X Ü L A S Ə L Ə R - A B S T R A C T S

Neft - qaz yataqlarının geologİyası, GEOFİZİKASI VƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ
oil and gas fields exploration, geology and geophysic

A.A.Əhmət

"Atambay – Sartyube" yatağında 3D seysmik kəşfiyyat işlərinin aparılmasının əsaslandırılması

 

Seysmik texnologiyaların inkişafı, bilavasitə məhsuldar layların struktur planlarının daha ətraflı öyrənilməsinə imkan vermişdir. Qoyulan məsələlərin dəqiq və hərtərəfli həllinə görə bütün geofiziki üsullar arasında aparıcı rol yataqların geoloji quruluşunun müfəssəl öyrənilməsi vasitəsi kimi seysmik kəşfiyyat aparan MOГT-3D-nin üzərinə düşür. MOГT- 3D seysmik kəşfiyyat işlərinin müasir texniki və metodoloji səviyyədə aparılması, həmçinin seysmik materialların izahı prosesində dinamik, paleogeomorfoloji, paleotektonik analizlərin tətbiq edilməsi, yalnız geoloji quruluşa aid məlumatların tam əminliklə alınmasına imkan vermir, bu həm də çöküntü yığımı şərtlərinə görə ərazinin rayonlara bölünməsinə, geoloji kəsilişdə fasiyaların və layların kollektor xüsusiyyətlərinin yayılmasına aid proqnozların verilməsinə imkan yaradır. "Atambay-Sartyube" yatağında 3D seysmoloji kəşfiyyat işləri hələ ki aparılmamışdır. Bu işlərin aparılmasının vacibliyini göstərməzdən öncə yataq barədə qısa məlumat üzərində dayanaq.


A.A.Akhmet

Confirmation of a 3D seismographic work programme for the Atambai-Sartyube field

 

The development of seismic technologies has enabled a more detailed study of the structural definition of the producing formation. Because of thin-bed vertical resolution and the formation depth, the most promising geophysical method is the seismic survey MOGT-3D as means for detailed study of the geological structures of the reservoir. Carrying-out the MOGT-3D seismic survey using modern technical methods and practices as well as use of dynamic, paleo-geomorphological and paleotectonic analysis in the process of interpretation of the seismic data permits, with high degree of confidence, not only an interpretation of the geological structure but also to conduct zoning of the reservoir by sedimentological environment, to enable forecasts of facies extent and reservoir properties in the geological section. Seismic survey 3D works have not yet been carried out on the Atambai-Sartyube field. A brief description of the field is given before demonstrating the necessity for the execution of the planned programme.

 

A.A.Krupin

"Oymaşa" yatağının qranit intruziyasının neft-qazlılığı

 

Məqalə "Oymaşa" yatağını təşkil edən qranitoidlərini neft–qazlılığına, qeyri-ənənəvi kollektor və onlara aid edilən mürəkkəb quruluşlu obyektlərin formalaşması, axtarışı və kəşfiyyatı problemlərinə həsr edilmişdir. "Oymaşa" yatağının faktiki materiallarının, həmçinin dünyanın müxtəlif regionlarındakı analoji yataqlar üzrə ədəbiyyat mənbələrinin müqayisəsi və təhlili, məqalə müəllifinə Oymaşada kəşfiyyatın başa çatdırılması və Cənubi Manqışlaqda kəşfiyyat-axtarış işlərinin aparılması üzrə istiqamətləri müəyyən etmək imkanı vermişdir. Məqalə 3 hissədən ibarətdir: bunlardan birincisi yatağın geoloji quruluşuna, ikincisi dünyanın müxtəlif regionlarında qranitoidlərin neftli-qazlılığının analizinə, üçüncüsü isə "Oymaşa" yatağının qranit intruziyasının kəşfiyyatının başa çatdırılması və Cənubi Manqışlağın qonşu sahələrini təşkil edən süxurlarda karbohidrogen yataqlarının axtarışlarına həsr edilmişdir. Qazaxıstanın maraqlı yataqlarından biri olan "Oymaşa" yatağının geoloji quruluşuna aid yeni məlumatlar müəllif tərəfindən icraçılardan biri kimi karbohidrogen xammal yataqları ehtiyatlarının təkrar hesablanması yolu ilə görülən işlərlə əldə edilmişdir.


