X Ü L A S Ə L Ə R-- A B S T R A C T SИИ

Neft - qaz yataqlarının geologİyası, GEOFİZİKASI VƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ
oil and gas fields exploration, geology and geophysic

Ə.M.Salmanov, Ə.M.Süleymanov, İ.Ə.Cəfərov

Qaradağ sahəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliliyi

 

Qərbi Abşeronun Qaradağ sahəsinin geoloji quruluşu struktur-axtarış, axtarış-kəşfiyyat quyuları və müxtəlif geofiziki üsullarla öyrənilmişdir. Son illərdə qazılmış axtarış-kəşfiyyat, istismar quyuları, 2D və 3D seysmik kəşfiyyat məlumatları əsasında, Məhsuldar Qatın V, VIIa, VIII horizontları, Qırmakialtı lay dəstəsi və Diatomun II horizontuna görə geoloji quruluşu dəqiqləşdirilmiş və neft-qazlılıqlarının kəsiliş və sahə üzrə paylanması öyrənilmişdir. 2D seysmik məlumatlar əsasında strukturun şimal qanadının şərq hissəsində aşkar edilmiş Şimali Qaradağ qalxımının və bir sıra qırılmaların mövcudluğu axtarış- kəşfiyyat quyularından alınan nəticələrlə təsdiq edilmişdir. Strukturun cənub qanadında mövcud olan qırılmalarla mərkəzi tektonik blok onun periklinal hissələrinə nisbətən pilləvarı şəkildə qırılıb düşmüşdür. Cənub qanadda Məhsuldar Qat horizontlarında neft və qazkondensat yataqları ox və diaqonal istiqamətli qırılmalarla ekranlaşmış, ən geniş neft-qazlılıq sahəsinə VII və VIIa horizontlar, ən kiçik sahəyə isə V horizont malikdir. Cənub qanadın qərb hissəsində VIII, VII və VIIa horizontların kollektorluq xassələri zəifləyir, burada müəyyən edilmiş kiçik neft və qazkondensat yığımları, cənub-şərq istiqamətli qırılmalarla yanaşı, şimal-şərq istiqamətli kiçik amplitudlu qırılmalarla da ekranlaşırlar. Şimal qanadın qərb hissəsində, şimalda Çuvaldağ muldası istiqamətində Diatomun kəsilişində qumlu horizontların sayı və qalınlıqları artır, şərqində isə Şimali Qaradağ qalxımının tağyanı hissəsində onlar pazlaşır və gilləşirlər. Şimal qanadın mərkəzi və qərb hissələrində Məhsuldar Qatın alt şöbəsi və üst şöbənin VIIa və VII horizontları pazlaşır və gilləşir, şərq hissəsində isə VIII, VIIa, və VII horizontları qumlu-gilli fasiyada iştirak edirlər. Qaradağ qalxımının şimal qanadında Sarmat mərtəbəsinin və Çokrak, Karaqan horizontlarının qumlu obyektləri, cənub qanadın qərb və şimal qanadın şərq hissələrində isə Məsuldar Qatın horizontlarında aşkar edilmiş qazkondensat yataqlarında kəşfiyyat işləri verilmiş təkliflər əsasında başa çatdırılmalıdır.

A.M.Salmanov, A.M.Suleymanov, I.A.Jafarov
Refinement of the geological structure and petroleum potential Garadagh area

 

