X Ü L A S Ə L Ə R

QUYULARIN QAZILMASI

Z.Han, G.Jiang, K.Li

Dərin sularda qazma üçün yeni assosiativ polimer əsaslı sintetik qazma məhlullarının tətbiqi
 

Məqalədə yeni assosiativ polimer (AP) vasitəsi ilə quyuların dərin sularda qazılması üçün sintetik qazma məhlulunun (SQM) reoloji xassələrinin tənzimlənməsi və stabilləşdirilməsi məsələləri nəzərdən keçirilir. AP dimer turşusu, trietilentetramin və polioksietilen lauraminin su məhlulunda kimyəvi modifikasiyası yolu ilə sintez olunmuşdur. AP vasitəsilə SQM-ın xassələrinin tənzimlənməsi sıxlığın və su-neft faktorun iki müxtəlif göstəricilərində qazma məhlullarının hazırlanması testlərinin aparılması zaman qiymətlədirilmişdir. Göstərilmişdir ki, AP 4 °С-dən 65 °С-dək geniş temperatur diapazonunda SQM-nin reoloji xassələrini - xüsusən də, dərin sularda qazma üçün vacib olan möhkəmlik həddi və sürüşmənin statik gərginliyi kimi xassələri çox yaxşı tənzimləyir. Tədqiqatların nəticələri göstərmişdir ki, reoloji xassələrin AP tərəfindən yaxşı tənzimlənməsinin əsas səbəbi dispersləşmiş hissəciklərlə orqanik gil qatı arasında sürüşmənin artmasıdır.

 

 

Z.Han, G.Jiang, Q.Li

Application of a novel associative polymer on synthetic-based drilling muds for deepwater drilling
 

This paper aims at evaluating the flat-rheology performance of a novel associative polymer (AP) on synthetic-based drilling muds (SBM) for deepwater drilling and exploring the mode of action. The associative polymer was synthesized by dimer acid, triethylenetetramine and polyoxyethylene lauramine on the basis of chemical modification in aqueous, and the adjusting rheology performance of AP was evaluated through mud making tests at two densities and oil/water ratios (OWR). The results show that AP performs extremely well on adjust the rheology of SBM within a broad temperature range from 4°C to 65°C, especially for the key rheological parameters of deep-water drilling, such as yield point, gel strengths and 6-rpm reading. Based on a combined use of FT-IR, XRD, particle-size distribution, polarizing microscope, rheology test of emulsions and TEM analysis, the probable flat rheology mechanism was determined due to the specific adsorption structure at interphase. The results indicate that the enhancement of slippage between the dispersed droplets and the layer of organic clay is primarily responsible for the excellent adjusting rheology ability of AP.

Ş.Jou, Q.Li

CO2/H2S qarışığı korroziyasının sement daşına təsiri mexanizminin tədqiqi
 

Məqalədə sement daşının sıxılma möhkəmliyinin və keçiriciliyinin dəyişməsinə səbəb olan CO2/H2S aqressiv qazların qarışığının təsiri altında sement daşının korroziyaya uğrama mexanizmi öyrənilir. Müxtəlif temperatur və təzyiqlərdə qarışığın təsiri altında korroziyaya uğradılmış sement daşlarının təhlilinin nəticələri nəzərdən keçirilir. Nümunələrin mikrostrukturu və korroziya məhsulları skan edən elektron mikroskop və rentgen diffraktomerlə tədqiq edilmişdir. Göstərilməşdir ki, CO2/H2S təsiri ilə sement daşının korroziyası məhsulları, ayrı - ayrılıqda hidrogen sulfid korroziyası və ya karbon korroziyası məhsullarına uyğundurlar. Bununla belə karbon korroziyası məhsulları əsasən sement daşının üst qatlarında, hidrogen sulfid korroziyası məhsulları isə daxilində yerləşirlər. Lakin zaman ötdükcə karbon korroziyasının təsiri üstünlük təşkil etməyə başlayır.