A.A.Krupin

The Oimasha field granitic intrusion oil and gas content

 

This article concerns the Oimasha field basement granitoids oil and gas content, problems of the formation, exploration and appraisal of unconventional types of reservoirs and dedicated multiconstructed facilities. Comparison and analysis of actual data from the Oimasha field, literary sources of analogous fields from different parts of the world allowed the author to formulate plans for further exploration of the Oimasha field and to carry out evaluation work on the Southern Mangyslak. The article consists of three parts. The first one is dedicated to a brief geological description of the field, the second to the analysis of basement (granitoids) oil and gas content of different regions of the world and the third to perspectives of supplementary exploration of granitic intrusion of the Oimasha field and hydrocarbon reservoir exploration in basement rocks in the contiguous areas of Southern-Mangyslak. New data concerning the geological description of the Oimasha field (one of the most interesting fields of Kazakhstan) concerning the calculation of hydrocarbon resource are presented.

 

QuyularIn qazIlmasI
WELL DRILLING

N.A.Bondarenko, V.A.Meçnik

Almaz-matrisa keçid zonası strukturunun İSM qazıma alətinin dağılmaya davamlılığına və istismar xüsusiyyətlərinə təsiri

 

20 – 1450 oC temperatur və 0.5 – 50 MРa təzyiq intervallarında qaynar presləmə yolu ilə alınmış almaz – BK6 bərk ərinti və CrB2 əlavəli almaz – BK6 bərk ərinti kompozitlərinin strukturunun yaranması xüsusiyyətləri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, adı çəkilən əlavə almaz – matrisa qarşılıqlı təsirindən alınan məhsullarda qeyri-almaz karbonun əmələ gəlməsinin qarşısını alır və kompozitin mexaniki xüsusiyyətlərini artırmaqla almaz hissəcikləri ətrafında narın dənəli bircinsli matrisa strukturunun yaranmasına səbəb olur. Alınan kompozitlər əsasında qazıma alətlərinin sınaq nümunələri hazırlanmışdır ki, bunların dağılmaya davamlılığı uyğun alətlərin analoji parametrlərindən əhəmiyyətli dərəcədə üstündür.

 

N.A.Bondarenko, V.A.Mechnik
The influence of transition areadiamond-matrix on wear resistance and operation propertiesof drilling tool produced by ISM

 

We have investigated the effect of CrB2 additive on the structural formation of diamond composite with WC-6Co hardmetal matrix obtained by hot pressing in the temperature range 20 - 1450 оC and pressure range 0.5 - 50 MPa. We have found that this additive prevents the formation of graphite during the reaction of diamond with hardmetal matrix and facilitates the formation of a fine-grained homogeneous structure of matrix material in the vicinity of diamond particles, with a simultaneous increase in the mechanical properties of the composite. The composite which is obtained has enabled the development of the drilling tools prototypes with wear resistance considerably exceeding that of commercially produced tools.

 

Neft VƏ QAZ YATAQLARININ İşlənməsİ və İstİsmarI

reservoir and petroleum  engineering

A.A.Nalyotova, A.V.Oleynik, P.A.Qlazunov, P.V.Şevelyov

X yatağı timsalında, qaz üzrə nisbi faza keçiriciliyi funksiyalarının qeyri-müəyyənliyinin işlənmə göstəricilərinə təsirinin qiymətləndirilməsi

 

