X Ü L A S Ə L Ə RИ - A B S T R A C T SИ

Neft - qaz yataqlarının geologİyası, GEOFİZİKASI VƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ-oil and gas fields exploration, geology and geophysic

B.B.Xibasov, N.S.Şilanov

"Pridorojnoe" yatağının 12 saylı axtarış quyusunun məlumatları əsasında mürəkkəb quruluşlu trias komleksi kollektorlarının həcm-süzülmə xüsusiyyətləri

 

Son illərdə süxurların süzülmə-həcm laboratoriya tədqiqatları litologiya, açıq məsaməlilik, keçiricilik və mineroloji sıxlığın müəyyənləşdirilməsi ilə məhdudlaşır, bu zaman kollektorların boşluq fəzası strukturunun xüsusiyyətləri nəzərə alınmır. Kollektorların həcm-süzülmə xüsusiyyətlərinin boşluq fəzası quruluşunun morfoloji xüsusiyyətlərin müəyyənləşdirilməsi ilə hərtərəfli öyrənilməsi zərurəti "Pridorojnoe" yatağı kerninin kompleks laboratoriya tədqiqatı prosesində yaranıb.

 

B.B.Khibasov, N.S.Shilanov
Capacitive-filtrational properties of complex reservoirs of triassic complex according to the data of exploratory well № 12 of "Pridorozhnoye" field

 

During the last years laboratory investigations of productive properties of rocks have been limited to the determination of lithology, open porosity, permeability and mineralogical density, at the same time the structural features of cavitated space of reservoirs are not taken into consideration. The necessity for a detailed study of productivity of reservoirs with the determination of morphological features of cavitated space structure became apparent in the process of a complex laboratory investigation of the core sample from "Pridorozhnoye" field.

Y.V.Tokareva

"Arman" yatağı məhsuldar çöküntülərinin quruluş xüsusiyyətləri

 

Hazırki məqalədə "Arman" neft-qaz yatağının məhsuldar qatının mürəkkəb blok quruluşu nəzərdən keçirilir. Yataq üzrə yeni məlumatlar müəllif tərəfindən icraçılarından biri olduğu Arman yatağının ilkin neft və qaz ehtiyatlarının yenidən hesablanması işində iştirak zamanı təhlil edilmişdir.Yura sistemi çöküntüləri orta triasın eroziya səthi üzərində yatırlar və orta yuranın bayos və bat mərtəbələri ilə təmsil olunmuşlar. Litoloji cəhətdən onlar qumlu-gilli süxurlardan ibarətdir. Qumdaşları boz, tünd boz, polimiktdirlər. Gillər bitki tullantıları daxil olmaqla tünd boz, slyudalı, alevritlidirlər. Məhsuldar qatın əsas hissəsi bu çöküntülərlə bağlıdır. Yura çöküntüləri paçkasının qalınlığı 490-520 m-dir.

 

Y.V.Tokareva
Structural features of productive depositions in "Arman" field

 

This article deals with the complex block structure of pay thickness in "Arman" oil-and-gas field. The new data on the field were analyzed by the author during active participation in the work on recalculation of initial reserves of oil and gas in Arman field. The deposition of Jurassic systems occurs on an erosional surface of middle Triassic and are presented with non-segmented Bajocian and Bathonian stages of Middle Jurassic. Lithologically -they consist of sandy and clay rocks. Sandstones are grey, dark-grey, polymiсtic. Clays are dark-grey, micaceous, and silty, with inclusions of plant residues. The main part of the field pay thickness is connected with these depositions. The thickness of Jurassic depositions unit is 490-520 m.

N.S.Şilanov, B.B.Hibasov, K.S.Baytenov
Yeni quyular üzrə karotaj materiallarının interpretasiya xüsusiyyətləri

 

Bu məqalənin əsas nəzəri əhəmiyyəti kollektorların vəziyyəti və quyuların istismarı prosesində kollektorların məruz qaldığı dəyişikliklər haqqında etibarlı informasiya əldə edilməsi hesabına quyulardakı kollektorların filtrasiya həcm xüsusiyyətlərinin (FHX) müəyyənləşdirilməsinin səhihliyini artırmağın zəruriliyindən ibarətdir. Son zamanlar Manqışlağın, demək olar ki, bütün yataqlarında hasil edilən məhsulun sulaşmasının artması qeyd olunur, bu da öz növbəsində petrofiziki parametrlərin – həcmi gillilik əmsalı, effektiv məsaməlilik, ilkin və cari neftlədoymanın – müəyyənləşdirilməsində səhihliyi azaldır.


