X Ü L A S Ə L Ə R

NEFT VƏ QAZ YATAQLARININ GEOLOGİYASI, GEOFİZİKASI VƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ

M.M.İsgəndərov, A.H.Abuzərova

Qeyri-bircins qumlu-alevritli kollektorların neftqazlılıq meyarlarının əsaslandırılması (Bakı arxipelaqı yataqlarının timsalında)

 

Yerinə yetirilən tədqiqat işi Cənubi-Xəzər Çökəkliyinin Bakı arxipelaqı yataqlarının Məhsuldar Qatı kəsilişində qeyribircins qumlu-alevritli kollektorların neftqazlılıq meyarlarının əsaslandırılmasına həsr olunub. Məlumdur ki, məhsuldar kollektor laylarını xüsusi elektrik müqavimətinin sərhəd qiymətinə görə neftqazdoyumluya və sudoyumluya ayırmaq olar, hansının ki, əsaslandırılması layların sınaq nəticələri ilə onların QGT məlumatlarının interpretasiyasından təyin edilmiş xüsusi elektrik müqavimətinin müqayisəsi yolu ilə yerinə yetirilir. Müqavimətin neft və ya qaz alınan minimum qiymətinin təyin edilməsinin digər üsulu kollektorların petrofiziki modelinin daha dəqiq təyin edilməsi ilə əlaqədardır. Bu məqsədlə riyazi modelləşdirilmə aparılmış, sınaq və statistik üsulların nəticələrinə əsasən təyin edilmiş ρn–la müqayisəsi aparılmışdır. Süxurların aşağıdakı petrofiziki modellərinə baxılmışdır: səpələnmiş gilliliklə qumdaşı; təmiz qumdaşı və gillərin növbələnməsi; səpələnmiş gilli qumdaşının gillərlə; Fertl modeli; Pupon modeli. Model tədqiqatlarının nəticələrinə əsasən tədqiq olunan yatağın kollektorları üçün səpələnmiş gilliliklə və gilli təbəqələrlə qumdaşı modeli xarakterikdir. Kollektorun qəbul olunmuş petrofiziki modelindən görünür ki, layın hesablanılmış minimum müqaviməti layın sınaq nəticələri və statistik üsulun nəticələri ilə yaxşı uzlaşır.

 

M.M.Isgandarov, A.H.Abuzarova

Substantiation of criteria for oil & gas content in heterogeneous sandy-siltstone reservoirs (on an example of deposits of the Baku archipelago)

This work is devoted to the substantiation of the criteria for identifying petroleum heterogeneous sand and silt in the reservoir sections productive series deposits in the Baku archipelago South-Caspian Basin. It is known that the productive reservoirs can be divided into water-saturated and hydrocarbon saturated zones on the basis of critical electrical resistivity, the justification of which is performed by comparing the results with their formation testing resistivity, defined according to the interpretation of the well logging data. Another way of selecting the minimum resistivity value which can be associated with hydrocarbon fluid production (oil or gas) is associated with ρn the definition of an accurate reservoir petrophysical model. For this purpose, calculations were carried out of the critical resistivity value and comparing it with the results of the statistical method and the results of testing. We considered the following petrophysical models of rock: sandstone with the dispersed clay; interbedded layers of pure sandstone and shale; interbedded sandstone and shale with dispersed clays; Fertl model and the Pouopon model. According to the results of model studies for the investigated reservoirs the model of interbedded sandstone and shale with dispersed clays is characteristic. Based on the adopted petrophysical reservoir model, we calculated the minimum resistivity of the formation, which is in good agreement when compared with the results of testing and the results of the statistical method.

B.S.Aslanov

Qravimetrik xəritənin 3D modelləşdirilməsinə Cənubi Xəzər və Zaqros üstəgəlməsinin geoloji təkamülündə
seysmo-geodinamik dəyişikliklər

 

Zaqros üstəgəlmə sistemi (ZÜS) və Abşeron-Balxanyanı qalxımlar zonası (ABZ) uyğun olaraq Mesopotamiya və Pirallahi-Kelkor ön çökəklikləri üstündədirlər: ZÜS və ABZ zəngin neftli-qazlı əyalətlərdir. Bu mütabiqət (uyğun olma) təsadüfdür və ya bütövlükcə regionun geoloji təkamülü ilə bağlıdır? Bu yataqların təbiəti necədir? Neft harada əmələ gəlmişdir, nə vaxt, haradan və hansı tərzdə indiki neftli laylarda toplanmışdır? Buge funksiyası ilə reduksiyalanmış qravimetrik xəritənin 3D modelinin tərtibi və mövcud geoloji-geofiziki materialların kompleks analizi əsasında bu suallara müvafiq cavab tapılmasına aydınlıq verilmişdir.