X neftqazkondensat yatağının rəqəmsal filtrasiya modeli əsasında qaz-neft sistemində nisbi faza keçiciriliyi funksiyalarının verilməsində qeyri-müəyyənliliyinin işlənmə göstəricilərinə, məhz kənar nöqtələrinin – böhran qazladoyma və qalıq neftlədoymada nisbi faza keçiriciliyi göstəricilərinin, təsiri qiymətləndirilmişdir. Bu sahədə xətaların azaldılması və sonrakı tədqiqatların istiqamətləri üzrə metodik tövsiyələr verilmişdir.Yatağın işlənmə layihəsinin hazırlanması çoxsaylı qeyri-müəyyənliklərlə bağlıdır. Seysmik kəşfiyyat və kəşfiyyat-axtarış qazıma işlərindən iqtisadi hesablamalara qədər işlənmənin hər bir mərhələsi bir çox fərziyyələr, sadələşdirmələrdən ibarətdir. Yataqda qaz papağının olması debitlərə, iş vaxtına, quyuların drenaj sahələrinə və s. əlavə təsir göstərir. Bununla əlaqədar qeyri-müəyyənliklərin kəmiyyət qiyməti və onların işlənmənin iqtisadi göstəricilərinə təsiri layihələndirmədə vacib mərhələ sayılır. Hazırkı iş qaz papağı olan yataqların modelləşdirilməsi ilə əlaqədar, əsas qeyri-müəyyənliklərdən birinin nəzəri aspektlərinə və qiymətləndirilməsinə, "qaz-neft" sistemi üçün nisbi faza keçiriciliyi funksiyalarının rəqəmsal filtrasiya modelindəki məsələyə həsr edilmişdir.

 

A.A.Nalyotova, A.B.Oleinik, P.A.Glazunov, P.V.Shevelyov
Evaluation of effective relative phase permeability functions uncertainty on gas influence upon development factor on example of X field

 

Evaluation of the influence of uncertainty of relative permeability functions in a "gas-oil" system on development parameters and the influence of end points has been carried out on the basis of digital filtration model of oil-gas-condensate field values of critical gas saturation and relative permeability at residual oil saturation. Methodical recommendations are given on a methodology to decrease error and suggestions for further investigations in this subject. The preparation of a field development project has a substantial set of uncertainties. Each stage of development starting from seismic survey and exploration and appraisal drilling and ending with economic calculations, contains many assumptions and simplifications.The existence of a primary gas cap on the field influences production rates, the duration of work, well drainage areas, etc. A quantitative evaluation of uncertainties and their influence upon economic factors of development is significant step during the planning phase. This work concerns the theoretical aspects and evaluation of one of the main uncertainties connected with modelling of a field with gas cap using a digital filtration model of the relative permeability function for the "gas-oil" system.

 

Q.İ.Cəlalov, M.S.Aslanov

İstilik daşıyıcılarının vurulması zamanı çoxlaylı neft yataqlarında temperatur sahəsinin təyin edilməsi barədə

 

Hazırda neftçıxarma prosesinin yaxşılaşdırılması və layların neftveriminin artırılması üçün neft laylarına təsir edən müxtəlif süni istilik təsiri metodları işlənib hazırlanmışdır. Bunlardan biri - termik üsullardır. Neft laylarına istilik təsirinin müxtəlif məsələlərinin həlli üçün çoxsaylı müxtəlif xarakterli təcrübələr aparılmış və müəyyən edilmişdir ki, yüksək özlü neftlə doymuş, yaxşı keçiriciliyi olan laylara isti suyun vurulmasının tətbiq edilməsi ilə yüksək iqtisadi səmərəyə nail olmaq olar. Həmçinin hesablama və analitik metodlarla həll edilən və bu və ya digər quruluşlarda laylara istilik təsiri ilə bağlı məsələlərin müxtəlif aspektlərini analiz edən çoxsaylı müxtəlif nəzəri tədqiqatlar mövcuddur. Bununla bağlı çoxlaylılıqla xarakterizə edilən neft layının temperatur sahəsinin sadə analitik metodlarla işlənməsi aktual hesab edilir. Hazırkı işdə dəyişkən sərhəd şəraitində çoxlaylı neft yatağının temperatur sahəsinin təyin edilməsi məsələsinə baxılır.