N.S.Shilan
ov, B.B.Khibasov, K.S.Baytenov

Features of interpretation of logging data on new wells

The main theoretical value of the article is the necessity to increase the reliability of determination of productivity of reservoirs in wells at the expense of obtaining reliable data about the state and the changes that occur in reservoirs during their operation. Recently, practically in all fields of Mangyshlak an increase of produced water has become evident, which complicates the reliability of determination of petrophysical parameters: factors of volume shaliness, effective porosity, and initial and current oil saturation.

Ş.X.Axundov
Kür çökəkliyində mürəkkəb quruluşlu (tektonik-ekranlaşmış) karbohidrogen yataqlarının axtarış perspektivliliyi

 

Kür çökəkliyi Azərbaycanın kiçik ölçülü, mürəkkəb quruluşlu (qeyri-antiklinal) karbohıdrogen (KH) tələləri üçün axtarış-kəşfiyyat qazımasının qoyulması üçün ən perspektivli regionlardan biridir. Kür çökəkliyinin sahələri
üzrə qazıma ilə öyrənilmiş məlumatların təhlili göstərdi ki, aşkar olunmuş KH yataqları əksər hallarda tektonikekranlaşmış tələlərlə özünü biruzə verir. Tektonik-ekranlaşmış tələlərin mürəkkəb quruluşu və kəskin litofasial dəyişkinliyi onların məqsədyönlü axtarışları üçün çətinliklər yaradır. Yuxarıda göstərilmiş tələlərə axtarış işlərinin əsaslandırılması üçün, tək seysmik məlumatlara görə müasir strukturun təhlili kifayət deyil. Paleotektonik tədqiqatların aparılması tələb olunur. Bu cür işlər seysmik kəşfiyyat nəticələrini tamamlayır, mürəkkəb quruluşlu tələlərin formalaşmasının mümkün sahələrini ayırmağa imkan verır. Regionun geoloji inkişafının xarakterinin təyin edilməsi, generasiya və miqrasiya şəraiti ilə müqayisəsi perspektiv sahələri ayırmağa, axtarış quyusunun qoyulması yerini konkretləşdirməyə imkan verir. Bununla əlaqədar olaraq, təklif olunan qazma ilə öyrənilməmiş və ya az öyrənilmiş sahələrdə axtarış quyularının yerləşdirilməsi sxemi axtarış işlərinin effektivliyini təmin edəcək.


Sh.H.Akhundov

The perspectives prospecting complicatedly structured (non-anticlinal) oil-qas deposits in the Basins of Kura

The Kura inter-mountain trough is one of the regions of Azerbaijan which is the most prosective for drilling on small hydrocarbon reservoirs with complicated structures (non-anticlinal). A short description of the geological structure and oil-gas content of various regions are given in separat areas of the Kura depression. Analysis of existing data from drilling of the Kura depression areas showed that deposits in the most cases represent tectonic-shielding traps. The composite structure and the sharp lithofacial changeаbility of the tectonic traps creates dedicated for their searches. Explanation of the search on the basis of analysis of the new structure by seismology data in our opinion is not sufficient. It is necessary to perform paleotectonic research that amplify seismology results. Determination of structuration time, region progress character and comparison with conditions of generation and migration let to separate the perspective areas for arrangement of the prospect drilling and to finalise the location of the wildcat well. In connection with it suggested scheme of wildcat wells placement on the unknown and insufficiently to guarantee efficiency of the searching works.