 

Sh.Zhou, G.Li

Research on the corrosion mechanism of CO2/H2S mixture to cement stone

CO2 and H2S have different corrosion effects on cement stone under wet conditions. Little research has been performed to date on the corrosive effect of CO2/H2S  mixture to cement. However, the mixture usually exists in many sour gas reservoirs. Cement stone samples corroded by CO2/H2S mixture under different temperature and pressure are tested to probe the change of compressive strength and permeability. Microstructure and corroded products of corroded samples were observed by SEM and XRD. The result shows the corrosion products of CO2/H2S mixture to cement are similar to those by single-component H2S or CO2 gas, except that the formation of expansive crystal is inhibited. Corroded products caused by CO2 mainly locate at the outer layers of cement, while the corroded products caused by H2S  mainly exist at the inside the cement. CO2 dominates the whole corrosion process after a long duration.

NEFT VƏ QAZ YATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI

H.H.Fan, H.B.Jou, G.Ping, Y.H.Jay

Qeyri-nyuton mayenin boruda axınının ümumiləşdirilmiş hidravlik hesablama modeli və onun tətbiqinin qiymətləndirilməsi

 

Məqalədə qetri-nyuton mayelərin boruda axınının ümumiləşdirilmiş hidravlik modeli təqdim olunur. Ümumiləşdirilmlş model ümumiləşdirilmiş axın göstəricisinin (n’) sürüşmənin müftəlif sürətlərində sabit qalması nəzərə alınmadan işlənmişdir. Kesson, Qerşel-Balkli və Robertsin-Stif kimi reoloji modellər daha dəqiq divarboyu sürüşmə sürəti və sürüşmə təzyiqi almaq üçün rəqəmsal həll edilə bildiyi üçün məhz bu modellərin əsasında axının boruda tənzimlənməsi tənliyinə əsaslanaraq divarboyu sürüşmə təzyiqi və mayenin həcmi sərfi arasında dəqiq tənliklər alınmışdır. Qeyrinyuton mayelərin bütün stasionar axınları üçün n’ hesablamasının nəzəri üsulu göstərilir. Bundan əlavə ümumiləşdirilmiş Reynold rəqəminin ifadəsi əldə edilmişdir və təzyiq düşməsinin hesablanması alqoritmi təqdim olunur.

 

H.H.Fan, H.B.Zhou, Q.Peng, Y.H.Zhai

A generalized hydraulic calculation model for non-newtonian fluid pipe flow and its application evaluation

 

A generalized hydraulic model that is independent of the rheological model is presented for non-Newtonian fluids flow in pipes. The generalized model was developed without assuming that the generalized flow index (n’) remains constant over all shear rates. Based on the pipe flow control equation, the explicit equations between the wall shear stress and volumetric flow of all common rheological models flowing in pipe were obtained, such as the Casson model, Herschel-Bulkley model and the Robertson-Stiff model, and they all can be solved numerically to obtain the accurate wall shear rate and shear stress. We give the theoretic calculation method of n’ for all time-independent non-Newtonian fluids. This method is applicable to all common rheological models without the assumption that n’ is constant. Moreover, we derived the general expression of generalized Reynolds number and then gave a utility pressure loss calculation model. A set of measured hydraulic data were utilized to evaluate this model. The results show that it can precisely calculate pipe flow parameters for all types of different non-Newtonian fluid. The proposed model will lay a foundation for the application and more extensive use of complex but more precise rheological models in engineering.

N.İ.Hüseynova, А.А.Hacıyev, А.Т.Samədzadə

«Pirallahı» yatağının QD horizontunun I blokunun əlavə işlənilməsinə dair

 

Məqalədə «Pirallahı» neft yatağının bir hissəsinin quyularının əlavə neft hasilatı potensialına malik olmasının təhlili nəticələri təqdim olunur. Baxılan sahədə layın drenaj əmsalının və xüsusiyyətlərin təhlili nəticəsində hasilat quyuları qruplara bölünmüş və baxılan sahə çərçivəsində neftçıxarmanın artırılması, çıxarılan məhsulun sulaşmasına qarşı tədbirlərin həyata keçirilməsinin lokallaşdırılması mümkün olmuşdur. Baxılan sahədə işlənmə sisteminə düzəlişlərin daxil edilməsinə imkan yaradan neft axınının intensivləşdirilməsi tədbirləri təklif edilir.

