flow. During drilling operation, the space between the drill stem and the well wall is generally an eccentric annulus. Especially in highly deviated wells and horizontal wells, the drill stem will be located at the low side of the wellbore because of gravitational effects, thus, a fully eccentric annulus is formed. The velocity profile in the eccentric annulus will exert a great impact on the transportation and distribution of the cuttings, which is very important to prevent the drill string from being buried and avert sticking incidents. Based on a single-phase flow model and a solidliquid two phase mixture drift model, (using the computational fluid dynamics (CFD) software) we analyze the influence of six factors in this paper. These factors are the flow rate, fluid viscosity, the type of fluid, eccentricity, annulus geometry size and cuttings concentration. According to the results of numerical simulation, we can see that the velocity profile in the eccentric annulus is asymmetrical. There will be a high-speed basin in the wide gap of the annulus while the low-speed basin will lie in the narrow gap. With increasing flow rate, annulus geometry size and a decrease of the eccentricity, the area of the high-speed basin in the annulus will be increased and that of the low-speed basin will be decreased. This will improve the uniformity of the annulus flow. With increasing fluid viscosity and cuttings concentration, the velocity in high-speed basin of the annulus will be increased, at the same time, the velocity in low-speed basin will be decreased and the change of the velocity is not evident. However, the pressure loss in annulus will increase rapidly. Therefore, we have to ensure that the velocity at the low-speed basin is large enough to transport the cuttings and to avoid the debris deposition in the drilling operation. At the same time, the borehole pressure should be taken into consideration when we select the reasonable drilling fluid viscosity.

Q.Bi, Q.Li, J.Şen, J.Huanq, R.Yanq

Radial-horizontal qazıma üçün süxurdağıdıcı çoxşırnaqlı baltanın layihələndirilməsi və ona məxsus xüsusiyyətlərin təhlili

Çoxşırnaqlı balta əsasən radial-horizontal texnologiyada istifadə olunan yüksək effektli şırnaqlı baltadır. Məqalədə çoxşırnaqlı baltanın lahihələndirlməsi üsulu və xüsusi işlənmiş sınaq avadanlığından istifadə etməklə onun struktur (dəliklərinin sayı, yan dəliklərinin səpələnmə bucağı) və hidravlik (eroziya emalı dövrü, şırnağın təzyiqi, şırnağın sapması, təzyiqin sərhəd kəmiyyəti) parametrlərinin süxurun dağılma effektivliyinə təsiri təhlil edilir. Eksperimentlərin nəticələrindən görünür ki, çoxşırnaqlı baltanın dəliklərinin sayı nə qədər çox olarsa quyu lüləsi də bir o qədər dəyirmi olacaq. Şırnaqlı baltanın sabit ekvivalent diametri zamanı dəliklərin sayının artması ilə süxurdağılma effektivliyi aşağı düşür. Yan dəliklərinin səpələnmə bucağının artması ilə süxurdağılma effektivliyi əvvəlcə artır, sonra isə azalır. Süxurdağılma effektivliyi şırnaq təzyiqinin artması ilə xətti şəkildə böyüyür. Bazadan optimal sapma, ucluğun ekvivalent diametrindən 5-6 dəfə böyükdür. Buna görə də çoxşırnaqlı balta quyunun dərinliyinin və dağ təzyiqinin sıfıra yaxınlaşdığı zaman daha böyük həcmdə dağ süxurunun dağılmasına müvəffəq ola bilər. Çoxşırnaqlı baltanın süxurdağıtma effektivliyi dağ təzyiqinin yüksəlməsi ilə kəskin şəkildə aşağı düşür. Yuxarıda göstərilən nəticələr radial-horizontal qazıma üçün çoxşırnaqlı baltanın layihələndirilməsində təlimat kimi xidmət göstərə bilər.

 

G.Bi, G.Li, Zh.Shen, Zh.Huang, R.Yang

Design and rock breaking characteristic analysis of multi-jet bit on radial horizontal drilling

 

A multi-jet bit is a kind of high efficiency jet bit mainly applied in radial horizontal drilling technology. The design method for a multi-jet bit is described in this paper, and the influence of its structural parameters (hole number, lateral orifice diffusion angle) and hydraulic parameters (erosion time, jet pressure, standoff distance, confining pressure) on rock breaking efficiency are studied using specially developed experimental apparatus. From the experimental results, a larger number of holes in the the jet bit result in a more circular form of borehole. The rock breaking efficiency declines with an increase of hole number when the equivalent diameter of the jet bit is constant. As the lateral orifice diffusion angle increases, the rock breaking efficiency firstly increases and then decreases. The rock breaking efficiency increases linearly during increase of the jet pressure. The optimal standoff distance is 5 to 6 times the nozzle equivalent diameter so that multi-jet bit can obtain the largest rock breaking volume and borehole depth under zero confining pressure. The rock breaking efficiency of the multi-jet bit declines dramatically with the increase of confining pressure under confining pressure conditions. The conclusions above can provide guidance for design of multi-jet bits for radial horizontal drilling.

