X Ü L A S Ə L Ə R - A B S T R A C T S

Neft - qaz yataqlarının geologiyası, GEOFİZİKASI VƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ -
Oil and gas fields exploration, geology and geophysic

 

A.Ə.Rzayev
Kiçik Qafqazın şimal-şərq yamacının alt təbaşir çöküntülərinin paleocoğrafi toplanma şəraiti

Praktikada geniş tədbiq olunan litofasiyal üsulu qüsursuz deyil. Litofasiyal xəritələri o halda dəqiq olurlar ki, istifadə olunan kəsilişlər bir komponentlə təqdim olunur. Çoxkomponentli xəritəalmada litofasiyalar arasında sərhəddin çəkilməsində çətinlik yaranır. Bu səbəbdən Kiçik Qafqazın Şimal Şərq yamacının erkən təbaşir dövrünün paleocoğrafi xəritəsi qurulmuşdur. Bu üsulla qurulan litofasiyal xəritələrdən terrigen materialların hansı istiqamətdən gətirilməsi, yuyulma sahələri müəyyən edilmışdır.

A.A.Rzayev
Paleogeographical conditions of sedimentation of Lower Cretaceous deposits at north-east slope of Low Caucasus

Widely applicable in practice method of lithofacies isn’t free of shortcomings. Lithofacies maps occur rather precise only in case, when all sections, in accordance with which the maps were drawn up, are presented by one component. When multicomponent system mapping, difficulties emerge on examination of borders between different lithofacies. Therefore, when investigating palaeogeography of Lower Cretaceous period and conditions of Low Caucasus sedimentation deposits isentropic lithofacies maps were drawn up. The maps allowed determining direction of materials drifting, marking out dry land regions and following up terrigenous material classification.

 

Neft VƏ QAZ YATAQLARININ İşlənməsi və İstismarı
reservoir and petroleum  engineering

 

 

G.Ali Mansuri
Neft quyuları və kəmərlərində ağır üzvi çöküntü və asfaltenlərin təmizlənməsi

Məqalədə neftin çıxarılması, nəqli və emalı proseslərində ağır üzvi birləşmələrin təmizlənməsi üsullarının təhlili təqdim edilir. İlk olaraq neft məhsulundan çökən ağır üzvi birləşmələr müəyyən edilir və qeyd edilir ki, bu tərkiblərin ən mürəkkəb komponentləri asfaltenlərdir. Lokal təmizlənmənin altı müxtəlif üsullar qrupu təqdim olunur: (i) neftçıxarma sxeminin dəyişməsi; (ii) kimyəvi emal; (iii) xarici qüvvənin təsiri; (iv) mexaniki emal; (v) istilik emalı; (vi) bioloji emal. Həmçinin çöküntülərinin qarşısının alınması, intensivliyinin azaldılması və təmizlənməsində zəruri və səmərəli ola bilən səkkiz mərhələ təqdim edilir: (a) qabaqcadan proqnozlaşdırma və təhlil; (b) quyunun iki məhsuldar layda tamamlanması; (c) tətbiq etməzdən əvvəl vurulan mayelərin uyğunluq testi; (d) neftçıxarma sxeminin işlənməsində laydakı ağır üzvi birləşmələrin tərkibinin nəzərə alınması; (e) çöküntülərin mexaniki təmizlənmə üsullarının tədbiqi; (f) çöküntülərin həll olunması üçün həlledicilərinin tətbiq edilməsi; (g) isti neft emalı üsulları; (h) ağır üzvi birləşmələrin, xüsusilə asfalten çöküntülərinin qabağını almag üçün dispersantların istifadəsi. Ümumiyyətlə mübarizənin düzqün yolu – proqnozlaşdırılma modelləşdirilməsinin, eksperimentlərin və ləğv edilmə üsullarının birləşilməsinin təhlilindədir.