 

N.I.Guseynova, А.А.Gajiyev, А.Т.Samedzade

On perspectives of further development of Kirmaki Suite first block horizon in «Pirallahi» field

 

The paper includes the results of the analysis on incremental oil (reserve) production from one of the section of Pirallahi field. As a result of the analysis of the nature and level of drainability of layer at the site production wells were classified in the groups. It is allow to select the actions of increasing oil production and decreasing water content. Some methods are put forward to intensify oil flow facilitating corrections in development system on the investigated field.

A.M.Hacıyev

Müxtəlif təbii rejimlərlə səciyyələnən yataqların işlənmə prossesinə nəzarət və tənzimləmə barəsində

 

Məqalədə korrelyasiya-regressiya və faktor analizlərinin riyazi statistiki aparatlarının kompleksləşdirilməsi ilə neftveriminin modelləşdirilməsi metodları haqqında məlumat verilmişdir. Qurulmuş «Şaxəli əlaqələr» sxeminin əsasında neft hasilatı prosesinə birbaşa və ya dolayı yolla təsir edən amillər aşkarlanmışdır. Neftveriminin artırılmasının termiki metodlarının tətbiqi əsaslandırılmışdır. Suyun ion-duz tərkibinin analizi əsasında laya termiki metodlarla təsirə nəzarətin yeni üsulu işlənmişdir.

 

A.M.Haciyev

Control and regulation of reservoir development, characterized by different environmental conditions

 

The article provides information about the methods of modelling oil combining mathematical statistics correlation, regression and factor analysis. These are constructed on the basis of «branching connections» schemes identifying geological and commercial indicators, that give the greatest impact (direct or indirect) on the process of oil production. The application of. Based on the analysis of ion-saline water, a new method for controlling the thermal stimulation methods is given for thermal EOR application.

M.İ.Kurbanbayev, A.J.Abitova

Kern üzərində aparılan süzülmə tədqiqatlarının nəticələri əsasında «Kalamkas» yatağının Ю-1С horizontunun təcrübə sahəsində su-qaz təsirinin effektivliyinin qiymətləndirilməsi

 

 

Son illər dünya təcrübəsində çətin çıxarılabilən neft ehtiyatlarının hasilatının intensivləşdirilməsi üçün layların neftveriminin artırmasının nisbətən yeni texnolgiyası olan su-qaz təsirinin (SQT) tətbiqi daha çox yer tutur. Məqalədə Qazaxstan Respublikasının “Kalamkas” yatağının Ю-1С horizontu neftinin timsalında SQT üsullarının effektivliyinin qiymətləndirilməsi üzrə sınaq tədqiqatlarının nəticələri nəzərdən keçirilir. Tədqiqatın nəticələri SQT üsulu ilə, o cümlədən səthi aktiv maddələrin (SAM) istifadəsi ilə sulaşmadan sonra qalıq neftin sıxışdırılmasının effektivliyini göstərmişdir.

 

M.I.Kurbanbayev, A.J.Abitova

Efficiency assessment of water-alternating-gas for «Кalamkas» field Ю-1С horizon test plot in accordance with penetration test results in core

 

In recent years, in world practice, for production stimulation of hard-to-recover oil reserves, the relatively new technology of production enhancement using water-alternating-gas (WAG) has found increasingly greater application. In the article, results of experimental research on efficiency assessment of WAG methods relating to oil of the «Kalamkas» field Ю-1С horizon of Kazakhstan Republic are considered. Research results showed the efficiency of displacement of oil remaining after water flooding by the WAG method, including through usage of surfaceactive agents (SAA).

M.А.Bisenova

Xarici mühit amillərinin «Jetıbay» yatağının bioyoluxması prosesinə təsiri

 

Məqalədə «Jetıbay» neft-qaz yatağının xarici mühit amillərindən bioyoluxma asılılığı nəzərdən keçirilmişdir. Bioyoluxmanın əsas mənbəyi qeyristeril səth sularının uzunmüddətli vurulması prosesidir. SBB-nin həyat fəaliyyətinə və hydrogen-sulfid aqressiv qazlarının miqdarına temperatur amili əsaslı təsir göstərir. Bundan əlavə, quyuların sulaşmasının tədricən artması və suyun kation-anion tərkibinin dəyişməsi də «Jetıbay» yatağının mədənlərində korroziya şəraitini gücləndirir.

