X Ü L A S Ə L Ə R - A B S T R A C T SИИ

NEFT VƏ QAZ Y ATAQLARININ GEOLOGİYASI, GEOFİZİKASI VƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ
Oil and Gas Fields exploration, geology and geophysics

Ə.M.Salmanov, X.M.Yusifov

Azərbaycanın Mezozoy çöküntüləri neftqazlığının əsas kriteriyaları

 

Azərbaycanın depressiya zonalarında geniş yayılmış Mezozoy çöküntüləri neftqazlılıq perspektivliyi baxımından böyük praktiki əhəmiyyət kəsb edirlər və axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərindən biri sayılırlar. Pespublikanın Mezozoy çöküntülərinin neft-qazlılığının potensial imkanlarını aydınlaşdırmaq üçün onların geoloji-geokimyəvi toplanma şəraitlərinin kompleks təhlili aparılmışdır. Müəyyən olunub ki, bu hövzələr uzunmüddətli və mütəmadi çökməyə məruz qalmış və böyük qalınlıqda çöküntülərin toplanması üçün əlverişli geoloji-güokimyəvi şəraitlərə malik olmuşlar. Mezozoy kəsilişində yaxşı kollektor xassələri ilə fərqlənən qumlu-alevritli və karbonatlı rezervuarlar və onların üzərini örtən davamlı süxur örtüklərinə malik ən perspektivli strukturlar və çöküntü kompleksləri ayrılır.


A.M.Salmanov, Kh.M.Yusifov

The main criteries of oilgasbearing of Mesozoi deposits in Azerbaijan

 

The big practical interest, from the point of view petrol prospects of Mesozoic deposits, which are widely developed in depression zones of Azerbaijan, represent and are one of main directions of exploration. For explore of petrol potential possibilities of Mesozoic deposits of republic the complex analysis of geological-geochemical conditions of accumulation of these deposits with the account paleotectonic developments of their sedimation basins is carried out. It is established that these basins tested long time and steady immersing with accumulation of powerful thickness of sedimentary rocks under favorable geological-geochemical conditions. The most perspective structures and stratiqraphic complex of Mesozoi, in which sections are, noted sandli and carbonate reservoirs with good collector properties and the impermoable rock covers over them.

QUYULARIN QAZILMASI
WELL DRILING

İ.H.Dadaşov, İ.Ç.Abbasov, S.Ə.Məlikova

Anomal aşağı lay təzyiqləri şəraitində qazma işlərinin effektivliyinin artırılması yolları

 

Məqalə depressiya altında quyuların qazılması texnologiyasının Azərbaycanda tətbiq edilmə imkanına həsr edilmişdir. Artıq məlum olduğu kimi ALT şəraitdə ənənəvi qazma üsulu qənaətbəxş deyildir. Belə ki, məhsuldar qatların açılması kifayət qədər keyfiyyətli hesab olunmur. Azərbaycanda neftçıxarma sahəsinə olan tələblərə cavab verən mənfi diferensial təzyiqlə quyuların qazılmasını təhlükəsiz və effektiv yerinə yetirilməsi üçün müvafiq texnikitexnoloji qərarların qəbul olunması tələb olunur.


I.H.Dadashov, I.Ch.Abbasov, S.A.Malikova

Methods for improving drilling in abnormally low formation pressure

 

This article focuses on the possibility of using technology in Azerbaijani for drilling into low pressure regions that would not normally be possible using classical methods. To meet the growing demand for technology in oil production in Azerbaijan requires comprehensive solutions that ensure safe and efficient drilling with a negative differential pressure.

NEFT VƏ QAZ Y ATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI
Reservoir and petroleum enginering

B.Ə.Süleymanov, F.S.İsmayılov, O.A.Dıshin, N.İ.Huseynova

Neft yatağının işlənməsinin multifraktal təhlili
 

Məqalədə neft yataqlarının işlənməsi prosesinə nəzarət və idarə qərarlarının qəbul edilməsi məqsədi ilə lay sisteminin cari vəziyyətinin diaqnostikasında multifraktal yanaşma əsasında qurulan üsuldan istifadə olunmasını təklif edilir.Multifraktal fluktuasiya üsulu çərçivəsində, mədən məlumatlarından ibarət olan zaman sıraları üçün ümumiləşdirilmiş fraktal ölçüləri hesablanıb və onların dinamikasının riyazı analizi aparılmışdır. Alınan nəticələrin əsasında yatağın işlənməsinin müxtəlif mərhələlərində məqsədyönlü düzəlişlərin həyata keçməsi üçün ən effektiv təsir üsullarını seçmək mümkün olur.