G.Ali Mansoori
Remediation of asphaltene and other heavy organic deposits in oil wells and in pipelines

In this report the methodologies and analysis for in situ remediation of heavy organics in petroleum production, transportation and processing industries is presented. First the heavy organics which deposit from petroleum fluids are indentified and it is pointed out that the more difficult member of these compounds to deal with are asphaltenes. Six different in situ remediation methods are introduced which include: (i) production scheme alteration techniques; (ii) chemical treatment techniques; (iii) external force filed techniques; (iv) mechanical treatment techniques; (v) thermal treatment techniques; (vi) biological methods. Also eight steps that appear to be necessary and effective in prevention and moderating the severity of the deposition and remediation are introduced which include: (a) Predictive modeling and analysis; (b) dual completion of oil wells; (c) compatibility tests of injection fluids before applications; (d) consideration of the compositional gradient of heavy organics in reservoir in production scheme design; (e) application of mechanical removal technologies for deposits; (f) application of solvent for dissolution of deposits; (g) hot oil treatment of the in situ deposits; and (h) use of dispersant to stabilize the heavy organics, specially asphaltenes from deposition. Overall, a proper route to combat arterial blockage in the oil and gas industry is to consider a combination of prediction modeling, experimentation and remediation.

 

Fan Nqok Çunq, Nquyen Çe Duk, Nquyen Minh Qay
Quyu lüləsinin trayektoriyasının seçilməsi və qum təzəhürünün proqnozu üçün geomexaniki stabillik analizi

Böyük əyrilik radiusuna malik dərin və üfqi quyuların işlənməsində geomexaniki stabillik vacib rol oynayır. Quyu gövdəsinin dağılması, dövretmə itkiləri və qum təzahürü problemi neft istehsalında xərclərin artmasına gətirib çıxarır. Məqalədə Mor-Kolombun (Mohr-Coulomb) qəza kriteriyası üzərində qurulan model üç süni halın müxtəlif gərginlik rejimlərindəki analizi üçün istifadə olunur. Hər bir halda dayanıqsızlığın azaldılması üçün əyilmə bucağı və azimutun analizi aparılır. Quyunun stabil istiqaməti seçildikdən sonra lay təzyiqinin müxtəlif qiymətlərində qumun çıxarılması üçün cari guyudibi təzyiqinin təyin etmək məqsədiilə təhlilər aparılalaq gələcəkdə istismar prosesində qum təzahürünün potensialı proqnozlaşdırılır. Tədqiqatlar göstərir ki, geomexaniki analiz quyu lüləsinin trayektoriyasının seçilməsində və qum təzahürü nəzarətinə dəyərli kömək göstərir.

Phan Ngoc Trung, Nguyen The Duc, Nguyen Minh Quy
Geomechanical stability analysis for selecting wellbore trajectory and predicting sand production

Geomechanical stability plays an important role in the development of long and deep wells. Borehole collapse, circulation losses and sand production are costly problems for the petroleum production. In the study presented here, a model based on Mohr-Coulomb failure criterion is used to analyze wellbore stability for three synthetic cases with different stress regimes. For each case, the analyses are performed to select wellbore inclination and azimuth for instability minimization. After the most stable well direction is selected, the analyses are carried out to determine free-sanding bottomhole flowing pressure (BHP) associated with different values of reservoir pressure in order to predict potential of sanding in the future production process. The study shows that geomechanical stability analysis can provide valuable supports for selecting wellbore trajectory and controlling sand production.

A.Ə.Süleymanov, Ə.A.Abbasov
Mədən məlumatlarının paylanma xüsusiyyətlərinin qiymətləndirilməsi əsasında dinamik proseslərin vəziyyətinin diaqnozlaşdırılması

Əsas texnoloji parametrlərin rəqslərinin paylanmasının dəyişməsi əsasında neftqazçıxarmanın dinamik proseslərinin vəziyyətinin dəyişməsinin diaqnozlaşdırılması əsasında qeyri-parametrik kriteriyalar təklif edilmişdir. İşlənilmiş kriteriyalar assimmetrik paylanması ilə məlumatların təhlili şəraitində tədqiq olunan prosesin vəziyyətinin diaqnozlaşdırılmasına, eləcə də diqər kriteriyaların tətbiqi korrekt və məqsədyönlü olmadıqda imkan yaradır. Təklif edilən yanaşmanın üstünlüyü ondadı ki, onu trendin götürülməsinin müxtəlif metodları ilə çevrilən məlumatlar üçün də istifadə etmək olar. Diaqnostik kriteriyaların tətbiqi model və praktiki misallarda aprobasiya olunmuşdur.

A.A.Suleymanov, A.A.Abbasov
Diagnosing the condition of dynamic processes based on an assessment of the distribution of field data

Non-parametric criteria of diagnosis of dynamic processes variations based on production data
vibrations distribution analysis are introduced in this work. Developed criteria allow diagnosing changes in conditions of investigated process and in case of analysis of data with asymmetric of distribution, and also when other criteria are inapplicable, inexpedient or complicated. The advantage of introduced approach is that it can be used for data transformed by different trend removal methods. Applicability of diagnostic criteria has been tested on both modelled and practical examples of oil and gas production.