X.M.İslamov

Qazıma məhlullarının emalı üçün ksantan qətranı və liqnosulfonat əsasında kimyəvi kompozisiya reagentlərinin işlənməsi


«Rhodopol®-23П» və müxtəlif qrup KLSP (kondensasiya olunmuş liqnosulfonat polimer) reagentlərini kombinə etməklə onların fəaliyyətini gücləndirmək olar. Bununla əlaqədar aparılan laborator tədqiqatlarının əsasında ksantan və liqnosulfonat əsaslı kimyəvi reagentlər kombinə edilmiş, reagentlərin istifadəsi ilə qazma məhlullarının xassələrini tənzimləmək üçün yuyucu məhlulun yeni reseptləri yaradılmışdır. Kimyəvi emalın səmərəliliyi qazma məhluluna kiçik əlavələrin kombinə edilməsi ilə əldə edilə bilər ki, bu da məhlulun texnoloji göstəricilərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, bunlardan hər biri konkret olaraq qazma məhlulunun bu və ya digər fiziki-kimyəvi və texnoloji xassələrini gücləndirir. Bununla yanaşı qazma məhlulunun süzülmə və reoloji göstəricilərinin idarə edilməsi üçün material sərfinin əhəmiyyətli dərəcədə azaldılması əldə edilir. Əsas praktik nəticə Xəzəryanı çökəkliyin geoloji-kəşfiyyat sahələrində qazma zamanı quyuların yuyulması üçün qazma məhlullarının yeni reseptlərinin işlənməsindın ibarətdir ki, bunların istifadəsi qazıma sürətini artırmağa, mürəkkəbləşmələrin sayını azaltmağa, materialların və kimyəvi reagentlərin sərfini azaltmağa imkan verir.

 

Kh.M.Islamov

Development of chemical composition based on xanthan gum and lignosulphonates for drilling mud treatment


Combining reagents «Rhodopol®-23П» and various KLCP groups it is possible to strengthen their action by chemical processing. On the basis of the laboratory research performed by us, chemical reagents were combined andnew compound liquids were created for regulating the properties of drilling mud. Maximum efficiency of chemical processing can be reached using a combination of additives to a drilling mud that essentially improves the quality of a technological indicator for a solution. Each of these additives enhances some physical or chemical and technological properties of the drilling mud. This can result in a reduction of the expense of materials for management of filtration and rheological control of a chisel solution. The practical result is a method for evaluating new compounds for drilling mud for drilling in the exploration areas of the Near-Caspian hollow. This will increase drilling speed, lower complications and reduce the expense of materials and chemical reagents.

NEFT VƏ QAZ YATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI

F.S.İsmayılov, A.A.Məmmədov, Y.Q.Davudov, F.T.Azimov
İstismar kəmərlərinin germetikliyinin bərpasına dair yeni yanaşma

 

Məqalədə istismar kəmərlərinin germetikliyinin bərpası üçün, imkan yaradan qısa müddət ərzində minimum vəsait xərclə kəmərlərin daxili keçiriciliyinin kifayət qədər qorunması zamanı yeni kompleksli avadanlıq təklif olunmuşdur. Elmi əsaslandırılmış və layihələndirilmiş seçim üçün germetik manjetlərin və plaşkalı tutqacların vacib olan hesabları göstərilmişdir. Qurğu, diametrləri 140–178 mm nöqsanlı istismar kəmərlərinin və əlavə kəmərlərinin diametrləri 89-127 mm olan germetikləşdirilməsi üçün təyin olunmuşdur.

 

F.S.Ismayilov, A.A.Mammadov, Y.G.Davudov, F.T.Azimov

A fresh approach to restoration of production string watertightness

In this paper we propose a new set of equipment to restore the production string integrity enabling the elimination of column defects within a short time and minimal cost whilst maintaining flow capacity. Calculations required for the design and scientifically based selection of slips and seals are presented. The device is designed to seal faulty production strings with a diameter of 140-178 mm with additional 89-127 mm diameter columns.