 

B.S.Aslanov

Seismic geodynamical conversion and South Caspian and Zagros overthrust using geological evolution based 3D modeling gravity maps

Zagros Thrust System (ZTS) and the Absheron-Balkhan zone (ABZ) up-lifts are imposed on the cutting-edge deflections: respectively Mesopotamian and Pirallahi-Kelkorsky. ZTS and ABZ, are amongst the richest oil and gas regions. Is this a coincidence or accident related to the geological evolution of the region as a whole? What is the nature of these fields? Where there was oil, when, where and how has it moved to the current layer? The article is an attempt to find answers to these questions on the basis of a comprehensive analysis of existing geological and geophysical data and making 3D models of gravimetric maps in the Bouguer reduction.

İ.İ.Quliyev

Neft və qazın əmələ gəlməsi haqqında müasir baxışlar

 

Neft və qaz yataqlarının axtarışı məqsədilə aparılan geofiziki məlumatın geoloji şərhi zamanı onların əmələgəlmə prossesinin, tərkiblərinin formalaşmasının və geoloji quruluşda yatım şəraitinin, həmçinin sürət, sıxlıq və xüsusi müqavimət parametrlərinin öyrənilməsinə ehtiyac duyulur. Bununla əlaqədar olaraq, məqalədə təbii yatım şaraitində, yüksək temperatur və təzyiqdə neft və qazın əmələgəlməsi haqqında müasir baxışlara qısa nəzər salınır.

 

I.I.Guliyev

Current views on the origin of the oil and gas

In interpretating the geological and geophysical data for prospecting and exploration of oil and gas fields, there is a need to investigate the formation process, the formation of the compositions, the mode of occurrence in the geological structure and parameters of the velocity, density and specific resistance of the fluid. In this article, the author briefly reviews the current views on the theory of the origin of oil and gas at high temperatures and pressures in the natural mode of occurrence.

А.B.Karаmurzayeva

«Karajanbas» yatağının qərb blokunun Orta Yur çöküntülərinin geoloji quruluşunun xüsusiyyətləri

 

Məqalədə "Karajanbas" yatağının Orta Yur məhsuldar çöküntülərinin geoloji quruluşunun xüsusiyyətləri və neftqazverimliliyi nəzərdən keçirilir. Yatağın qərb blokuna xüsusi diqqət göstərilib. Geoloji-geofiziki və geoloji-mədən məlumatları, o cümlədən 2D və 3D seysmik kəşfiyyat işlərinin interpretasiyasının nəticələri təhlil olunub, Ю-Iср layının fasial modeli qurulub. Göstərilir ki, qərb blokunun qərb hissəsində böyük maraq kəsb edən, yaxşı kollektor xüsusiyyətlərinə malik az qazılmış sahə yerləşir ki, bu da təfərrüatlı araşdırma və kəşfiyyat tələb edir.

 

А.B.Karаmurzayeva
Features of a geological structure of Middle Jurassic deposits of the western bloc of "Karazhanbas" field

 

In the article, the special features of the geological structure and occurrence of oil-and-gas in the middle Jurassic productive deposits of "Karazhanbas" oilfield are considered. Special attention is given to the Western block of the field. Analysis of all available geological, geophysical and geological-field materials, as well as the results of interpretation of seismic 2D and 3D, permitted a facies model of the Ю-Iср formation to be built. It has been concluded that the Western part of the Western bloc is a little drilled area with well-defined reservoir properties, which represents the greatest interest and requires thorough consideration and exploration.