 

G.I.Jalalov, M.S.Aslanov
Concerning the determination of the temperature field in a multilayer oil reservoir using heat source injection

 

Many reservoirs employ artificial thermal (heat) methods of bed stimulation to improve the recovery process of oil. In order to understand the different problems of thermal bed stimulation many experiments were carried out and the economic efficiency of hot water injection is established in permeable beds, saturated with high-viscosity oil. There are many theoretical studies using numerical and analytical methods to solve different problems connected with thermal bed stimulation [1,2,5,6 etc.]. Here we present the development of a simple analytical method of calculation of the oil reservoir temperature field in a multi-layer system. The problem of determination of multilayer oil reservoir temperature with variable boundary conditions is considered in the article.

 

K.K.Nurməhəmbətov

"Uzen" yatağında şırnaqlı quyu nasosları qurğularının sınaqdan keçirilməsinin məqsədəuyğunluğunun əsaslandırılması

 

Məlum olduğu kimi, sulaşmanın artması süxurların intensiv olaraq yuyulmasına gətirib çıxarır ki, bu da nəticə etibarı ilə hasil edilən məhsulda mexaniki qatışıqların miqdarının artmasına səbəb olur. Quyuların iş qabiliyyətini saxlamaq və onların istismar etibarlılığını artırmaq üçün xüsusi texnika və ixtisaslaşdırılmış xidmət personalı cəlb edilməklə böyük həcmli təmir işləri və geoloji-texniki tədbirlərin həyata keçirilməsində tələb olunur. Quyuların təmirarası və profilaktikaarası iş müddətinin azaldılması nəticəsində təmir işlərinin sayının artması baş verir ki, bu da insan amili təsirinin artmasına gətirib çıxarır. Müəyyən geoloji-mədən şəraitində yataqların işlənməsində quyuların şırnaqlı nasos qurğuları ilə istismar olunması iqtisadi cəhətdən səmərəli görünür. Konstruktiv xüsusiyyətlərinə görə şırnaqlı nasoslar quyuların təmirlərarası iş müddətinin uzadılmasını təmin edir, etibarlılığı və perspektivliyi ilə fərqlənirlər.

 

K.K.Nurmagambetov
Confirmation of the Uzen field well unit ejector pumps testing expediency

 

It is well known that increased rate of water encroachment causes intensive rock wash-out and, as a consequence, an increase of mechanical admixture content in produced output. To enhance well efficiency and increase operational reliability may require a considerable volume of repair works and geological and technical measures necessitating specialized techniques and service and personnel. This results in a reduction of maintenance and intervention periods and well operation repairs and increases influence of the human factor. In certain geological and field conditions, operating wells using ejector (jet) pumps is cost effective. Ejector (jet) pumps, thanks to their particular construction, are notable for their reliability and provide long period of well operation between maintenance.

 

R.V.Kaşkovskiy

Uçucu aminlər – poladın hidrogen-sulfid təsirindən əmələ gəlmiş korroziyasının səmərəli ingibitoru

 

İşdə müxtəlif həcmli hidrogen-sulfidli qaz-kondensat yataqlarının şəraitini imitasiya edən mühitlərdə aminlərin poladı korroziyadan qoruma qabiliyyəti öyrənilmişdir. CH2S, pH, temperatur, karbohidrogen fazasının mövcudluğu və aqressiv mühitin dinamikasının öyrənilən maddələrin müdafiə qabiliyyətinə təsiri tədqiq edilmişdir. Göstərilmişdir ki, uçucu aminlər müəyyən şəraitlərdə poladın hidrogen-sulfidlə korroziyasına qarşı səmərəli buxar-maye fazalı ingibitorlar ola bilərlər.

 

R.V.Kashkovskiy
Volatile amine-efficient inhibitors of hydrogen sulphide corrosion of steel

 

The protective effect of amines on steel corrosion under simulated conditions of gas condensate fields are reported in this article. The impacts of inhibitor chemical structure, СH2S, рН, temperature and hydrocarbon phase presence on the protective effect of studied compounds were investigated. It is shown that, in some cases, volatile amines are effective vapor-liquid phase inhibitor against hydrogen sulphide corrosion.