The article is devoted to improving the representation of the geological structure of Garadagh area on V, VIIa, VIII horizons, Underkirmaky suite Productive strata and II horizon of Miocene deposits. This is achieved using seismic data from 2D and 3D surveys, exploratory drilling and analysis of test results of exploratory and development wells identifying the key areas of exploration. Some additional faults (with throw of 100-150 m) were established on the northern flank and in the eastern part of south wing on the structural maps of these horizons, along with faults defined by 3D seismic surveys. The central tectonic block of the south wing is lowered stepwise in relation to periclinal parts of the folds. Given that the pools of oil and condensate on the southern flank are shielded by axial and diagonal faults, the most wide area of development are pools of VII and VIIa horizons, and the lowest V horizon Productive strata. In the western part of the southern wing the reservoir properties of VIII, VII and VIIa horizons are poorer. Here, small accumulations of oil and condensate, along with faults with southeastern direction are screened by the faults with northeastern directions. VIII, VIIa and VII horizons are distinguished only in the eastern part of the north wing and in central and western parts of this wing these horizons wedge and shale out. In the western part of the north wing, the number and thickness of the sandy horizons of Diatom deposits increases towards the Chuvaldag trough on the north, but in the eastern part of the north wing in periclinal parts of the North Garadagh uplift these horizons shale and wedge out. Sandy horizons of the Sarmatian stage, Chokrakian, Konkian and Karaganian horizons on the north wing are promising targets for prospects for new oil pools. VIII, VIIa and VII horizons of Productive strata within the southern wing and in the eastern periclinal parts of the northern wing are the subject of explaration to find new pools and delineate existing discoved oil pools.

X.M.Yusifov, R.R.Rəhmanov

Azərbaycan Paleogen-Neogen çöküntülərində neft və qazın axtarış-kəşfiyyat işlərinin geoloji şərtləri

 

Azərbaycanın ayrı-ayrı neftli-qazlı rayonlarında müxtəlif illərdə Paleogen-Neogen çöküntülərinin neftqazlılığını öyrənmək üçün böyük həcmdə axtarış-kəşfiyyat qazıması və geofiziki tədqiqat işlərinin aparılmasına baxmayaraq, bu çöküntü komplekslərinin karbohidrogen potensialı hələ də lazımınca aydınlaşdırılmamış qalır. Bu bir tərəfdən qazılmış axtarış quyularının, demək olar ki, yarısının layihə dərinliklərinə çatdırılmadan texniki səbəblərə görə ləğv olunması ilə izah olunursa, digər tərəfdən rayonların geoloji quruluşunun mürəkkəbliyi və relyefin kəskin olması səbəbindən burada aparılmış geofiziki tədqiqatların (xüsusilə seysmik kəşfiyyatın) keyfiyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır. Məhz buna görə də, bir sıra layihə quyularının yerinin düzgün seçilmədiyindən kəsilişdəki neftli-qazlı horizontlar açılmayıblar. Kəsilişdə qeyd olunan neftli-qazlı horizontların qazıma zamanı texnoloji cəhətdən düzgün açılmaması, sınaq və mənimsənilmə işlərinin keyfiyyətlə aparılmaması da axtarış qazımasının səmərəliliyinə öz təsirini göstərmişdir. Məqalədə mövcud geoloji-geofiziki və dərin qazıma materiallarının kompleks araşdırılması nəticəsində Paleogen-Miosenin və alt Pliosenin perspektivli rezervuarlarının yayılma zonaları müəyyən edilmiş, onların struktur –tektonik xüsusiyyətləri aydınlaşdırılmış və bu çöküntülər üzrə ən perspektivli neftli-qazlı strukturlar axtarış-kəşfiyyat qazımasına təklif olunmuşlar.

Kh.M.Yusifov, R.R.Rakhmanov

Geological preconditions of searches of oil and gas deposits in Paleogen-Neogen sediments of Azerbaijan

 

In spite of the fact that geophysical surveys and exploration in great volume have been carried out in separate separate areas of Azerbaijan in different years for the purpose of studying oil-gas bearing Paleogen-Neogen sediments, at the present time the HC potential of these deposits remains untapped. This is connected on one hand with technical failures with almost half of exploration wells failing to reach the target depth, and on the other hand with structural and geological complexity together with insufficient quality of geophysical work. Because of non-optimum choice of location wells have not succeeded in encountering oil and gas bearing strata. In addition, technical work on opening, testing and development oil-qasbearing objects were poorly carried out, and this has adversely affected the results for the drilling efficiency. In the current article results are presented for the complex analysis and synthesis of all existing material on geophysical serries and the deep drilling, carried out for the purpose of studying of geological structure and oil-gas bearing Paleogen-Neogen reservoirs within separate areas of Azerbaijan. As a result of the work performed, it is recommended to carryi out explorative drilling on the most perspective traps of anticlinal and non anticlinal types in Paleogen-Neogen deposits.