V.Q.Qədirov, A.S.Həsənov

Kür-Talış və Hacıqabul neft-qaz perspektivli sahələrində qravimetrik kəşfiyyatın nəticələri

 

Məqalədə Aşağı Kür çökəkliyinin Kür-Talış və Hacıqabul sahələrində aparılmış yüksək dəqiqlikli qravimetrik tədqiqatların nəticələri verilmişdir. Ağırlıq qüvvəsinin Buge anomaliya sahəsində müşahidə olunan lokal maksimumların sahə üzrə paylanma xüsusiyyətləri araşdırılmış, bu maksimumlardan birinin Kür-Talış sahəsində Məhsullar Qat çöküntüləri üzrə müəyyənləşdirilmiş qalxıma uyğun gəldiyi göstərilmişdir. Tədqiqat sahəsində neft-qazlılıqla əlaqələndirilən xarakterik qravitasiya minimumlarının paylanma sxemi qurulmuş, gələcək axtarış-kəşfiyyat işlərinin bu anamaliyalar daxilində istiqamətləndirilməsi tövsiyə edilmişdir.

 

V.G.Gadirov, A.S.Hasanov

Gravimetric result on Kur-Talish and Hajigabul oil gas prospectivities areas

In the article results of investigation performed on high-precision gravity exploration in Kur-Talish and Hajigabul areas of Low Kur depression are described. The geological nature of the observed local minimum gravity in the Bouguer anomaly area has been analysed and it is shown to be in accordance with the Kur-Talish structure on PL. It is construed that an arrangement scheme of characteristic gravitational minima are related to the formations being oil-gas bearing. Recomendations are made regarding use of geophysical data for exploration within a gravitational anomaly.

QUYULARIN QAZILMASI

H.Jang, G.Li, J.Huang, S.Tian

Kiçik diametrli quyuların qazılması zamanı qazma şlamının çıxarılmasının kritik sürətinin riyazi modeli

 

Məqalədə quyuların qazılması prosesində qazıma şlamının çıxarılmasının əsas mexanizmləri təhlil edilir və qazıma şlamlarının çıxarılması üçün mayenin kritik sürətinin riyazi modeli təklif olunur. Göstərilir ki, mayenin kritik sürəti kiçik bucaq altında əyilmə zamanı minimal qiymətə çatır, quyunun əyilmə bucağından 50-70 dərəcə həddində isə pik qiymətə çatır. Qazma məhlulunun özlülüyünün artması , bir qayda olaraq qazıma şlamının çıxarılması üçün mayenin kritik sürətinin artmasına gətirib çıxarır. Lakin, mikrolülədə təzyiq itkisi böyük ola bilər ki, bunu münasib maye özlülüyünün seçimində nəzərə almaq vacibdir.

 

H.Zhang, G.Li, Z.Huang, S.Tian

Mathematical model of critical velocity for cuttings transport in microhole drilling

 

Microhole drilling is a new technology that provides many advantages, but at the same time there are also disadvantages such as high friction, poor hole-cleaning, etc. One of the biggest obstacles of microhole coiled tubing drilling is that there is no rotation of the drill string during drilling, which significantly reduces the hole cleaning process. Thus, the microhole drilling efficiency will be affected and, more seriously, cuttings accumulation may cause sticking which will lead to a microhole drilling accident. Therefore, a mechanistic model of critical velocity for cuttings transport in microhole drilling is required. This paper analyzed the suspension transport mechanism and the rolling transport mechanism, which are the main transport mechanisms for cuttings transport during microhole drilling. Then, a mathematical model of critical fluid velocity for cuttings transport was proposed. Model predictions indicate that the critical fluid velocity reaches a minimum value at low inclination angles. The position of the minimum value is determined by drag coefficient, lift coefficient and inclination angle. The critical fluid velocity for cuttings transport reaches the peak value within the scope of 50-70° of inclination angle during microhole drilling, and cuttings are more easily deposited to form a cuttings bed. The increase of drilling fluid viscosity tends to induce the critical fluid velocity for cuttings transport in micro wellbore and enhance micro wellbore cleaning. However, as the pressure loss in micro wellbore is large, the pressure in the well should also be considered in order to select a reasonable viscosity.

NEFT VƏ QAZ YATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI

L.Hyu, J.Deng, F.Deng, H.Lin, Ç.Yan, Y.Li, H.Liu, В.Çao

Şistli qaz laylarının dağılma təzyiqinin hesablanması və onun layların anizotropiyasına təsiri

 

Məqalədə şistli qaz laylarının mexaniki və davamlılıq xüsusiyyətlərinin anizotropiyasının qazma prosesinə təsirinə nəzər salınır. Sistli qaz layı köndələn izotrop material kimi nəzərdən keçirilir və onun üçün dəyişmiş Mor-Kulonun dağılma kretiriyası qəbul olunur. Göstərilir ki, anizotropiyanın təsir dərəcəsi quyu lüləsinin azimut bucağından və əyilmə bucağından asılı olaraq dəyişir. Əldə edilən tədqiqat nəticələri şistli qaz laylarının qazıması zamanı dağılma təzyiqinin hesablanmasında tətbiq edilə bilər.