 

M.А.Bisenova

Influence of external factors on bioinfestation process of «Jetibay» oil field

 

Dependence of «Jetibay» oil field bioinfestation from external factors were analyzed. The main source of bioinfestation is a long injection process of unsterilized surface water. There is a significant temperature dependence on the activity of SRB (Sulphate Reducing Bacteria) and the amount of hydrogen sulfide generated. In addition, a gradual increase in well watering and modification of associated water cation-anionic composition also increases the corrosive condition in the fields.

NEFTİN VƏ QAZIN NƏQLİ, SAXLANMASI

F.S.İsmayılov, F.A.Əbdülhəsənov, R.J.İsayev

Dəniz qazkondensat yataqlarında nəqlə hazırlanan qazın effektivliyinin artırılması

 

 

Qazın nəqlə hazırlanması zaman onun termodinamiki parametrlərinin dəyişməsi ilə parafinhidrat tıxaclarının əmələ gəlməsi və qazın hasilatı və nəqli üçün mədən hazırlığı sistemində digər texnoloji mürəkkəbləşmələr baş verir . Bu mürəkkəbləşmələr quyuların, qazın nəqlə hazırlanması qurğularının, magistral qaz kəmərlərinin iş rejimini pozur. Dəniz qaz-kondensat yatqlarında qazın hazırlanması keyfiyyətinin və effektivliyinin yüksəldilməsi məqsədi ilə «Ümid» yatağının qaz-kondenst quyularının termodinamiki və texnolji parametrləri tədqiq edilib. Məqalədə metanol sərfinin optimal normasının hesablanmasının nəticələri
göstərilmişdir və parafin-hidrat tıxaclarının əmələ gəlməsinin qarşısını ala biləcək texnologiya təklif edilmişdir.

 

F.S.Ismayilov, F.A.Abdulhasanov, R.J.Isayev

Gas treatment efficiency upgrading at off-shore gas condensate field

 

Changes of thermodynamic parameters in gas treatment result in paraffin blockage and other technical complications in production system. These complications cause problems in well operating mode, gas treatment facilities and gas pipelines. Thermodynamic and technological parameters of gas-condensate wells in the field "Umid" were investigated in order to improve the efficiency and gas treatment quality at offshore gas condensate fields. The results of estimation of optimal methanol consumption rate used in the system are given and paraffin-hydrate bridging control technology is proposed in the article.

A.S.Quliyev

Neft və neftin məhsullarının nəql və saxlanma obyektlərində itkisi və onların normallaşdırılması

 

Məqalədə neft və neft məhsullarının nəql və saxlanma obyektlərində itkisi və onların normallaşdırılması məsələlərinə baxılmışdır. Neft və neft məhsullarının itkisi əsas etibarı ilə çənlərdə və boru kəmərlərində sızmalardan, buxarlanmalardan, neftdaşıyan nəqliyyat vasitələrinin tam boşaldılmamasından, məhsulların qarışmasından, sulaşmasından, tutumların təmizlənməsi vaxtı, qəza hallarından baş verir. Bu itkilər ölkə iqtisadiyyatına böyük ziyan vurmaqla yanaşı, istehsalatın effektivliyini azaldır, torpaq, hava və su hövzələrinin çirklənməsinə səbəb olur. Neft və neft məhsullarının nəql və saxlanması zamanı itkilərin normallaşdırılması imkan verir ki, əvvəlcədən müəyyən edilmiş hər bir itki mənbəyi üzrə texniki və texnoloji əməliyyatlarda yaranan itkilərin miqdarını azaltmaq mümkün olsun.