A.J.Abitova

Axın istiqamətini dəyişdirən texnologiyanın «Uzen» yatağında tətbiqi

 

Baxmayaraq ki, sulaşdırma neftqaz yataqlarının işlənməsində əsas və ən effektli üsullardan biridir və əlverişli fiziki-geoloji şəraitdə neftvermə əmsalını 0.7 qədər artırmağa imkan verir, lakin ehtiyatları çətin çıxarıla bilən yataqlarda onun tətbiqi səmərəli olmur. Layın sulaşma dərəcəsinə məhsuldar layın keçiriciliyə görə qeyri-bircins və neftin vurulan suyun özlülüyünə nisbəti mühüm təsir göstərir. Təsir vasitəsi ilə məhsuldar layın az keçirici hissəsinin sulaşma dərəcəsini artırmaq məqsədi ilə qatılaşmış su haşiyəsinin özlülüyünün tənzimlənməsinə əsaslanan yeni axın istiqamətini dəyişən texnologiya təklif olunur. Məqalədə sulaşdırmadan sonra qalıq neftin qatılaşdırılmış su haşiyəsinin vurulması ilə sıxışdırılması prosesinin laboratoriya tədqiqatlarının nəticələri göstərilir. Bununla bərabər «Uzen» yatağında təklif olunan texnologiyanın tətbiqi nəticələrinin təhlili verilmişdir.

 

A.J.Abitova

Application of flow diverting technology on «Uzen» field

Although waterflooding is one of the principal and the most effective methods of oil-and-gas field development and in favourable physiogeological conditions enables increase of an oil recovery factor up to 0.7, its application to fields with hard-torecover reserves is inefficient. Productive formation heterogeneity by permeability and oil and injected water viscosity correlation have great impact on formation sweep by waterflooding. New flow diverting technology (FDT) based on regulation of gelled water margin viscosity has been suggested in order to increase sweep of a less permeable part of a productive formation by impact. In the article, results of laboratory researches on a displacement process of residuals after oil flooding by gelled water margin injection are given. The analysis on pilot introduction of the suggested technology in the «Uzen» field has been presented.

D.A.İskəndərov, S.D.Mustafayev, R.A.Quliyev

Sulaşmış neft quyularının stasionar hidrodinamiki tədqiqatlarının nəticələrinin interpretasiya üsulları

 

Məqalədə qərarlaşmış rejimlərlə neft quyularının hidrodinamiki tədqiqi məsələləri nəzərdən keçirilir. Tədqiqatlar Ə.Əmirov ad. NQÇİ-nin Qalmaz sahəsindəki 54, 36 və 417 №li ştanqlı dərinlik nasos quyularında keçirilmişdir. Tədqiqatlar zamanı alınmış məlumatların əsasında indikator əyriləri qurulmuşdur. Məqalədə göstərilmişdir ki, sulaşmış və sulaşmamış quyuların tədqiqi zamanı alınmış diaqramların formalarında və tədqiqatların nəticələrinin interpretasiyası üsullarında bir-birindən fərqləndirən xüsusiyyətlər mövcuddur.

 

D.A.Iskenderov, S.D.Mustafayev, R.A.Guliyev

Interpretation method of steady-state flooded wells production test data

The article deals with the study of steady-state research. Oilwells sucker-rod pumps at wells №54, №36 and №417 at Kalmas, OGPD named after A.Amirov were studied. Well test-based crossplot of drawdown vs flow rate have been presented. The studies show availability of distinctions between flooded and water-free wells based on diagrams and their interpretation.

J.Vang, F.Li

«Тuhа» neft yatağının K1S2 obyektində turşu məhlullarının tətbiqinin əsaslandırılması

 

«Tuha» neft yatağının K1S2 obyektində layın turşu ilə işlənməsinin nəticələrinin zəif olmuşdur və bu məqalədə həmin problemin həlli məqsədi ilə, lay-kollektorun litoloji xüsusiyyətləri təhlil edilir. 15%HCl, 12%HCl+3%HF və 10%HF+8%HBF4 ilə reaksiyalar aparmaq üçün müxtəlif minerallardan ibarət süxur nümunələri seçilmişdir. Layın bu turşulara qarşı reaksiya mexanizmi qiymətləndirilmişdir. Tədqiqatların nəticələri layın xlorid turşusuna qarşı həssaslıq göstəricisinin 17.63% dən 30.79% dək təşkil etməsini, yəni turşuya qarşı həssaslığın orta səviyyədən yüksəyə doğru olmasını göstərmişdir. 12%HCl+3%HF qarşı layın həssaslıq göstəricisi 52.87%-dən 60.84%-dək dəyişmişdir ki, bu da layın yüksək həssaslığını sübut edir, 10%HF+8%HBF4 qarşı həssaslıq göstəricisi isə 21.3%-dən 23.3%-dək dəyişmişdir ki, bu da heç bir həssaslığın olmadığını göstərir. Göstərilmişdir ki, turşuya qarşı yüksək reaksiyasının səbəbi gilli mineralların mövcudluğudur.