 

L.Hu, J.Deng, F.Deng, H.Lin, C.Yan, Y.Li, H.Liu, W.Cao

Calculation of collapse pressure in shale gas formation and the influence of formation anisotropy

 

Shale gas formations feature anisotropy both in mechanical properties and in strength, so it is necessary to take into consideration the influence of the anisotropy on the calculation of collapse pressure when drilling through shale gas formations. The shale gas formation is assumed to be a transversely isotropic material, and the modified Mohr-Coulomb criterion is adopted to describe the failure of the shale gas formation with consideration of the impact of the weak bedding plane. Then, the influence of the elasticity modulus anisotropy and the Poisson’s ratio anisotropy on collapse pressure is discussed. The calculation result reveals that the influence degree varies with the deviation angle and the azimuth angle of the wellbore. If the ratio of the horizontal elasticity modulus and the vertical elasticity modulus and that of the vertical Poisson’s ratio and the horizontal Poisson’s ratio are smaller than 2, the influence of the anisotropy is negligible since the degree of influence is smaller than 7 percent compared with the isotropic model. The research result can guide the calculation of collapse pressure when drilling through shale gas formations.

F.S.İsmayılov, A.M.Qasımlı, F.Y.Abdullayeva, S.C.Rsayeva
Sulaşmış laydan qalıq neftin yeni mikrobioloji təsir üsulu ilə sıxışdırılması

 

Məqalədə bioreagent qismində yeni yerli sənaye tullantıları məhsullarının (Bakı şampan şərabları zavodunun maya qalığı) axtarışlarının və layların neftveriminin artırılması üçün bu reogentin digər məlum reogentlərlə birlikdə istifadəsinin mümkünlüyünün müəyyənləşdirilməsi üzrə laborator tədqiqatların nəticələri göstərilir. Müəyyən olunmuşdur ki, fəal lil ilə yeni qalıqdan ibarət kompozisiyanın tətbiq edilərək sulaşmış laya araqat kimi vurulması bahalı melasın vurulması ilə müqayisədə layın neftverimini daha çox artırır.

 

F.S.Ismayilov, A.M.Gasimli, F.Y.Abdullayeva, S.J.Rsayeva
Recovery of residual oil from watered layer using a new microbiological method


In this article, the results of searching for a new local industrial waste-yeast remnants of the Baku champagne factory as a bioreagent used in a microbiological stimulation of oil strata are presented. A series of laboratory researches were conducted in order to determine an application possibility of a current bioreagent in combination with other known reagents for increasing reservoir recovery. We determined that an application of a new remnant as a slug in composition with an activated sludge for injection to a watered layer leads to a greater increase in oil recovery than in the case of molasses solution injection.

O.A.Dışin, S.M.Abasova

Senzuralanmış seçimdən istifadə etməklə elektrik dalma nasoslarının istismar möhkəmliyinin qiymətləndirilməsi

 

Senzuralanmış seçim əsasında, neft quyularının istismarı zamanı istifadə olunan mərkəzdənqaçma dalma nasoslarının intensivləşməsinin sıradan çıxmasının və paylanma funksiyalarının, sıxlığın paylanmasının qiymətləndirilməsi, qeyri-parametrik alınmış sıxlığın paylanma ehtimallarının köklü üsulu ilə istifadəsi haqqında.

 

O.A.Dyshin, S.M.Abasova

Reliability assessment of electric submersible pumps using censored samples
 

On basis of selected samples about failures using root estimation method of probability density function we have obtained distribution-free density function estimators, distribution functions and failure rate of electric submersible pumps, utilized when oil wells’ operation.