 

A.S.Guliyev

Loss of oil and oil refinery products in transportation storage objects and their normalization

 

The issues of loss and normalization of oil and oil refinery products in transportation and storage objects were investigated in the article. Loss of oil and oil products is mainly the result of leakage in reservoirs and pipelines, evaporation, incomplete discharge of transporting tankers, mixture and flooding of products, accidents on the cleansing period of containers. These losses not only inflict damages on the country’s economy also decrease production effectiveness and cause contamination of soil, air and water basins. Normalization of losses during the transportation and storage of oil and oil products makes it possible to decrease the amount of losses which occur in technical and technological operations on each source of loss.

NEFTQAZMƏDƏN QURĞULARI

F.D.Mirzəyev

Qisa buzlararası müddəti olan Arktika şelfinin neft-qaz yataqlarının abadlaşdırılmasının səmərəli sxeminin seçilməsinin metodiki əsasları

 

Məqalədə qısa buzlararası müddəti olan Arktika şelfinin neftq-qaz yataqlarının abadlaşdırılmasının və istismarının səmərəli sxeminin işlənməsinin elmi əsasları şərh edilir. Abadlaşdırılmanın səmərəli sxeminin seçiminin əsas meyarları mövcud sahil təchizat bazası nəzərə alınmaqla təqdim edilir. Verilən metodikanın istifadəsi üzrə tövsiyyələr verilir.

 

F.D.Mirzoev

Methodological principles of choice of rational schemes of arrangementoil and gas deposits of the Arctic shelf with a short period milesdavis

 

This work presents the scientific basis of development of rational schemes for the Arctic shelf oil and gas field development and exploitation with critically short milesdavis periods. It presents the main selection criteria of rational schemes of arrangement with existing onshore supply bases. Recommendations on use of the technique are also given.

KOMPÜTER MÜHƏNDİSLİYİ

V.C.Abdullayev, M.Ə.Hüseynov, M.M.İsmayılov, K.M.Nəbiyev.

Son işlənmə mərhələsinin səmərəliliyinin artırılması məqsədilə «Günəşli» yatağının üçölçülü geoloji modelinin qurulması

 

Karbohidrogen yataqlarının müasir işlənmə üsullarının əsas məqsədi maksimum iqtisadi rentabellilik şəraitində çıxarıla bilən ehtiyatların mümkün qədər tam çıxarılmasına istiqamətlənib. Hazırda neft vermə əmsalının daha da yüksək olması üçün bir sıra qabaqcıl texnologiyalardan istifadə edilir. Bunlardan biri də yataqların üçölçülü modelləşdirməsidir. İşin məqsədi «Günəşli» yatağı Balaxanı Lay Dəstəsinin X horizontunun və Fasilə Lay Dəstəsinin üçölçülü geoloji modelləşdirilməsi, süzülmə-tutum parametrlərinin dəyişmə qanunauyğunluğunun qiymətləndirilməsidir. Həmçinin, hər iki horizontun petrofiziki modelləşdirməsinin, neftlə doymuş süxürların həcmi, ilkin geoloji karbohidrogen ehtiyatlarının hesablanması nəticələri və hidrodinamiki model üçün şəbəkənin hazırlanması göstərilmişdir. Yaradılmış üçölçülü geoloji modeldən «Günəşli» yatağının struktur və litoloji quruluşunun daha dəqiq öyrənilməsində və son işlənmə dövrünün idarə edilməsi və optimallaşdırılması üçün hidrodinamiki modelinin qurulmasında istifadə olunmuşdur.

 

V.J.Abdullayev, M.A.Huseynov, M.M.Ismayilov, K.M.Nabiyev

3D geological modeling of «Guneshli» reservoir for increasing final development stage efficiency

 

The main target of modern hydrocarbon reservoir development is based on extracting maximum recoverable hydrocarbons from a reservoir with maximum economic profit. In order to get maximum recovery, innovative technologies are being used. One of them is 3D computer reservoir modelling. The aim of this work was to use a structural model, create a 3D geological grid andlithofaciesl model in order to quantify the variation of flow-capacity properties within Balakhany X and Suite Pereriv horizons of the «Guneshli» reservoir. The results of petrophysical modelling, pore volume calculation, geologic reserves estimation, and hydrodynamic grid preparation are given. The 3D geological model that was built allowed the creation of a hydrodynamic model for management and production optimization in the «Guneshli» reservoir.