A.R.Sabirova

Neft-qaz yatağında yeraltı suların istismar ehtiyatlarının və utilizasiya quyularının ləğv edilməsi zamanı zərərli maddə tullantılarının qiymətləndirilməsi

 

Ətraf mühitə nəzarətin ən geniş yayılmış formalarından biri ekoloji monitorinq, yəni ətraf mühitdə baş verən proses və hadisələrin parametrlərinin dəyişməsinin izlənilməsidir. MDB çərçivəsində iş proqramlarını, o cümlədən MDB iştirakçı-dövlətlərinin ərazisində elmi-texniki ekoloji monitorinq proqramının yaradılması və inkişafını; dövlətlərarası ekoloji informasiya sisteminin formalaşdırılmasını nəzərdə tutan Dövlətlərarası ekoloji şura fəaliyyət göstərir. Problemin həllinin əsas istiqaməti – müasir elmi nailiyyətlər, o cümlədən informasiya texnologiyaları əsasında ətraf mühitin keyfiyyətinin monitorinqi və idarəedilməsinin avtomatlaşdırılmış sisteminin yaradılmasıdır.


A.R.Sabirova

Estimation of useful ground water storage and pollutant emissions at abandonment of water wells in an oil-and-gas field

One of the most general forms of environment control is an ecological monitoring i.e. monitoring of change of parameters of environment processes and phenomena. Within the framework of CIS there is an Interstate ecological council that designed the programs of work including: the design of interstate scientific and technical program of generation and development of ecological monitoring in the territory of member states of CIS; the forming of interstate ecological information system. The main direction of problem solving is the generation of automated systems of monitoring and management of environmental quality based on modern scientific achievements including information technology [1].

Neft VƏ QAZ YATAQLARININ İşlənməsİ və İstİsmarI-
reservoir and petroleum  engineering

А.Ə.Süleymanov, М.R.Məmmədzadə

Fenomenoloji modellərin neft yataqlarının işlənməsi proseslərinin proqnozlaşdırılmasında tətbiqi

 

Məqalədə neftqazçıxarmanın modelləşdirilməsində ilkin məlumat kimi istifadə olunan informasiya massivinin dəqiq təyin olunması üçün əsas texnoloji göstəricilərin dinamik təhlilinin tətbiqi təklif olunur (entropiya, Cini əmsalı, korrelyasiya və fraktal təhlil və b.). Karbohidrogenlərin çıxarıla bilən həcmlərinin qiymətləndirilməsinin təklif olunan metodoloji əsasları neftin məsaməli mühitdən su ilə sıxışdırılması üzrə laboratoriya eksperimental tədqiqatlarının nəticələrinin və "Neft Daşları" yatağının işlənməsinin texnoloji göstəricilərinin təhlilində tətbiq olunmuşdur.


А.А.Suleymanov, М.R.Mamedzade

Application of phenomenological models in oilfield production forecasting

In the article the reliable determination of information collection which is used in oil and gas production modeling, it is proposed to apply a dynamic analysis of primary technological measures. Fundamental methodologies for evaluation of recovered volumes of hydrocarbons were introduced and applied during the analysis of results of laboratory experiments on displacement of oil from porous medium with water and by primary technological measures in the "Neft Dashlari" oilfield development. The approach developed permits the collection of reliable predicted values of recoverable volumes of hydrocarbons with consideration of transient processes in formation system and also to make reasoned decision in management and selection of strategy in oil and gas field development.

M.A.Nuqiyev

Jetıbay qrupu trias çöküntülərinin peyk yataqlarının işlənmə xüsusiyyətləri

 

Jetıbay qrupunun tərkibinə 13 peyk yatağı daxildir. Bunlar - "Asar", "Cənubi Jetıbay", "Şərqi Jetıbay", "Burmaşa", "Bekturlı", "Ayrantıkar", "Pridorojnoe", "Alatubə", "Atambay-Sartubə", "Aşıağar", "Şimali Karagie", "Şimali Akkar" və "Oymaşa"-dır. Trias çöküntüləri ilə əlaqəli olan yataqlar bunlardır: "Pridorojnoe", "Alatubə", "Atambay-Sartubə", "Aşıağar", "Şimali Karagie" və "Şimali Akkar". Bu yataqlarda daha çox rast gələn problemlər aşağıdakılardır:

  • laya və quyudibi zonaya təsir üsulları üzrə tədbirlərin yerinə yetirilməməsi (vurucu agent, suvurmanın həcmi, yerinə yetirilmə müddəti);

  • layihə neftvermə əmsalının azalması;

  • iki və daha çox işlənmə obyektinin birləşdirilməsi;

  • quyuların istismara daxil edilməsi və istismardan çıxması ardıcıllığının dəyişdirilməsi.