B.A.Suleimanov, F.S.Ismailov, O.A.Dyshin, N.I.Huseinova

Analysis of oil deposit exploration state on the base of multifractal approach

 

A method based on a multifractal approach is suggested in order to diagnose the current state of layer system. This method allows on-line decisions to be made concerning regulation and control of exploration for oil deposits. Undermultifractal fluctuation method field data analysis the dynamic change of generalization fractal dimension for time series of current oil production was investigated. The dynamic analysis evaluates self organization of the development process, aimed at selection of the most efficient stimulation methods and their purposeful correction at different stages of field exploitation.

H.Q.Huseynov

MEN ilə istismar olunan quyular üçün tutucu alətlərin prinsipial konstruktiv sxemlərinin işlənməsi

 

MEN-nın yeraltı avadanlıqlarında baş verən qəzaların aradan qaldırılması ücün mərkəzdənqaçma elektrik nasosları ilə istismar olunan quyularda quraşdırılmış tutucu alətlərin əsas konstruktiv sxemi işlənib hazırlanmışdır. Təqdim edilən sxemlər MEN–ı ilə istismar olunan quyularda təmir işlərinin daha asan aparılmasına imkan verir və təmirdən sonra onların istismara verilməsini tezləşdirir.


H.G.Huseynov

The development of the basic construction of a fishing tool for wells operated by ESP

 

In accordance with established composition of complex fishing tools for emergency response equipment for downhole ESP we have developed the principal design for fishing equipment for emergency response in wells operated by ESP. The presented scheme can simplify the ESP work over and accelerate their re-entry into service after repairs.


Q.D.Tuleşeva

"Jetıbay" yatağında neft hasilatının intensivləşdirilməsi üzrə tədbirlərin təsirlilik analizi

 

Bir çox yataqlar hasil edilən məhsulun son dərəcə ehtiyat qıtlığı və sulaşması ilə xarakterizə edilir. Qərbi Qazaxstanın əksər yataqlarının (30-dan çox) məhsulu yüksək parafinli və özlü neftdir. Bu yataqlara nefti parafinlə (26%-ə qədər), qətran və asfaltenlə (20%-ə qədər) son dərəcə doymuş və tərkibində korroziyaya qarşı aktiv qazlar (H2S, CO2) olan "Uzen", "Jetıbay", "Karamandibas" yataqları aiddir. Bununla əlaqədar hazırkı işlə bağlı "Jetıbay" yatağında neft hasilatının intensivləşdirilməsi
üzrə tədbirlərin təsirlilik analizi göstərilmişdir. Mədən materialının analizi aparılmış və tətbiq edilən texnologiyaların növləri üzrə işlərin həcmi müəyyən edilmişdir. Neft hasilatının intensivləşdirilməsi üzrə tətbiq edilən texnologiyaların effektivliyi bir neçə istiqamətdə: neftin debitinin artımına, məhsuldarlığın xüsusi əmsalının artımına və cəlb edilmiş ehtiyatlara görə müəyyən edilmişdir. Vurucu quyular üzrə təsirlilik ətraf hasilat quyularında neftin debitinin artımına görə qiymətləndirilmişdir. Nəticədə, laya və quyudibi zonaya təsir yolu ilə quyuların məhsuldarlığının artırılması üzrə tədbirlərin yekunları göstərilmişdir.


G.D.Tuleshova

Analysis of performance measures for intensification in the "Zhetybai" oil field

 

Many deposits are characterized by a high degree of depletion of reserves and water cut. Production of most fields in Western Kazakhstan (30) are high-paraffin and viscous oil. These include "Uzen", "Zhetybai", "Karamandybas", oils which are extremely rich in dissolved paraffin (26%), resins and asphaltenes (20%) and contain corrosive gases (H2S, CO2). In this regard, this paper analyzes the effectiveness of enhanced recovery of oil from the "Zhetybai" field. The analysis of commercial materials identified the amount of work by type of technology used. The effectiveness of the technologies for intensification of oil was determined in several ways: by an increase in oil rates, the increase in specific productivity index and the stocks involved. The effectiveness of injection wells was estimated from the increase in oil production in the surrounding wells. As a result, the conclusions of the study recommend to increase the productivity of wells by means of stimulation and the bottom-hole zone.

NEFTİN VƏ QAZIN NƏQLİ, SAXLANMASI
TRANSPORTATION, STORAGE OF OIL AND GAS

Z.C.Quliyev

Neftin boru kəməri ilə nəqli zamanı itkilərin müəyyən edilməsi

 

Nəzəri tədqiqatlar əsasında neftin boru kəməri ilə nəqli zamanı çöküntülərin miqdarı müəyyən edilmişdir. Qeyd edilir ki, neft kəmərinin məhsuldarlığı artdıqca çökmələrin sürəti də artır, həm də neft kəmərinin ən aşağı məhsuldarlığında (Q = 30 m3/q) 150 gündən sonra çöküntülər demək olar ki, az nəzərə çarpır. Çöküntülərin sıxlığı artdıqca sürət də artır. Alınmış analitik düstura əsasən Dübəndi-Böyükşor, Daşgil-Puta neft kəməri misalında miqdarca hesablanma aparılmış və müəyyən edilmişdir ki, müxtəlif çöküntü kütlələri, neftin vurulması zamanı müxtəlif məhsuldarlığın alınması vaxtından asılıdır. Müəyyən edilmişdir ki, başlanğıc dövrdə qumun və kükürdün parafin-asfalt-qətran birləşmələrinin çökməsi sürətlə baş verir, sonra isə bu yavaşıyır.