 

Zh.Wang, F.Li

Study on the compatibility of acidizing fluids in K1S2 «Тuhа» oilfield

 

In order to solve problems associated with acidizing the oil reservoir in K1S2 «Tuha» oilfield, the paper analyses the petrologic feature of the reservoir stratum and the character of the clay mineral based on the special geologic feature of the reservoir stratum. The rock samples consist of different minerals and have been chosen to react with 15%HCl, 12%HCl+3%HF and 10%HF+8%HBF4. The mechanism of acid sensitivity has been evaluated. Results show a medium to strong acid sensitivity for the reservoir to hydrochloric acid with a sensitivity index of 17.63% to 30.79%. The acid sensitivity index of the reservoir to 12%HCl+3%HF is 52.87% to 60.84%. This is the strongest acid sensitivity. The acid sensitivity index of the reservoir to 10%HF+8%HBF4 is -21.3% ~ -23.3% indicating no acid sensitivity. The primary cause of the acid sensitivity is due to the presence of various common clay minerals. In order to realize the effect of increasing acidification in K1S2 «Tuha» oilfield, the geological characteristics of the research should be strengthen and the results used to simulate the effect on production.

E.Y.Şits, A.F.Fedorova, A.S.Portnyaqin

Nepа–Botuoba neftli-qazlı sahənin neft yataqlarında polimer sulaşdırma üsulunun reallaşdırılması mərhələsi kimi karboksimetilsellüloza natrium duzunun sulu məhlullarının reoloji və sıxışdırıcı xassələrinin tədqiqi

 

Aşağı temperatur şəraitində karboksimetilsellüloza natrium duzunun müxtəlif konsentrasiyalı məhlullarının reoloji xassələrinin və >350 q/l minerallaşmanın xlorkalsium tipli lay suları ilə əlaqəsinin üstünlükləri öyrənilmişdir. Müəyyən edilmişdir ki, yüksək
minerallaşdırılmış sıxıcı məhluluna nisbətən polimer əsaslı məhlullar üçün neft və sıxışdırıcı agentin özlülük nisbəti 20-25% aşağı, neftin sıxışdırılma əmsalı 20-30% yuxarıdır. Göstərilmişdir ki, Nepа-Botuoba neftli-qazlı ərazidə yerləşən yataqlara xas olan spesifik şəraitdə neft hasilatının səmərəliliyinin artırılması üçün 5.0 и 7.0 q/l. konsentrasiyalı Na-KMS məhlulu tövsiyə oluna bilər

 

E.Y.Shits, A.F.Fyodorova, A.S.Portnyagin

Investigation of rheological and displacement properties of sodium carboxymethyl cellulose aqueous solutions
as a stage in the realization of the polymer flooding method in the Nepa-Botuoba gas and oil fields (NBGOF)


The rheological behavior and characteristics of the solutions with different concentrations of sodium carboxymethylcellulose (Na-CMC) were studied at low temperatures as well as those of formation water with 350 g/l calcium chloride.. It was found that the ratio of the viscosity of the oil and displacing agents was below 20-25% and the coefficient of displacement of oil is 20-30% higher for solutions based on the polymer compared to the highly mineralized displacement solution. It was shown that to increase the efficiency of oil production for the specific conditions that are typical for deposits in the territory of the Nepa-Botuoba GOF Na-CMC solutions at a concentration of 5.0 and 7.0 g/l are recommended.

X.A.Feyzullayev, İ.A.Əliyev

Tükənmə rejimində işlənilən layın kondensatveriminə karbohidrogen qarışığın tərkibinin təsiri

 

Məqalədə qazkondensat qarışığının differensial kondensasiya modeli bazasında qazkondensat yataqlarının tükənmə rejimində işlənilməsi proseslərinin hidroqazdinamik modelləşdirilməsinə baxılmışdır. Hesablama alqoritmi təklif edilmiş və ədədi eksperimentlər əsasında fazalararası kütlə dəyişməsi proseslərinə etan-propan-butan fraksiyalarının təsiri tədqiq edilmişdir.

 

Kh.A.Feyzullayev, I.M.Aliyev

The influence of composition of hydrocarbon mixture on condensate recovery in the development of depletion method

The article considers the hydro dynamic modelling of gas condensate fields development depletion based on differential condensation of a condensate mixture. The proposed calculation method was to perform numerical experiments to demonstrate the role of the ethane-propane-butane fractions in interphase mass transfer processes.

M.A.Mürsalova, E.K.Şahbazov

İki fazalı mühitdə nano-Səthi Aktiv Maddələr (SAM) tərkibli adsorbsiya hərəkətinin tədqiqatı

 

Elektrokinetik tədqiqatlar metodu ilə, metal səthdə nano-SAM kompozisiyalı və Səthi aktiv maddələrin amin tərkibli neft həlledicilərində adsorbsiya hərəkətlərinin potensial səthi təyin olunmuşdur.

 

M.A.Mursalova, E.K.Shahbazov

Study of nano-SAA compositions’ adsorption behaviour in two-phase media

The adsorptive behavior of oil soluble amine surfactants and nano-surfactant compositions on the metal surface has been determined through research method of electrokinetic surface potential.