M.A.Nugiyev

Features of development of satellite fields of triassic depositions of Zhetybayskaya group

The Zhetybayskaya group consists of 13 satellite fields. They are "Asar", "Southern Zhetybay", "Eastern Zhetybay", "Burmasha", "Bekturly", "Ayrantakyr", "Pridorozhnoye", "Alatyube", "Atambay-Sartyube", "Aşiagar", "Northern Karagiye", "Northern Akkar" and "Oymasha". The fields connected with Triassic depositions are the following: "Pridorozhnoye", "Alatyube", "Atambay-Sartyube", "Aşiagar", "Northern Karagiye" and "Northern Akkar". The most frequently met problems in these fields are:

  • non-fulfillment of measures on methods of formation stimulation and bottom-hole zone treatment (injection agent, pumping volumes, time of performance);

  • reduction of projected oil recovery factor;

  • combination of two and more development facilities;

  • changes to procedures for commissioning and decommissioning wells.

 

A.M.Qasımlı, Ə.Ə.Abduyev, S.C.Rzayeva, X.H.Hüseynova, Ə.Ə.Rza-zadə

Bibiheybət yatağında mikrobioloji təsir üsulunun tətbiqi

 

Neftverimini artıran yüksək səmərəli metodlardan biri neft laylarına mikrobioloji üsulla təsiretmədir. Bu üsulun üstünlüyü onun ekoloji cəhətdən təhlükəsizliyi, kapital qoyuluşunun olmaması və istifadə olunan reagentlərin ucuzluğudur. O, lay mikroflorasının və eyni zamanda vurulan bioreagentlərin mikroorqanizmlərinin həyat fəaliyyətinin canlandırılmasına əsaslanır. ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunda süd zərdabı, fəal lil, melas kimi kultural maye və onların kompozisiyalarına əsaslanan mikrobioloji təsir üsullarının bir neçə növü işlənilib və tətbiq olunur. Məqalədə "Bibiheybət" yatağının timsalında 2003-cü ildə başlayan və hazırkı zamanadək davam edən biokompozisiyaların vurulmasının nəticələri verilmişdir. Burada biotexnologiyanın keçirilməsi məqsədilə V və X lay dəstələrinə məxsus olan iki sahə seçilmişdir. Təsirin qiymətləndirilməsi məqsədilə neft və suyun dinamikalarından və hasiledici quyulardan götürülmüş nümunələrin fiziki-kimyəvi tədqiqinin müqayisələrindən istifadə olunmuşdur. "Bibiheybət" yatağının sahələrinin istismar göstəricilərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, bütün müddət ərzində laylara 810 ton kultural maye vurulmuş və metod hesabına 6331 ton neft hasil olunmuş, texnoloji səmərə 7.8 tona/ton təşkil etmişdir, yəni vurulan 1 ton bioreagent əvəzinə 7.8 dəfə artıq neft hasil olunmuşdur. Bu, prosesin uğurlu keçməsinə dəlalət edir. Tətbiq meyarlarına uyğun olaraq üsulun genişmiqyaslı tətbiqi tövsiyə olunur.


A.M.Gasymly, A.A.Abduev, S.D.Rzaeva, Kh.G.Guseynova, A.A.Rza-zade

Application of a microbiological method of stimulation on "Bibiheybat" oilfield
 

One highly effective method of increase of oil recovery is microbiological bed stimulation. An advantage of this method is ecological safety, absence of capital expense and cheapness of the used reagents. It is based on the activation of life activity of bed microflora, and also microorganisms of injected bio reagents. In the "OilCasScientificResearchProject" Institute SOCAR several kinds of microbiological stimulations are developed and introduced based on the use of culture fluids including (dairy) whey, an activated sludge, molasses and their compositions. In the article as an example of "Bibiheybat" oilfield the results of injection of bio compositions are shown, begun since 2003 and lasting until present time. Here, 2 facilities have been chosen for conducting of biotechnologies appropriate to the horizons V and X. The dynamics of oil output and water discharge were used for estimation of stimulation and also comparative analysis of samples obtained from producing well. The performance analysis of "Bibiheybat" oilfields has revealed that for all period sequentially 810 t of culture fluid have been injected and at the expense of the method 6331 t of oil have been produced. As a result technological efficiency has made 7.8 t/t that means – for each 1 ton of spent bio reagent 7.8 times more oil were produced. It indicates a success of the conducted process. In accordance with the criteria of applicability the method is recommended for large-scale use.

