X Ü L A S Ə L Ə R-- A B S T R A C T SИ И

Neft VƏ QAZ YATAQLARININ İşlənməsİ və İstİsmarI
reservoir and petroleum  engineering

Fan Nqok Çunq, Nquyen Çe Duk
Çatlı geoloji fundamentli kollektorların modelinin kompyüter sazlanması metodologiyasının işlənib hazırlanması
 

Çatlı fundamentli kollektorların ən yaxşı imitasiyamodelinin alınması üçün tədqiqatın ən vacib tendensiyalarından biri texnoloji proseslərin və dinamik məlumatlardan (tarixi bərpa etmək) istifadə etməklə modellərin parametrlərinin kalibrlənməsi üsulunun təkmilləşdirilməsidir. Bütövlükdə çatlı fundamentli kollektorların və xüsusilə çatlı geoloji fundamentli kollektorların modelləşdirilməsində, problem və qərarların təhlilinə əsaslanan dinamik məlumatlardan istifadə etməklə modelin parametrlərinin kalibrlənməsi texnologiyası təklif edilmişdir. İş prosesinin hər bir mərhələsində kalibrlənmə, Modelin Sazlanmasının Avtomatlaşdırılması Üsulunun köməyi ilə yerinə yetirilir. Modelin Sazlanmasının Avtomatlaşdırılması Üsulundan istifadə etməklə kalibrlənmə prosesinin beş mərhələdə yerinə yetirilməsi üçün 3 (üç) kompyüter proqramı işlənib hazırlanmışdır. Məqalə, bu metodologiyanın işlənib hazırlanması və uyğun hessblama vasitələri sahəsində bizim tədqiqatları təqdim edir.

 

Phan Ngoc Trung, Nguyen The Duc
Development of methodology for computer-assisted history matching of fractured basement reservoirs

 

To obtain better simulation model for fractured basement reservoirs, one of the important research trend is to improve of workflow and method for calibrating model parameters to dynamic data (history matching). Analyzing challenges and solutions in fractured reservoir simulation in general and basement fractured ones in particular, a workflow for calibrating model parameters to dynamic data has been proposed. At each step of the workflow, calibration routine is accomplished using Computer-Assisted History Matching techniques. To perform calibration workflow with five steps by using computer-assisted history matching techniques, three computer programs have been developed. This paper presents our study in developing methodology and accompanied computer tools.

Ə.M.Salmanov, N.S.Kərimov, H.A.Həmidov

Quyu tədqiqatlarının göstəricilərinə görə quyudibi zonada neftin və qazın faza keçiriciliyinin təyini
 

Neftqaz yataqlarının işlənməsinin təcrübəsi göstərir ki, onlar istismar olunduqca quyudibi təzyiq doyma təzyiqindən aşağı düşür və neftdə həll olunmuş qaz ayrılır. Işlənmə zamanı keçdikcə, carı kontakt Pl = Pdoy genişlənir və Pl > Pdoy zonasında bircinsli maye, Pdoy > Pqd zonasında isə qazlı maye süzülür. İşlənmə dövründə quyudibi zonada ayrılan qazın miqdarı artır, bu da neft axınının əlavə müqavimətini yaradır və nəticədə neftə görə faza keçiriciliyi azaldığından, quyu debiti də aşağı düşür. Məqalədə ilkin konturda həm lay təzyiqi doyma təzyiqdən yüksək, həm də quyudibi təzyiq doyma təzyiqdən aşağı olduğu hallarda qazlı mayenin neftlədoymasının və faza keçiriciliyinin dəyişməsi öyrənilmişdir. Alınmış düsturlar neft və qazın faza keçiriciliklərinin əyrilərini xətti asılılıqlarla approksimasiya edərək, quyuların və layların tədqiqatlarının göstəricilərinə görə cari neftlədoymanı tapmağa imkan yaradır. Təklif olunan metodika əsasında "Günəşli" yatağının FLD-nin faza keçiriciliklərinin əyriləri və yatağın işlənmə dövründəki dinamikası qurulmuşdur.