V.Q.Joqlo, A.V.Xaleskiy
Pripyat çökəkliyinin duzqatıaltındakı neft yataqlarının timsalında karbonatlı süxur-kollektorlarından neftin çıxarılmasında kapilyar hopdurmanın rolu haqqında

Məqalədə neft yataqlarının karbonatlı süxurlarının islanma qabiliyyəti barədə qısa xülasə verilib. Pripyat çökəkliyinin duzqatıaltındakı neft yataqlarının karbonat çöküntülərinin əməgəlmə şəraitlərinə əsaslanaraq onların islanma qabiliyyətinin qiymətləndirilmə yolları göstərilir. Təsdiq edilir ki, Pripyat çökəkliyinin karbonatlı süxur-kollektorlarından neftin çıxarılması kapilyar hopdurmanın əks axına təsiri hesabına mümkün deyildir.

 V.G.Zhoqlo, A.V.Haletski
About role of capillary impregnation in oil recovery from carbonate reservoirs from the example of subsalt oil deposits in the Pripyatskiy trough

Brief overview of the idea on wettability of carbonate rocks in oil fields has been done. The approaches on assessment of carbonate rocks’ wettability in subsalt oil deposits of the Pripyatskiy trough based on the analysis of their formation conditions have been defined. It is maintained that oil recovery form carbonate reservoirs of the Pripyatskiy trough by means of counterflow capillary impregnation is impossible.


V.C.Abdullayev, D.S.İsmayılov

Plunjerli liftin iş qabiliyyətinə təsir edən amillərin tədqiqi

Neftqazçıxarmada nasos kompressor borularında parafin çökməsi ilə yaranan mürəkkəbləşmələrlə mübarizə aparmaq üçün bir çox üsullardan istifadə olunur. Son zamanlar neft-qaz axınının enerjisindən istifadə etməklə parafinin boru divarlarından mexaniki yolla təmizləyən vasitələrin tətbiqinə maraq xeyli artmışdır. Bu məqsədlə fontan və qazlift üsulu ilə işləyən quyuların qaldırıcı borularında parafin çökməsinin qarşısını qabaqcadan almaq üçün plunjerli qaldırıcılardan istifadə olunması təklif edilir. Bu qaldırıcılarda axının enerjisi hesabına lift boyu aşağıyuxarı hərəkət edən plunjer, quyu məhsulundan ayrılan parafin çöküntülərinin boru divarlarına yapışmasına mane olur və həmin çöküntüləri axınla yer üzərinə qaldırır. Plunjerli liftin iş qabiliyyətinə plunjerin qalxma və düşmə vaxtlarının böyük təsiri vardır. Təqdim olunan işdə, plunjerin qalxma və düşmə vaxtlarının lay-quyu sisteminin parametrlərindən asılı olaraq təyin olunması məsələsinə baxılmış, plunjerin bir iş tsikl üçün sərf etdiyi vaxtın hansı amillərdən asılı olduğu tədqiq edilmişdir.

V.J.Abdullayev, D.S.Ismayilov
Study of factors influencing upon serviceability of plunger lift

A great number of methods for complications control connected with wax accumulation in tubing (string) are used in oil and gas production. Recently interest to utilizing tubing walls wax cleaning means by mechanical method of oil and gas flow energy use. That is why plunger lifts using is suggested for tubing wax accumulation prevention in wells operated by flowing and gas-lift methods. In these lift plunger moving along lift due to flow energy prevents well production wax accumulations from adherence to tubing wells and moves these accumulations to the surface. Time for plunger hoisting and running-in is strongly influenced upon serviceability of plunger lift. In presented work problem of plunger hoisting and running – in time determination is considered depending on well – reservoir system parameters and factors of time required for one plunger cycle is studied.