 

Ə.A.Məmmədov, Ş.O.Quliyeva, F.T. Əzimov, T.A.Qasımova

Bərk xəlitələrdən hazırlanmış pakerlərin quyu lüləsindən təmizlənməsinin sürətləndirmə mümkünlüyü

 

Neft, qaz və qaz-kondensat quyuların istismarında quyu lüləsinin hermetik bağlanması üçün istifadə olunan əsas elementlərdən biri qazıla bilən pakerdi ki, onun da lazım gələndə quyudan xaric edilməsini xüsusi kəsici alətlə yonmaqla həyata keçirirlər.İşdə müasir üsulların və istifadə olunan analoji alətlərin konstruksiyalarının analizi əsasında avadanlığın yaradılması məsələsinə baxılır. Yeni konstruksiyada əsas element kimi kəsici haşiyə üçün ən effektiv həndəsi parametrlər və bərk xəlitəli qatqı seçilir. Autodesk Inventor proqram kompleksi vasitəsilə kəsici alətə təsir edən yükləmələrin modelləşdirilməsi və kəsmə prosesinin optimallaşdırılması həyata keçirilib.

 

A.A.Mamedov, M.A.Mamedov, Sh.O.Guliyeva, F.T Azimov, T.A.Gasimova
Possibilities to accelerate well bore cleaning from drillable packers made from high-strength alloys

 

A drillable packer is used as the primary element for leak-free shutoff of a well bore during operation of oil, gas and gas-condensate wells. Its removal from a well, if necessary, is carried out by drilling it with a special milling tool.

The article deals with the fabrication of equipment based on the analysis of modern methods and similar tools designs. The most effective geometrics and hard-alloyed component have been selected as a primary element of new design for the cutting edge. The modelling of loads acting on the cutting tool and the cutting operation optimisation have been realized using Autodesk Inventor software.

Ətraf mühİtİn mühafİzəsİ
Environmental protection and safety techniques

M.M.Bağırov, V.R.Qurbanova

Xəzər dənizinin neft-qaz yataqlarının faunası

 

Son 10 - 15 ilin tədqiqatları göstərir ki, dənizin təmizlənməsi üzrə kompleks tədbirlərin həyata keçirildikdən sonra, Xəzərin Azərbaycan sektorunda neft və fenolun qatılığının orta göstəricilərində azalma tendensiyası, bəzi yerlərdə isə onun tamam yox olması müşahidə olunur. Kompleks Tədqiqatlar Laboratoriyası ilə 2000-ci ildən bu günə kimi beş neftqazçıxarma idarələrinə məxsus olan 12 yataqda monitorinq işləri həyata keçirilir. Bu illər ərzində makrozoobentosun növ tərkibi və onun miqdarı Xəzər dənizinin Abşeron və Bakı arxipelaqları adalarında yayılması öyrənilib. 2005 - 2008-ci illər ərzində kompleks hidroloji ekspedisiyalar zamanı Xəzər dənizinin Azərbaycan sektorundan götürülən nümunələrin ilkin emalı zamanı kumkimilərə məxsus olan Volgocuma caspia sp.nov yeni növ aşkar olunmuşdur. Yeni aşkar olunmuş növ Volgocuma cinsinə aiddir. Xəzər dənizində 18 növ Cumacea mövcuddur. Onlardan 2 cins və 6 növ Xəzər dənizi üçün endemikdir. Məqalədə ilk dəfə Volgocuma caspia sp.nov. növünün təsviri verilmişdir və növün aşkar edilən rayonlar və stansiyalar göstərilmişdir.

 

R.M.Bagirov, V.R.Gurbanova
Fauna of oil-gas fields of Caspian Sea

 

According to researches’ results of last 10 - 15 year, after implementation of complex measures on cleaning of sea, average indicators of oil and phenol density are abating, while in some places it doesn’t exist.Since 2000 until today, monitoring works have been conducted in 12 fields of 5 Oil-Gas Extraction Establishments. As a result of these researches, it has been discovered that makrozoobentos and its quantity has spread in the Absheron and Baku archipelagos of Caspian Sea. While working at materials collected during the period of conducted hydrobiological expedition in 2005 - 2008 in Azeri Sector of Caspian Sea, a new species of cumene crustaceas was discovered – Volgocuma caspia sp. nov. This discovered species is of cumene, Volgocuma. In Caspian Sea there are 18 species of Cumacea, distributed among 8 generations. 2 of them and 6 species are endemic for that sea. In the article there is a description of Volgocuma species and areas and stations of its revealing.