A.M.Salmanov, N.S.Kerimov, G.A.Gamidov

Definition of permeability to oil and gas phases in a bottom-hole zone according to bore-hole surveying

 

As demostrated in development of oil and gas fields, in the process of exploitation pressure at bottom hole conditions may fall below bubble point pressure and gas dissolved in oil is liberated. Eventually the pressure Рres = Рbp is reached so in the zone where Рres > Рbp there is a single phase liquid and in zone Рbp > Рbhp - gas cut fluid could be produced. The bottom hole performance history shows an increase in free gas production, reducing oil mobility and oil production rates. The article details the variation of oil saturation and permeability to phases of gas cut fluid in cases, in cases where the initial fluid id undersaturated but the flowing bottom hole pressure is below bubble point. The formulas give the ability to approximate oil and gas phase-permeability curves linear dependences and to find a current oil saturation according to bore-hole surveying and formations. On the basis of the proposed method, phase-permeability curves of "Interruption" Suite from the "Guneshly" field and also dynamics of permeability to phases in reservoir development have been constructed. Practical deductions and recommendations are drawn.

V.C.Abdullayev
"Günəşli" yatağının işlənmə prosesinin modelləşdirilməsi əsasında suvurmanın intensivləşdirilməsinin tədqiqi

 

"Fasilə" lay dəstəsi "Günəşli" yatağının əsas məhsuldar horizontudur. Neft hasilatını artırmaq, su-neft konturunun bərabər hərəkətini təmin etmək və lay təzyiqinin düşmə tempini azaltmaq məqsədilə suvurma prosesinin intensivləşdirilməsi vacibdir. Suvurma prosesinin həyata keçirilməsi digər geolojitexniki tədbirlər kimi xeyli vəsait tələb edir və onun əsas göstəricilərinin proqnozlaşdırılması məqsədi ilə prosesin əvvəlcədən hidrodinamiki modelləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Müasir proqram vasitələrindən istifadə etməklə "Günəşli" yatağı "Fasilə" lay dəstəsinin işlənmə prosesi modelləşdirilmiş, suvurma prosesinin intensivləşdirilməsi üçün yeni suvurucu quyular təklif olunmuş, vurulacaq suyun optimal həcmi müəyyənləşdirilmişdir. Aparılmış hidrodinamiki hesablamalar nəticəsində suvurmanın işlənmə göstəricilərinə təsiri proqnozlaşdırılmış, nəticələr su vurulmadan aparılan işlənmə göstəriciləri ilə müqayisə olunmuş, prosesin səmərəliliyi göstərilmişdir.


V.J.Abdullayev

Investigation of water injection stimulation based on development process simulation at "Guneshli" field

 

The "Interruption" Suite is the main reservoir unit in the "Guneshli" field. It is essential to stimulate the water injection process in order to enhance oil production, to ensure uniform movement of wateroil contact and to prevent reservoir pressure decline reducing production rates. Implementation of water injection involves enormous expenses therefore it is important to predict its outcomes. The development process of the "Interruption" Suite has been modelled using a modern software applications. As a consequence, new well locations have been proposed for stimulating water injection processes and an optimal volume of water to be injected has been estimated. The impact of water injection on development parameters has been predicted as a result of hydrodynamic calculations and the effectiveness of the process has been established.

A.M.Qasımlı, S.C.Rzayeva, Y.N.Qulu-zadə, A.Q.Həsənov

Sulaşmış laylardan qalıq neftin çıxarılması məqsədilə yeni kompozisiyanın işlənilməsi

 

Neftveriminin artırılması məqsədilə tətbiq edilən fiziki-kimyəvi təsir üsullarının effektliyi bir çox amillərdən asılıdır: reagentin lay suyunda çöküntüsüz həll olması, neftlə sərhəddə səthi gərilmənin azalması, neftyuma qabiliyyətinin yüksəlməsi və s. Böyük miqdarda SAM və kimyəvi reagentlərin olmasına baxmayaraq, onların bir çoxu lay və dəniz sularında çöküntü verir. Məqalədə lay sul arında çöküntüsüz həll olan, enerji-resurslarına qənaətedici və dayanıqlı yeni kompozisiya işlənilmiş və aparılmış eksperimentlər nəticəsində sulaşmış və çətin çıxarıla bilən ehtiyata malik neft laylarının təkrar işlənilməsində istifadəsinin yüksək effekt verdiyi sübut olunmuşdur.