A.M.Qasımlı, N.İ.Hüseynova, F.Y.Abdullayeva
Azərbaycan yataqlarında mikrobioloji təsir üsulunun tətbiqinin təcrübəsi
(Pirallahı yatağı timsalında)

Məqalədə, Pirallahı yatağında tətbiq edilən mikrobioloji texnologiyadan alınacaq səmərəliliyin keyfiyyət və kəmiyyət metodlarından istifadə etməklə proqnozuna dair tədqiqatların nəticələri verilir. İşlənilən metod, lay sisteminin geoloji-hidrodinamik vəziyyəti və quyuların məhsuldarlığı arasındakı qarşılıqlı əlaqənin aydınlaşdırılmasına əsaslanır. Eyni zamanda, o, hesablamaların avtomatlaşdırılması və süzülmə sahəsinin əsas xarakteristikalarının paylanmasının vizuallaşması prosedurasını özündə cəmləşdirir. Təsirdən əvvəl hər bir quyunun süzülmə sahəsində tutduğu yer qiymətləndirilərək onun gələcək zaman üçün məhsuldarlığı proqnozlaşdırılır. İşlənən məlumatlar biotəsir nəticəsində alınan nəticələr ilə müqayisə olunur. Ranqlar təsnifatı üsulundan istifadə edərək təcrübəvi sahənin quyuları üzrə laydan mayenin sıxışdırılıb çıxarılması şəraitinin əlverişliliyi qiymətləndirilir və quyuların məhsuldarlığı ilə əlaqəsi ümumiləşdirilir. İşlənilmiş metodika neft yataqlarına tətbiq edilən hər hansı üsulun təsirinin ilkin qiymətləndirilməsi üçün istifadə oluna bilər.

A.M.Gasymly, N.I.Guseynova, F.Y.Abdullaeva
Experience of usage of microbiological methods of influence on oilfields of Azerbaijan (case study Pirallahi oilfield)
           
In the article are given the results of workability analysis of qualitative and quantitative methods of prediction of microbiological technology effectiveness. Now it is applied in the Pirallahi oilfield. The developed method is based on interconnection detection detween a geological hydrodynamic condition of reservoir system and producing ability of well. It includes the procedure of calculation automation and visualization of the basic characteristics of filtration field allocation. For each single taken well is being estimated its position on a filtration field and is being predicted its efficiency. The obtained data is being compared with the actual data of influence results. Using a rank qualifications method is being estimated the favored conditions of fluid displacement from the layer and is being generalized its connection with efficiency variations on all wells of the experimental ground. It is possible to recommend the proposed method for a preliminary estimate of other influence methods on the oilfields.

 

 

NEFTİN VƏ QAZIN NƏQLİ, SAXLANILMASI -TRANSPORTATION, STORAGE OF OIL AND GAS

 

Q.Q.İsmayılov, X.İ.Həsənov, S.T.Əliyev
Boru kəmərləri sisteminin işinin səmərləliliyin artırılmasının bəzi yolları

Neft-mədən praktikasında quyuağzından tutmuş neftlərin nəqlə hazırlanması məntəqəsinə kimi bir çox hallarda boru kəmərləri ilə çox fazalı, çox komponentli reoloji cəhətdən mürəkkəb maye və qaz sistemlərinin hərəkətinə rast gəlinir. Bu cür sistemlərinin borularla hərəkəti zamanı onların fiziki-kimyəvi və reoloji xüsusiyyətlərinin dəyişilməsi ilə yanaşı bir sıra mürəkkəbləşmələr də baş verir. Qeyd olunanlar nəql xərclərini artırmaqla yanaşı boru kəmərlərinin səmərəli fəaliyyət göstərməsinə də çox pis təsir göstərir.
İşdə qeyd olunan sistemlərin boru kəmərləri ilə nəqli zamanı səmərəliliyin artırılması məqsədilə mayelərin reoloji xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanmış bir neçə yeni texnologiya və üsullardan bəhs edilir və onların perspektivliyi göstərilir.

G.G.Ismailov, X.I.Hasanov, S.T.Aliev
Some ways of increase of efficiency of functioning of pipeline systems

In practice of operation of oil wells, since a chink and finishing point of preparation of oil to transport, in many cases in pipelines meet much phase, much componental and rheologically difficult liquid and gas systems. At movement of such systems on pipelines simultaneously with change of their physicist - chemical and rheologically features there is also a number of complications. Above noted with increase in transport expenses also very negatively influence efficiency of optimum operating modes of pipelines. In work new technologies and ways for efficiency increase are resulted some at pipeline transport of considered systems taking into account them rheologically features, and their perspectives is marked.