A.B.Karamurzayeva
"Kalamkas" yatağının şərq hissəsində aşağı tabaşir çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi

 

"Kalamkas" yatağının məhsuldar aşağı tabaşir çöküntülərinin geoloji quruluşunun və neft-qazlılığının xüsusiyyətləri nəzərdən keçirilir. İşlərin aparılmasında məqsəd, aşağı tabaşir qatının geoloji quruluşunun ətraflı şəkildə öyrənilməsindən ibarətdir. Nəzərdən keçirilən region tektonik cəhətdən Turan mərtəbəsinin şimal-qərb qurtaracağında yerləşmiş Şimal-Buzaçı tağının şimal hissəsinə aid edilmişdir. "Kalamkas" yatağı inzibati olaraq Qazaxıstan Respublikasının Mangistaus əyalətində yerləşmişdir. Yataq 1976-cı ilin yanvar ayında açılmış, 1979-cu ildə istismara buraxılmış və hal-hazırda "KalamkasMunayqaz" İİ tərəfindən istismar olunur.

A.B.Karamurzayeva

An accurate definition of the geological structure of the lower chalky deposits of the eastern part of "Kalamkas" field

 

This article discusses particular features of the geologic texture and oil and gas content of the lower chalky productive deposit of "Kalamkas" field. The objective of the project was to perform a detailed study of the lower chalky section geological structure. The author gives special consideration to the eastern part of the field. Tectonically, the region of interest is confined to the northern part of the North-Buzachin arch situated at the north–western end of the Turan platform. Administratively, "Kalamkas" field is situated in the Mangistays region of the Kazakh Republic. The field was discovered in January 1976. Development started in 1979 and continues to the present day by the Industrial Administration "KalamkasMunaygaz".

quyuların qazılması
WELL DRILLING

Ə.M.Məmmədtağızadə, Y.Y.Şmonçeva, V.N.Səmədov, G.V.Cabbarova

Üfüqi quyuların qazılmasının idarə olunması üçün riyazi modelin təkmilləşdirilməsi

 

Məqalədə faktiki zenit bucağının yığılmasından asılı olaraq qazıma zamanı üfüqi quyuların trasının idarə olunması üçün alqoritmin təkmilləşdirilməsi göstərilmişdir. Bu alqoritmlər maili və üfüqi quyuların qazılmasının idarə olunması prosesində işlənmiş proqram təminatının əsasını təşkil edir. Bu idarəetmə parametrlərinin operativ seçilməsini təmin edəcək və faktiki qazılmış quyu trasını həmişə nəzarətdə saxlayacaqdır. Məqalədə göstərilir ki, proqram təminatının və alqoritmin tətbiqi nəticəsində qazıma vaxtının azaldılması və lülələrin görüşməməsi üçün korrektə olunmaya sərf olunan vaxta qənaət edilmişdir.

A.M.Mamedtagizade, E.E.Shmoncheva, V.N.Samedov, G.V.Jabbarova

Improvement of mathematical model for horizontal well control during drilling

 

This article presents advanced algorithms for control of horizontal well drilling depending on the value of the inclination angle. These algorithms have been encoded in software for control of inclined and horizontal wells. It allows the user a choice of operating parameters, to have the constant control over borehole path of wells and a choice of three offered algorithms. Application of the algorithms within the software will allow improved efficiency by a of reduction of time spent for updating, recalculation of a borehole path and on acceptance of operating decisions whilst drilling horizontal wells.

Neft VƏ QAZ YATAQLARININ İşlənməsİ və İstİsmarI
reservoir and petroleum  engineering