A.M.Gasimli, S.C.Rzayeva, Y.N.Quluzadeh, A.Q.Hasanov

The development of new composition for the purpose of production of residual oil from flooded strata

 

The efficiency of physical-chemical impact methods applied for the purpose of increasing oil production depends on several factors: solution of reagent in the formation water without sediment, surface tension decrease in the oil fringe, increase of oil washing ability etc. Despite the existence of great number of SAS and chemical reagents, many of them form sediment in the formation and sea water. The energy resources saving, stable new composition solving without deposit was used for the work reported in this article and as a result of the experiments, a high recovery efficiency was demonstrated even for a redeveloped oil stratum having already been subjected to significant flooding.

F.M.Hacıyev, N.Ə.Atakişiyeva

"Günəşli" yatağının "Fasilə" lay dəstəsi ilə Xəzər dənizi sularının qatışıqlarının kimyəvi tərkiblərinin tədqiqi

 

Azərbaycan Respublikasının dəniz neft yataqlarına süni üsulla təsir etmək üçün Xəzər dənizi suyundan istifadə edilir. "Günəşli" yatağının əsas istismar obyekti olan "Fasilə" lay dəstəsi (FLD) (alt pliosen) ilə Xəzər dənizi sularının kimyəvi tərkiblərinin tədqiqi, onların bir-birindən nəzərə çarpacaq dərəcədə fərqləndiyini göstərir. Laya suvurma zamanı gedən prosesləri müəyyən etmək üçün lay və dəniz sularının müxtəlif nisbətlərdə qatışıqlarının kimyəvi analizlərinin nəticələri, həmin su qatışıqlarının nəzəri hesablanmış tərkibləri ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, "Günəşli" yatağında FLD-nin lay və Xəzər dənizi sularının qatışıqlarında onların minerallaşmaları və CI, HCO3-, RCOO-, HB4O7-, Na++K+ ionlarının miqdarı azalır, SO42-, CO32-, Ca2+ və Mg2+ ionlarının miqdarı isə artır.Aparılmış tədqiqatlar göstərir ki, qatışıq sularda dəniz suyunun %-lə miqdarı artdıqca Ca2+, Mg2+, SO42-, CO32- ionlarının miqdarı isə azalır. Qatışıq suda ionların belə dəyişməsi Xəzər dənizi suyunun laya nüfuz etməsinin etibarlı göstəricisi (kriteriyası) hesab oluna bilər. CI- ionunun lay, dəniz və qatışıq sularda təyin edilməsi nəticəs ində:

- FLD-in suyu ilə dəniz suyunun qatışıqlarının sabit olmadığı müəyy ən edilmişdir;

- Qatışıq sularda qələvi torpaq elementlərinin layda cökə bilən karbonat duzlarının miqdarının hesablanmışdır;

- "Günəşli" yatağında FLD-nin lay suları ilə ona vurulan Xəzər dənizi sularının qatışıq larında dəniz suyunun %-lə miqdarı təyin edilmişdir.

F.M.Hacıyev, N.A.Atakışhiyeva

Study of formation water mixture chemical composition of "Guneshli" field "Interruption" suite with Caspian Sea water

 

In offshore oil fields of the Azerbaijan Republic, Caspian sea water is for water injection porposes. Chemical analysis of lower Pliocene "Interruption" Suite (IS) water and Caspian sea water at the major "Guneshli" field development showed that they differ significantly. In order to determine the nature of the processes that occur while flooding, chemical analysis of formation and sea water mixtures were compared with their theoretically rated values in the same ratios. Analyses confirmed that along with the increase of sea water percentage in mixture the content of ions Ca2+, Mg2+, SO42-, CO32- increases with simultaneous dilution of ions Na+ + K+, CI-, HCO3-, RCOO-, HB4O7-. Such qualitative changes of chemical composition of mixtures are a reliable indication of the presence of Caspian sea water. Determination of Cℓ- ion density in chemical composition of formation, injected water and in the mixture allowed:
   - to determine non-compatibility of IS water mixture with Caspian water;
   - to evaluate the amount of precipitated alkaline-earth carbonates;
   - to evaluate the percentage of injected Caspian sea water in produced water from wells in the Pereriv Formation oil deposits of the "Guneshli" field.