Z.J.Guliyev

Losses determination in pipeline transportation of oil

 

On the basis of a theoretical study the quantity of deposits in pipeline transportation of oil is determined. It is shown that with increase in pipeline capacity the deposit velocity also increases and at the lowest working capacity of pipeline (Q = 300 m3/hour) hardly any sediments appeared over a period of 150. The velocity also increases with increasing deposit density. According to the analytical formula obtained, numerical calculation has been carried out on example of the oil pipeline Dubendi-Beyukshor, Dashgil-Puta and the mass of different deposits depending on timeat several rates is determined. It is established that during the initial period deposits of paraffin-asphalt-resin compounds of sand and sulphur occurred rapidly and then decreased.

FUNDAMENTAL ELMİ TƏDQİQATLAR
FUNDAMENTAL SCIENTIFIC RESEARCHES

L.J.Klinkenberq

Məsaməli mühitlərin maye və qaz keçiriciliyi

 

Məsaməli mühitlərin keçiricililiyinin təyin edilməsi üçün standart prosedur API Code No.27 (ilk buraxılış oktyabr 1935) aşağıdakı fundamental fərziyyəyə əsaslanır ki. Nə qədər ki axının sürəti təzyiq qradientinə proporsionaldır, məsaməli mühitin keçiriciliyi mühitin xassəsidir və müəyyən olunmaq üçün istifadə edilən flüiddin təbiətindən asılı deyil.

Bunun əksər mayelər üçün doğru olmasına baxmayaraq, müəyyən edilmişdir ki, qazlar üçün keçiricilik qazın təbiətindən asılıdır və bu təxmini orta təzyiqin əks qiymətinin xətti funksiyasıdır. Bu effekt sürüşmə effektini nəzərə almaqla izah edilə bilər ki, bu da molekulların orta sərbəst hərəkəti ilə sıx bağlıdır. Sonsuzluğa yönəlmiş təzyiqə ekstrapolyasiya olunan zahiri keçiricilik, yalnız məsaməli mühitin xassəsi olan keçiriciliyi verir.

L.J.Klinkenberg

The permeability of porous media to liquids and gases

 

The standard procedure for determining the permeability of porous media according to APZ Code No. 27 (first edition, October 1935) is based on the fundamental assumption that, as long as the rate of flow is proportional to the pressure gradient, the permeability constant of a porous medium is a property of the medium, and is independent of the fluid used in its determination. Although this is true for most liquids, the permeability constant as determined with gases is dependent upon the nature of the gas, and is approximately a linear function of the reciprocal mean pressure. This effect can be explained by taking into account the phenomena of slip, which are related closely to the mean free paths of the gas molecules. The apparent permeability extrapolated to infinite pressure gives a permeability constant which is a characteristic of the porous medium only.

O.A.Dışin

Çatlı – məsaməli həlqəvi layda mayenin qeyri-stasionar süzülmə məsələsinin gelder funksiyalarında həlli

 

Göstərilir ki, çatlı-məsaməli mühitdə bircins mayenin qeyri-stasionar süzülməsini təsvir edən xüsusi törəmələrdə, differensial barabərliklər sistemi Petrovskinin bərabərlik sisteminə görə parabolikdir. İki mühitin olmasını nəzərə almaqla, verilmiş sərhəd olmasını nəzərə almaqla, verilmiş sərhəd şərtlərinə görə, layın səthi ilə sərhəddə və quyu divarlarında həlqəvi formalı çatlı-məsaməli layda qeyri-stasionar süzülmənin ilkin-əlaqəli məsələsinə baxılmışdır. Hazırki məsələnin mövcudluğunun və vahidliyinin həlli şərtləri gelder funksiyaları sinfində müəyyən edilmişdir.

O.A.Dyshin

Solvability at Helder’s functions of initial – boundary problems of nonstationary liquid flow in fracture-porosity medium of circular form

 

In work it be proved that the partial differential equations which describe nonstationary filtration of homogeneous liquid in crack-porosity medium are parabolic by Petrovsky system of equations. The initial-boundary problem of nonstationary liquid filtration in crack-porosity medium with circular form is considered at boundary conditions on external border of reservoir in view of present of two mediums. The conditions of existence and uniqueness for problem’ solution have determined.