B.Ə.Süleymanov, F.S.İsmayılov, O.A.Dışin, N.İ.Hüseynova

Neftin su ilə sıxışdırılması frontunun fraktal təhlili
 

Müntəzəm surətdə aparılan mədən ölçüləri əsasında neftin su ilə sıxışdırılması frontunun dəyişməsinin təhlili aparılmışdir. Frontunun dinamikasını təsvir edən parametrlər, o cümlədən: cərəyan və potensial funksiyaları, zaman ərzində dəyişən neft debiti, quyulardan hasil olunan və laya vurulan su həcmi, frontdan istismar quyularınadək əmələ gələn məsafənin təyini əsasında qurulan zaman sıralarının fraktal ölçüləri, hesablanmışdır. Hausdorf-Bezikoviç monofraktal ölçülərinin alınmasında boks-üsulundan, ümumiləşmiş Renyi fraktal ölçülərinin təyini isə - multifraktal fluktuasiya təhlili üsulundan istifadə edilmışdir. Alınan nəticələrin dinamikasının birgə təhlili sıxışdırma frontunun bir qərarda dəyişməsinin nəzarətdə saxlamaqla bərabər, su dilləri əmələ gəldikdə məqsədə uyğun olaraq onu təshih etmək imkanını verir.

B.A.Suleimanov, F.S.Ismayilov, O.A.Dyshin, N.I.Huseynova

Fractal analysis of oil - water displacement front

 

Frontal advance of water-oil displacement have been investigated on basis of regularly metered field data analysis. Parameters that specify front dynamics have been rated, namely: flow and potential functions, fractal grades for time series of values of oil flow rate, rate of produced and injected water, and minimum distance from displacement front up to exploitation well. Monofractal dimensions of Hausdorff-Besikovitsch were obtained by box-method, and generalized fractal dimensions of Renyi - on the basis of multifractal fluctuation analysis method (MFAM). Joint analysis of findings’ dynamics enables to control the regularity of frontal displacement advance, as well as its purposeful correction while identification of lateral coning.

M.T.Abasov, R.Y.Əliyarov, Q.İ.Cəlalov, R.A.Ramazanov

İşlənmənin sonuncu mərhələsində nisbi faza keçiriciliklərinin dəyişməsinin qiymətləndirilməsi haqqında

 

Kollektor süxurlarının struktur xassələrindən, məsaməlilikdən, doyumluluqdan və effektiv təzyiqdən asılılığını nəzərə alaraq nisbi faza keçiriciliklərinin təyininin analitik modeli alınmışdır. Bu model neft yataqlarının işlənməsi zamanı nisbi faza keçiriciliklərinin dəyişməsinin qiymətləndirilməsinə imkan verir.

M.T.Abasov, R.Y.Aliyarov, G.I.Jalalov, R.A.Ramazanov

An estimation of relative permeability changes at the later stages of development

 

An analytical model is derived, describing the dependence of relative permeability from the parameters defining structural features of pore space, porosity, saturation and effective pressure, which permits an evaluation of relative permeability change of oil reservoirs during development.

M.A.Camalbəyov
Mədən məlumatlarına görə deformasiyalı layların kollektor xüsusiyyətlərinin təyinetmə metodikası

 

Məqalədə quyunun mədən tədqiqatı məlumatlarına əsasən layın keçiriciliyinin təzyiqdən asılılıq xarakteristikası və onun başlanğıc qiymətinin təyini metodikası təklif olunur. Məsələ fazaların real xüsusiyyətlərini və fazalar arasında kütlə mübadiləsini nəzərə almaqla iki fazalı iki komponentli süzülmə prosesi üçün həll edilmişdir. Bu da alınan həllin qaz-kondensat və yüngül neft yataqlarına tətbiq edilməsinə imkan verir. Təklif olunan üsul analoji üsullardan daha az mədən ölçmələri tələb etməsi ilə fərqlənir.

M.A.Jamalbeyov

The technique for definition of filtration characteristics of deformable formation by interpretation of field-test data

 

This article presents an algorithm for interpretation of reservoir data to determining the original value of permeability as well as the time dependent change in permeability profile. The flow of twophase, two-component mixtures in compressible formation is considered. Real properties of phases and mass transfer between them are thus considered. The technique presented in the article requires less data and it may be applied to define initial value and changing characteristics of gas-condensate (oil and light oil) formation permeability.