E.M.Babazadə

Qum təzahürünə nəzarətin həyata keçirilməsində intellektual quyuların rolu
 

İntellektual quyu texnologiyasından istifadənin aktuallığı əvvəllər yerli mətbuatda müzakirə edilmişdir. Azərbaycan üçün intellektual quyu konsepsiyası yeni deyil, lakin bu, yaxın vaxtlara qədər öz tətbiqini tapmamışdır. İntellektual quyuların tikintisi, əsasən, 90-cı illərin ortalarında imzalanmış əsrin müqaviləsi çərçivəsində beynəlxalq neft şirkətləri konsorsiumu tərəfindən işlədilən dəniz yataqlarında həyata keçirilir. Quyunun işinin və layın dinamik göstəricilərini ölçməyə, həmçinin onlayn rejimdə bir neçə kollektorun tamamlanması şəraitində işlənmə zamanı axının həcminə nəzarət etməyə imkan verən dərinlik ötürücüləri, klapanları və s. ilə təchiz edilmiş istənilən quyu intellektual quyu adlanır.


E.M.Babazade

Role of intelligent wells in sand control process

 

The practical necessity for use of intelligent well technologies has been previously discussed in literature. The concept of intelligent wells is not completely new for Azerbaijan, however it had not been widely applied until recent time. The construction of intelligent wells is mainly carried out in offshore fields operated by international consortium of oil companies within the Contract of the Century. An intelligent well is one which is equipped with downhole gauges, valves, etc, which allow making measurements of well performance indicators, as well as controlling the flow during well operation in case of injecting/producing from multilayer system in a real time environment.

Y.Ə.Zeynalzadə

Rəqabətli sistemlərin qarşılıqlı təsirini nəzərə almaqla neftçıxarmada dinamik modelləşdirmə

 

İşdə neftçıxarma prosesini təsvir etmək üçün neft hasilatının, məhsulun sulaşmasının, həmçinin suvurma səviyyəsinin qarşılıqlı təsirini nəzərə alan dinamiki modelə baxılır. Dinamik modeldən istifadə olunmaqla, sistemin parametrlərinin sıçrayışlı dəyişməsi zamanı üzə çıxan təzahürlər tədqiq edilmişdir. Neftçıxarmanın əsas göstəricilərinin proqnozunda, neft-qaz yataqlarının işlənməsi prosesində səmərəliliyinin yüksəldilməsi üçün lay təzyiqinin saxlanması strategiyasının seçilməsində nəticələrindən istifadə edilə bilən təhlillər təqdim edilmişdir. Su və neft hasilatını təsvir edən təklif olunan riyazi modeldən istifadə etməklə "Forties" yatağının istismarının təhlili verilmişdir. Göstərilmişdir ki, təklif edilən model və hesabat metodikası keçid proseslərini qabaqcadan müəyyənləşdirmək və yataqların işlənməsi prosesini tənzimləmək üzrə vaxtlı qərarların qəbul edilməsi imkanını yaradır. Aparılan tədqiqatların nəticələri neftçıxarmanın əsas göstəricilərinin proqnozunda və neftqaz yataqlarının işlənməsi prosesinin səmərəliliyinin yüksəldilməsi üçün lay təzyiqinin saxlanması strategiyasının seçilməsində istifadə oluna bilər.