Ş.P.Kazımov, F.F.Əhməd

Ferromaqnit hissəciklərinin istifadəsi ilə su axınının tənzimlənməsi

 

Maqnit sistemlərinin işlənməsindən başqa neftçıxarmada maqnit süxurlarının istifadəsi təcrübəsi də məlumdur. Təklif edilən üsulla quyunun hasilatının artırılmasının effekti hidravlik yarılma zamanı yaranan çatların yüksək keçiricili ferromaqnit çınqılla doldurulmasıdır. Lay suyu maqnit sahəsinin təsirindən ilkin qradientə malik olur və yüksək təzyiq düşküsünün təsiri altında da hərəkətsiz vəziyyətdə qalır.

Sh.P.Kazymov, F.F.Ahmed
Control of formation water inflow using ferromagnetic particles

 

Besides the application of magnetic systems, the practice of making use of magnetic rocks is known in oil production as well. The effect to increase a well flow rate by means of the proposed method is filling the cracks appearing during a hydraulic fracturing with high-conductive ferromagnetic gravel/propant. Formation water gets an initial gradient influenced by a magnetic field and remains motionless as a result of high pressure drop.

NEFTİN VƏ QAZIN NƏQLİ, SAXLANMASI
TRANSPORTATION, STORAGE OF OIL AND GAS

E.К.Tolepberqenov
"Uzen" yatağında mədən neftinin hazırlanması apparatlarının təmizlənməsinə yeni yanaşma

 

İşlənilmiş ОГ-200 apparatlarının neft şlamından təmizlənmə texnologiyası müəssisədə istismar olunan texnoloji avadanlıqların istifadəsini nəzərdə tutur. Təklif olunan çökdürücülərin yuyulması texnologiyasının səmərəliliyi ОГ-200 çökdürücülərinin təmizləmə vaxtının, boş dayanmasının, insan sağlamlığına zərərli olan ağır əməliyyatların həcminin və eləcə də xərclərin azalmasındadır. Bu yuyulma texnologiyaların tətbiq edilməsi hazırlanan neftin keyfiyyətinin yüksəlməsinə, ОГ-200
çökdürücülərində korroziya aqressivliyinin azalmasına və bunların da öz növbəsində istismar müddətinin artmasına imkan yaradır.


E.К.Tolepbergenov
The new method for cleaning of field oil processing units оn "Uzen" field

 

The developed technology of cleaning from oil sludges the devices OG-200 provides using the processing equipment operating at the enterprise. Efficiency of this method of the settlers cleaning, consists in the time significant reduction of cleaning, reduction of the settlers OG-200 idle time, reduction volume of the heavy operations, unhealthy the person, decrease in expenses for settler cleaning. Introduction of the cleaning offered technologies allows increases in quality of the prepared oil and to reduction in settlers OG-200 of corrosion aggression, thereby increases term of their operation.

А.İ.Əliyeva, R.С.İsayev
Yeraltı qazsaxlama anbarlarında qazın hazırlanma texnologiyasının səmərəliliyinin artırılması

 

Qalmaz yeraltı qazsaxlama anbarında (YQA) vurulan və götürülən qazın səmərəliliyini artırmaq üçün sıxıcı kompressor stansiyasının, qazın nəqlə hazırlanması qurğusunun və digər qazmədən avadanlıqlarının texnoloji iş rejimi tədqiq edilmişdir. YQA-da qazvurma və qazgötürmə prosesində iştirak edən quyuların texnoloji və termodinamik parametrləri tədqiq edilmişdir. Qalmaz YQA-da nəqlə hazırlanan qazın keyfiyyətini artırmaq məqsədilə yeni texnologiyanın işlənmsi məqsədilə elmi-tədqiqat işləri aparılmışdır. Elmi tədqiqat işlərinin nəticələrinə görə qazın qurudulması və hidratəmələgəlməsinin qarşısının alınması üçün yerli kimya məhsulları əsasında yeni kompleks absorbent işlənib hazırlanmışdır.

А.I.Aliyeva, R.J.Isayev
Effectiveness increase of technology gas preparation on underground gas storage

 

For the purpose of efficiency increase of injected and selected gas from Galmas underground gas storage (UGS) there were researched: technological mode of working booster compressor station, installation of complex preparation of gas for transportation and other gas-field equipments. Thermodynamic and technological parameters of wells which participate in process injection and gas selection in UGS are investigated. Scientifically-research works were spent in Galmas UGS for development of new technology for the purpose of quality increase of prepared gas for transportation in Galmas UGS. On the basis of results of scientific researches new complex absorbent for gas dewatering and for prevention hydrating was developed on the basis of domestic petrochemical products.

NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI
ECONOMY OF OIL AND GAS INDUSTRY

Q.Y.Səfərov, S.H.Səlimova
Quyular üzrə fondveriminin müfəssəl təhlilində metodiki yanaşma

 

Məqalədə müəyyən NQÇİ-də fondveriminin quyular üzrə müfəssəl təhlilində metodiki yanaşma təklif olunur. Bu göstəricinin səviyyəsi istehsal səmərəliliyini səciyyələndirir. Tədqiqat beş mərhələdə aparılır. Fondveriminin hesablanmasının müxtəlif variantlarına baxılır: bütövlükdə NQÇİ üzrə, bütün quyular üzrə, qrup quyular üzrə və üç "hamarlayıcı" variant üzrə. Quyuların fondveriminə təsir edən amillər seçilir, sonra isə fondverimininin yuxarıda göstərilən variantları üzrə lazımi hesabat aparılır. Tədqiqatın hər bir mərhələsində ən yaxşı variantın seçilməsi məqsədilə fondverimi və amillər arasındakı asılılığı müəyyənləşdirmək üçün korrelyasiya təhlili aparılır. Seçilmiş variant üzrə qrafik qurulur, trend və approksimasiya kəmiyyəti təyin edilir. Təklif edilən metodika, təcrübədə əsas fondların istifadə edilməsi səmərəliliyinin təhlili və müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi üzrə idarəetmə qərarlarının qəbul edilməsində NQÇİ-də istifadə edilə bilər.

G.A.Safarov, S.G.Salimova
Methodical approach to detailed analysis of well capacity productivity

 

In the article the methodical approach to detailed production capacity analysis of wells in the defined Oil and Gas Production Board (OGPB) is suggested. The level of this index largely characterises productivity effectiveness. The investigation is conducted in five stages. Various variants of production capacity estimation are reviewed: by OGPD as a whole, by all wells, by well groups and by three smoothing variants. The factors influencing the production capacity are ranked and afterwards necessary estimations for above-mentioned variants of production capacity are carried out. In order to find the best variant in each stage of investigation, the correlation analysis for detection the dependence between factors and the production capacity has been conducted. According to the selected variant, charts, trends and the dimensions of approximation have been developed. In practice this method can be used in OGPB for the main production capacity analysis and in making management decisions in confirming resources in order to improve the productioneconomic activity of the enterprise.

FUNDAMENTAL ELMİ TƏDQİQATLAR
FUNDAMENTAL SCIENTIFIC RESEARCHES

O.A.Dışin

Petrova görə parabolik bərabərlik sistemləri üçün başlanğıc –yan məsələlərin gelderov funksiyalarında həlli şərtləri

 

Gelderov funksiyaları sinfində başlanğıc – yan məsələlərinin, İ.Q.Petrovskinin fikrincə parabolik olan, dəyişkən əmsalı differensial bərabərliklərin xətti sistemi üçün həlli mümkün olan şərtləri alınmışdır. İşdən əldə edilmiş məsələyə daxil olan məlum funksiyaların düzgünlüyü ilə həllin özünün düzgünlüyü arasındakı nisbət dəqiqdir. Məsələlərin həlli şərtlərilə bərabərlik əmsalı qoyulan məhdudiyyət vacibdir, bu həm də başlanğıc və yan şərtlər üçün düzgündür. Deformasiyaya uğramış çatlı – məsaməli mühitdə bircins mayenin təyin edilməməsi məsələlərə əlavədə verilmişdir.

O.A.Dyshin
Solvability conditions at helder’s functions of initial-boundary problems for parabolic by Petrovsky systems of equations

 

In this article, the solvability conditions of a class of helder functions for linear parabolic systems of differential equations (by Petrovsky) with variable coefficients have been demonstrated. The correlations between the smoothing of known functions of the problem and the smoothing of the solution itself are exact. The constraints on coefficients that follow from solvability conditions are necessary for both boundary and initial conditions. We have applied these results to unsteady filtration problems for a homogeneous liquid in deformable fissure-porosity media.