R.A.Qasımov, İ.Y.Şıxəliyev

Effektiv texnologiyaların tətbiqi hesabına neft və qaz quyularının istismarının etibarlılığının yüksəldilməsi
 

Neft, qaz və qazkondensat yataqları mürəkkəb geoloji və iqlim şəraitində istismar olunurlar. Bunların əksəriyyəti işlənmənin son mərhələsindədir. Yenidən işlənən yataqların çoxu istismarın başlanğıcında mürəkkəbləşmələrlə xarakterizə olunur (məsələn, mənimsənilmə çətinlikləri və ya quyularda kəmərarxası axınların olması). Geoloji və iqlim səbəblərindən başqa, əksər vaxt quyuların qazılması və tamamlanması işlərinin keyfiyyətsiz aparılasını qeyd etmək olar ki, bunlarda öz növbəsində gələcəkdə istismar etibarlılığına və davamlılığına təsir edir. Təmir-bərpa işlərinin aparılması üçün vacib təbdirlər kompleksinin təyin edilməsi məqsədilə yaranan mürəkkəbləşmələrin vaxtlı-vaxtında diaqnostikası və quyuların işçi parametrlərinə elmi cəhətdən əsaslandırılmış nəzarət üsulların tətbiqi quyuların istismar etibarlılığının artırılmasında böyük əhəmiyyət kəsb edir.

R.A.Gasumov, I.Yu.Shikhaliyev

Oil and gas fields operation reliability increase owing to use of efficient technology
 

Oil, gas and condensate fields are being developed and operated in complicated mountain and geological conditions. Most of these fields are in the final stages of development. Many new fields being developed are characterized by complications at the beginning of operation (for example, difficulties of development or existence of inter-zone cross-flow in wells). Apart from geological and climatic causes often sub-optimal drilling and completion of wells is leads to further deterioration of operational reliability and durability work. The use of scientifically based methods of well operation control and the timely diagnosis of complications as they appear, offers the prospect for determination of the required complex repair measures and renewal operations.


M.Ə.Mürsəlova, İ.K.Əhmədova, N.B.Nuriyev
Neftçıxarma prosesləri üçün kompleks inhibitorların tərkibində naftenatların tədqiqi

 

Məqalədə istismarın son mərhələsində olan obyektlərdə çoxfunksiyalı inhibitorların istifadəsinin məqsədəuyğunluğu əsaslandırılmışdır. BNEZ-də istehsal olunan naftenatların səthi-aktiv, islatma, emulsiya əmələ gətirmə və qoruma xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, spirtlərə naftenatların əlavə olunması zamanı tarazlıq hidrat əmələgəlmə temperaturu depressiyasının artması mümkündür. Müəyyən olunmuşdur ki, sulaşmış neftlərdə naftenatlar duz və parafin çökmələrindən qoruma təsiri göstərir, çıxarılan neftlərin özlülüyünü azaldır.

M.A.Mursalova, I.K.Akhmedova, N.B.Nuriyev

Study of naphthenates in composition of complex inhibitor for oil production processes

 

The benefits of multi purpose use of inhibitors for late stage oil filed operations is explained in the article. Surfactant-active, wettable, emulsifying and protective properties of naphthenates obtained at Baku (oil) refinery are studied. The possibility of hydro-formation equilibrium temperature depression increase with the addition of naphthenates to alcohol is demonstrated. It is established that in water cut oil naphthenates show salt and paraffin deposits protective properties and decreased viscosity of the produced oil.

NEFTİN VƏ QAZIN NƏQLİ, SAXLANMASI
TRANSPORTATION, STORAGE OF OIL AND GAS

Q.Q.İsmayılov, N.M.Səfərov, S.T.Əliyev, H.İ.Həsənov

Su-neft emulsiyalarının sulaşma dərəcəsinin axının hidravlik xarakteristikasına təsiri barədə

 

Məqalədə müəlliflər tərəfindən "Muradxanlı" yatağından götürülmüş müxtəlif dərəcədə sulaşmış neftlər əsasında hazırlanmış su-neft emulsiyalarının β sulaşma dərəcəsinin axının hidravlik xarakteristikasına təsiri öyrənilmişdir. Aparılmış qrafoanalitik tədqiqatlar əsasında müəyyən edilmişdir ki, sulaşma dərəcəsinin su-neft emulsiyalarının hidravlik xarakteristikasına təsiri böyükdür və su ilə doyma dərəcəsindən çox asılıdır. Nəqletmə xassələrinin tənzimlənməsi və nəql zamanı enerji xərclərinin azaldılması üçün bu amillərin nəzərə alınması vacibdir.