Y.A.Zeynalzade

Dynamic modelling of oil production considering competing systems interactions

 

This paper reviews a dynamic model to describe oil production process, which accounts for the interaction between oil recovery, water cut and water injection volumes. It uses a dynamic model of oil production, and investigates the phenomena, which are manifested in abrupt changes in system behaviour. Results of the analysis can be considered during predicting key indicators of hydrocarbon production and during the selection of formation pressure support strategy in order to improve efficiency of hydrocarbon reservoir development. Analysis of the "Forties" oilfield has been carried out using the proposed mathematical model, which describes process of oil and water production. It has been demonstrated that the proposed model and the calculation method allow early prediction of transitional processes and by doing so create an opportunity toperform timely adjustments to the field development procedures. The results of these studies can be used in predicting the key indicators of oilfield development, and during the selection of formation pressure support strategy in order to improve the efficiency of hydrocarbon reservoirs’ development.

A.J.Abitova

Qərbi Qazaxıstan yataqlarının bəzi qeyri-nyuton neftlərinin reoloji xüsusiyyətləri

 

Hal-hazırda müəyyən edilmişdir ki, Qərbi Qazaxıstanın bir çox yataqlarının, tərkibində çox miqdarda yüksək molekullu birləşmələr olan neftləri, müəyyən temperatur intervalında geniş spektrdə qeyri-nyuton xüsusiyyətlərlə xarakterizə olunan mürəkkəb reoloji parametrlərə malikdirlər. Məhsuldar horizontlarının qeyri-qənaətbəxş kollektor xüsusiyyətləri ilə çətinləşən "Uzen" yatağını Qərbi Qazaxıstanın mürəkkəb reoloji xüsusiyyələrə malik daha səciyyəvi yataqlarına aid etmək olar.

A.Zh.Abitova

Rheological features of certain non-newtonian oils of Western Kazakhstan fields

At present it is considered to be determined that oils of many Western Kazakhstan fields with a high content of high-molecular compounds have complex rheological parameters that are at a certain temperature interval characterized with a wide range of non-Newtonian properties. To one of the most characteristic fields of Western Kazakhstan with complex rheological properties of oils can be referred Uzen field aggravated with unfavorable properties of producing horizons reservoirs.

Q.İ.Calalov, M.A.Dünyamalıyev

Müxtəlif nüvələrə malik sürüncəkli mühitlərdə mayenin süzülməsinin riyazi modelləşdirilməsi

 

İşdə müxtəlif nüvələrə malik sürüncəkli mühitlərdə mayenin quyuya axını məsələsinin həllinə baxılmışdır. Alınmış həllər əsasında aparılmış ədədi hesabatların müqayisəli analizi ilə göstərilmişdir ki, hər bir konkret baxılan variantda sürüncəkliyi xarakterizə edən parametrlərin ədədi qiyməti eksperiment yolu ilə və yaxud tərs məsələlərin həlli ilə təyin edilməlidir.

G.I.Jalalov, M.A.Dunyamaliyev

Mathematical modeling of the fluid filtration in the media with different creepage kernels

The solution of the fluid flow to the well in a creeping considering different creep kernels is examined in the paper. Through the calculations it is figured out that while solving such problems parameters characterizing the creepage of a reservoir for each individual case should be determined experimentally or by the solution of inverse problems.

NEFTİN VƏ QAZIN NƏQLİ, SAXLANMASI-
TRANSPORTATION, STORAGE OF OIL AND GAS

V.Ə.Süleymanov, O.A.Bıçkova

Boru kəmərlərində az maye tərkibli xam qazın axınının yeni mexanistik modeli

 

Uzaq məsafəli dəniz boru kəmərlərində, az maye tərkibli xam qazın axını rejimlərinin nəzəri və təcrübi tədqiqatların nəticələrinin ümumiləşdirilməsi əsasında, axının əsas parametrlərinin təyin ediməsi metodikası işlənmişdir. Verilmiş metodika, Taytel – Dakler metodikasının təkmilləşdirilməsi və ondakı fazalar bölməsi səthində hidravlik müqavimət əmsalının nəzərə alınmasına əsaslanmışdır. Bundan başqa, nəzərdən keçirilən ikifazalı sistemlər üçün təbəqələnmiş dalğa rejiminin dispers və tıxac rejimlərinə keçid sərhədlərinin təyin edilməsi üçün kriteriyalar işlənmişdir. Təqdim edilən metodika layihələndirilən Ştokmanov QKY – sahil qaz boru kəməri nümunəsində təsdiq edilmişdir.