 

fundamental elmİ tədqİqatlar
fundamental scientific researches

K.X.Janq, A.Xan, U.Daker

Qaz fazasının nanoölçülü halı

 

Biz göstəririk ki, çox nazik olan (5 - 80 nm) qaz fazası hidrofob cism və su arasında olan sərhəddə uzun müddət (bir saatdan yuxarı) mövcud ola bilər. Biz, kimyəvi eyniliyin, faza vəziyyətlərinin və sıxlığını infraqırmızı spektroskopiyanın köməkliyi ilə təyin edilməsinə imkan verən CO2-dən qaz fazası yaratmışdıq. Orta sıxlıq göstərir ki, qazın təxmini atmosfer təzyiqi altında olması xarici şəraitdə qaz fazasının gözlənilməyən halda uzun müddətli olması ilə izah olunur. Nanoölçülü qaz fazası - qazın həllolma qabiliyyəti müxtəlif olduğu hallarda təkrarən əmələ gəlir.

 

X.H.Zhang, A.Khan, W.A.Ducker
A nanoscale gas state*

 

We show that a very thin (5 – 80 nm) gas phase can exist for a long time (>1 h) at the interface between a hydrophobic solid and water. We create the gas phase from CO2, which allows us to determine the chemical identity, phase state, and density via infrared spectroscopy. The average density reveals that the gas is at approximately atmospheric pressure, which explains the unexpectedly long lifetime of the gas phase under ambient conditions. The nanoscale gas phase is reproducibly created under conditions where gas solubility is varied.

 

* Reprinted with permission from Physical Review Leters 2007, 98, 136101. Copyright 2007 ©American Physical Society. http://prl.aps.org/abstract/PRL/v98/i13/e136101

 

J.V.Q.Tirell, F.Attard

Hidrofob səthlərdə nanoqabarcıqların təsviri və onların qarşılıqlı təsiri

 

Teypinq rejimində atom güc mikroskopiyası ilə hidrofob səthlərin suda əks olunması göstərir ki, onlar yumşaq domenlərlə, ehtimal ki, sıx yığılmış və en kəsikdə qeyri-müntəzəm, əyrilik radiusu təxminən 100 nm, və altlığın səviyyəsindən 20 - 30 nm hündürlükdə olan nanoqabarcıqlarla örtülüblər. Əlavə güc ölçüləri, əvvəlki ölçülərdə müşahidə olunmuş uzaqdan təsir edən hidrofob cazibənin xüsusiyyətlərini, yumşaq toxunuşda sıçrayış və sıçrayışdan qabaq uzaqlaşma daxil olmaqla, göstərir. Sıçrayışın məsafəsi görüntülərin hündürlüyü ilə korreləsiya olunur. Nanoqabarcıqların morfologiyası və onların formalaşmasının vaxt çərçivəsi onların əmələ gəlmə stabilliyini təyin edir.

 

W.G.J.Tyrrell, P.Attard
Images of nanobubbles on hydrophobic surfaces and their interactions*

 

Imaging of hydrophobic surfaces in water with tapping mode atomic force microscopy reveals them to be covered with soft domains, apparently nanobubbles, that are close packed and irregular in cross section, have a radius of curvature of the order of 100 nm, and a height above the substrate of 20–30 nm. Complementary force measurements show features seen in previous measurements of the long-range hydrophobic attraction, including a jump into a soft contact and a prejump repulsion. The distance of the jump is correlated with the height of the images. The morphology of the nanobubbles and the time scale for their formation suggest the origin of their stability.

 

* Reprinted with permission from Physical Review Leters 2001, 87, 176104. Copyright 2001 ©American Physical Society. http://prl.aps.org/abstract/PRL/v87/i17/e176104