G.G.Ismayilov, N.M.Safarov, S.T.Aliyev, H.I.Hasanov

Concerning the influence of degree flooding on hydraulic characteristics of the stream of water-oil emulsions

 

Based upon reoviscosimetric data of oil with water, taken from "Muradkhanly" oilfields, the authors of the authors have studied the influence of degree flooding on the hydraulic characteristics of the water-oil emulsion streams. On the basis of graphical analysis it has been determined that there is a strong influence influence of the degree of flooding on the hydraulic characteristics of water-oil emulsions via the water content, which needs to be taken into account for regulating the transport properties and decrease in power requirement. The results of this research can be applied to forecasting emulsion behaviour, and also for increasing the efficiency of technologically processes in production, transportation and processing of anomalously viscous oils and water-oil systems.

neft və qazın emalı
REFINING OIL AND GAS

R.Ə.Əşrəfov, A.S.Quliyev, V.K.Aleksandrov

Müasir ekoloji təmiz yüksəkoktanlı avtomobil benzinlərinə olan tələblər

 

Avtomobil benzininin dünya üzrə istehsalında nəinki onların istismar, həmçinin ekoloji xarakteristikasının yaxşılaşmasına daimi meyl müşahidə edilir. Bununla yanaşı, nəinki beynəlxalq, eyni zamanda ölkə standartı da yaxşılaşır, onun tərkibində benzolun, aromatik və olefin karbohidrogenlərinin miqdarı nəzərə çarpacaq dərəcədə məhdudlaşır, detanasiya davamlılığına qoyulan təlabat artır. Azərbaycanda və digər MDB ölkələrində avrostandart üzrə avtobenzinə keçmək və etilləşdirilmiş benzinin buraxılışını dayandırmaq üzrə proqram qəbul olunub və reallaşdırılır. Bu proqramın əsas istiqamətini MDB-də benzin fondunun strukturunun dəyişdirilməsi təşkil edir ki, bu da onda yüksək oktan ədədli komponentlərin və oksigen saxlayan qatqıların artması ilə əlaqədardır. Ekoloji təlabatları təmin etmək üçün avrostandartın avtobenzinin tərkibində kükürd, benzol və olefin karbohidrogenlərinin miqdarını azaltması vacibdir. Bu isə reforminq və naftanın hidrotəmizlənməsi qurğularının təkmilləşdirilməsini və eyni zamanda onun xammalına qoyulan təlabatın azalmasını təmin edir. Avtobenzin həcminin avrostandart üzrə artırılması üçün MDB zavodlarında alkilləşmə və MTBE-nin istehsalı qurğularının tikilməsi və işə salınması vacibdir. Bundan əlavə avtobenzin istehsalına aşqar və qatqıların daxil edilməsini artırmaq mütləqdir.

R.A.Ashrafov, A.S.Guliyev, V.K.Alexandrov

Requirements to modern environmentally safe high-octane motor gasolines

In world production of automobile gasolines the constant toughening tendency is observed not only in their operational, but also ecological characteristics. Thus not only the international and domestic standards become tougher, but also their benzene, aromatic and olefin hydrocarbons composition is essentially limited and requirements to detonation firmness raise. In Azerbaijan and other CIS countries the program of transition to autogasolines on European standards and the release termination ethylized gasolines has been accepted and realized. The basic direction of this program is changing the structure of petrol fund in the CIS, connected with increasing of components with high octane level and oxygen-containing additives in it. For maintenance of ecological requirements of European standards it is important to decrease sulphur, benzene and olefin hydrocarbons composition in autogasolines. And that is provided with modernization of reforming and naphtha hydroclearing plants, and also requirement toughenings to their raw materials is necessary. For increase in volumes of autogasolines on European standards it is important to build and input alkylation and manufacture MTBE plants at factories of the CIS. Further, it is necessary to increase involving additives in the manufacture of autogasolines.