V.A.Suleymanov, O.A.Bychkova

New Mechanistic Model for Gas Flow with Small Liquid Rates in Pipelines

 

Summarizing of results of theoretical and experimental researches allow to create the method of determination of basic parameters of gas flow with low quantity of liquid in offshore pipelines is presented. This method is based on improved method of Taital and Duckler and taking into account the interface friction factor. Besides, criterions for determination of flow pattern change from stratified to homogeneous and slug flow are presented. The method was tested on the design of the transportation system from the Shtokman gas condensate field to shore.

KOMPÜTER MÜHƏNDİSLİYİ--
Computer -AIDED eng InEering

Y.A.İzyumova, A.V.Fedoseyev

Üfüqi quyuların qazılmasında etibarlılığın yüksəldilməsi üçün Paradigm texnologiyaları
 

Məqalə, üfüqi tamamlanan maili istiqamətlənmiş quyuların geonaviqasiyası üçün Real Time Geosteering (RTG) texnologiyasına həsr olunub. Real Time Geosteering (RTG) texnologiyası Paradigm şirkətinin Geolog Geosteer proqram təminatında realizə edilib. Geolog Geosteer paketi Paradigm-in digər – Sysdrill (quyuların layihələndirilməsi paketi) və GOCAD (geoloji modelləşdirmə mühiti) kimi təminatlar ilə etibarlı inteqrasiya olunub. Məqalədə geonaviqasiya modelinin yaradılmasının əsas prinsipləri nəzərdən keçirilir. Geonaviqasiyanın real zaman rejimində praktiki tətbiqi nümunələri göstərilmişdir.

E.A.Izyumova, A.V.Fedoseyev

Paradigm technologies for rellability improvement of horizontal wells drilling

 

The article deals with the Real Time Geosteering technology for geonavigation of directional wells with a horizontal completion. The Real Time Geosteering (RTG) technology is realized in the software of Paradigm Geolog Geosteer Company. The Geolog Geosteer package is safely integrated with the other Paradigm applications such as Sysdrill (wells planning package) and GOCAD (geological modeling environment). The basic principles to generate a geonavigational model are considered in the article. The examples of a practical application of geonavigation modeling and real-time geonavigation are given.

fundamental elmİ tədqİqatlar-
fundamental scientific researches

K.D.F.Xoninq, U.A.Daker

Hidrofil hissəciklər üçün sürüşməsiz hidrodinamik sərhəd şərti

 

Biz, saxarozanın özlülü qatılaşdırılmış sulu məhlullarında (0.001 Pas < η < 0.090 Pas) hidrofil şüşə qabına tez zamanda yaxınlaşan və ya ondan uzaqlaşan (1 - 100 mkms-1) hamar hidrofil şüşə hissəciyinə təsir edən gücün ölçülməsi və şərhini veririk. Biz, belə qənaətə gəlirik ki, güc, hətta nisbi deformasiyanın 250000 s-1-ə qədər maksimal sürətlərdə belə sürüşmədən məhdud şərtlə Reynoldsun sürtülmə nəzəriyyəsi ilə dəqiq təsvir edilir. Xırda hissəciklərdə hidrodinamik güclərin daha erkən tədqiqatları ilə müqayisədə bölünmənin sönən dalğasının ölçülməsindən istifadə edərək qab - hissəciklərin tam bölünməsində qeyri-müəyyənliyi azaltmış oluruq.

C.D.F.Honig, W.A.Ducker

No-slip hydrodynamic boundary condition for hydrophilic particles*

We describe measurement and interpretation of the force acting on a smooth hydrophilic glass particle during rapid (1 – 100 mms-1) approach to, and separation from, a hydrophilic glass plate in viscous concentrated aqueous sucrose solutions (0:001 Pas < η < 0.090 Pas). We find that the force is accurately described by Reynolds lubrication theory with a no-slip boundary condition, even at maximum strain rates of up to 250 000 s-1. Compared to earlier studies of hydrodynamic forces on small particles, we reduce the uncertainty in the absolute particle-plate separation by using an evanescent-wave measurement of the separation.

 

* Reprinted with permission from Physical Review Leters 2007, 98, 028305. Copyright 2007 © American Physical Society. http://prl.aps.org/abstract/PRL/v98/i2/e028305