E.A.Kazımov, M.A.Bisenova

"Kompozit-1" bakterisid–ingibitor əlavələrinin "Jetıbay" yatağı neftinin reoloji xassələrinə təsiri haqqında

 

"Jetıbay" yatağından hasil olunan neftin nəqli prosesində yaranan mürəkkəbləşmələrin qarşısının alınması istiqamətində yeni tədqiqatların aparılması çox aktualdır. Yatağın uzun müddət istismarını, yeni mərhələyə qədəm qoymasını nəzərə aldıqda və xüsusilə də hasil olunan neftin böyük həcmdə lay suyu ilə zəngin olması qeyd olunan problemin həllinin mühüm əhəmiyyətə malik olmasını ön plana çəkir. Yataqdan hasil olunan neftin anomal reoloji xassələrə malik olması öz növbəsində yaranan mürəkkəbləşmələrin təbiətindən xəbər verir. Məqalədə neft-mədən avadanlıqlarında müşahidə olunan korroziya sürətinin azaldılmasını təmin edən Kompozit–1 reagentinin yataqdan hasil olunan yüksək özlülüklü neftlərin reoloji xassələrinə təsirinə baxılmışdır. 40 оC və 50 оC temperaturlarda aparılan tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, qeyri-nyuton xassələrə malik "Jetıbay" neftinin yeni işlənmiş bakterisid – ingibitor reagenti ilə emalından sonra qeyri-nyuton xassələr tənzimlənirlər. Bu mexanizm Kompozit–1 reagentinin kolloid-kimyəvi xassələri hesabına baş verir.

 

E.A.Kazimov, M.A.Bisenova
About the impact of additives a bactericide-inhibitor "Composite-1" on the rheological properties of "Zhetybai" oil field

 

The problem of increasing efficiency of operation of oilfield systems at "Zhetybai" oil field is an important direction of research. Currently, this problem acquires particular importance in connection with the entry of the field into a late stage of development, characterized by high water cut. It should also be noted that a significant fraction of the produced products are heavy oil with abnormal rheological properties. To prevent the development of sulfate reduction and reduction of corrosion rate of oil-field equipment we have designed a new reagent Composite-1, which possesses both antibacterial and anticorrosive properties. The investigation of the new bactericide inhibitor and its analogues effect on "Zhetybai" oil rheological properties at temperatures of 40 оС and 50 оС was of concern. This provided the motivation to study the new bactericide inhibitor and its analogues on the rheological properties of oilfield "Zhetybai", at temperatures of 40 оС and 50 оС. On the basis of the observed rheological curves of initial oil without adding reagents it was identified that the oil from "Zhetybai" field manifests non-Newtonian flow behaviour. Regulation of these properties is achieved through the colloid-chemical properties of reagent Composite-1.

NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI

M.P.Safiullin, A.A.Safina

Neftqazkimya kompleksində əsas texnoloji yenidənbölüşdürmə üzrə dəyər zəncirinin formalaşmasının struktur təhlili (Tatarıstan Respublikasının timsalında)

 

Tatarıstan Respublikasının neftqazkimya kompleksinin texnoloji yenidənbölüşdürülməsinin (iqtisadi fəaliyyətin növləri üzrə) əsas göstəricilərinin makroiqdisadi təhlili aparılıb. Xammal hasilatından başlayaraq yekun məhsulun istehsalına qədər plastmas məmulatların hazırlanmasında istehsalat xərcləri zəncirinin təhlili üçün müəllif metodikası təklif olunub. İstehsalat xərcləri zəncirinin təhlili üçün metodika əsas texnoloji yenidənbölüşdürmə üzrə neftkimya məhsulları istehsalının mədaxilindən məxaric payını aşkarlamaq imkanı verir. Zəncirin dəyər strukturu Tatarıstan Respublikasının neftqazkimya kompleksində 2005 - 2012-ci illər üçün tərtib edilib.

 

M.P.Safiullin, A.A.Safina
Structural analysis of the formation of value chain by basic technological conversions in oil and gas chemical sector (example of the Republic of Tatarstan)


Тhe article presents a macroeconomic analysis of basic technological conversion indices (by economic activity categories), conducted for oil and gas chemical sector of the Republic of Tatarstan. The author offers his own cost analysis technique for the production chain for plastic products, from raw material extraction to end product manufacturing. The production chain cost analysis technique permits to establish a share of costs in revenue from petrochemical products manufacturing by basic technological conversions. A value chain structure of oil and gas chemical sector of the Republic of Tatarstan is made for the period from 2005 to 2012.