 

kompyuter mühəndisliyi - computer-aided engineering

 

R.İnnes, D.Gilmor, А.Fedoseyev
Mürəkkəb geoloji şəraitdə quyuların layihələndirilməsi

Müasir zamanda quyuların qazma prosesi – zəncirvari əlaqələrdən ibarət mürəkkəb texnikitexnoloji prosesdir ki, bunlardan birinin sıradan çıxması çətinliklərə, qəzalara və nəhayət quyunun ləğvinə səbəb ola bilər. Çox vaxt qazmaçılar anomal yüksək lay təzyiqi (AYLT) olan dərin qatlarda yerləşən layların işlənməsində cətinliklərlə qarşılaşırlar. Bu şəraitdə geoloji və texnoloji şərtlərdən asılı olaraq trayektoriya variantlarının qiymətləndirilməsi məsələsi daha aktualdır. Məqalədə üçölçülü modelin imkanları qazıma məhlulunun (QM) sıxlığına görə təhlükəsiz buraxılma və lay təzyiqi şəraitində qazıma strategiyasını təyin edən ən əhəmiyyətli faktorlardan biri olmaqla, geoloji-texniki tapşırığın (GTT) optimallaşması üçün analiz olunur.

R.Innes, D.Gilmor, А.Fedoseev
Well design in challenging geology

Today’s well drilling is a complicated engineering and technology workflow made up of many chained steps. Failure of any of them leads to drilling problems, downhole failure or well liquidation. Well drilling industry is often challenged during development of deep overpressured (over hydrostatic) reservoirs. The most valuable solution in such conditions is evaluation of well path variants for different geology and technology constraints. This article focuses on how a calibrated 3D pore-pressure volume can be used to optimize well design when pore pressure and mud weight windows are the dominant issues in drilling.

 

fundamental elmi tədqiqatlar -
fundamental scientific researches

 

 

Y.Eyjkel
Mayenin mikro- və nanohidrodinamik sistemlərdə sürüşməsi: son tədqiqatlar və onların tətbiqi mümkünlüyü

Maye sürüşməsinin son təcrübi tədqiqatları, lab-on-a-chip sistemlərinin mikro və nanohidrodinamik komponentlərində tətbiq olunması mümkünlüyü kimi maraqlı nəticələrə gətirib çıxarmışdır. Təcrübələr göstərmişdir ki, hidrofobluğun və səthin qeyri-hamarlığının güclü təsiri, karbonlu nanoborucuqlardan olan membranlar üçün mühüm əhəmiyyət kəsb edə bilər. Təcrübədən əldə edilən məlumatlar klassik və son nəzəri fərziyyələrlə uyğunlaşır. Məqalədə göstərilən tədqiqatların nəticələrinin icmalı təqdim edilir.

J.Eijkel
Liquid slip in micro- and nanofluidics: recent research and its possible implications*

Recent experimental investigations of liquid slip have yielded highly interesting results that can be of great use to both microfluidic and nanofluidic components of lab-on-a-chip systems. Experiments indicated a large influence of wall hydrophobicity and roughness, with a possible special role for carbon nanotube membranes. These experimental data are supported by both classical and recent theoretical considerations. This paper presents a summary of these data.


* Reprinted with permission from Lab Chip , 2007, 7, 299-301. Copyright 2007 Royal Society of Chemistry.

 

A.Aqraval, Q.Makkinli
Atom mikroskopiyası vasitəsi ilə bərk cisim-maye səthində nanoqabarcıqların əmələgəlməsinin tədqiqi

    Atom mikroskopiya (AQM) texnikasının köməyi ilə bərk cisim - maye səthində nanoqabarcıqların əmələ gəlməsi tədqiq edilmişdir. Nanoqabarcıqların əmələ gəlməsi, bərk səthin hidrofobluğundan asılı olduğu kimi, mayenin fazaaltı (subphase) polyarlığından da asılıdır. Nanoqabarcıqların suya buraxılmış hidrofil müstəvi səthində (slisium oksid lövhəsı) əmələ gəlmədiyi halda, onlar hamar hidrofob (silanlanmış) lövhə - su səthində spontan olarag əmələ gəlirlər. Təcrübi müşahidələrdən belə nəticəyə gəlirik ki, AQM ilə müşahidə olunan strukturlar, formalarını dəyişən, hava ilə dolu qabarcıqlardır. Bərk səthin hidrofobluğuna əlavə olaraq, havanın iki qarışan mayedə həll olunması fərqi də nanoqabarcıqların əmələ gəlməsinə gətirib çıxara bilər. Biz müşahidə etmişik ki, nanoqabarcıqlar ın-situ etanolun və suyun mayeli özəkdə qarışmasından sonra su - silisium oksid hidrofil səthində əmələ gəlir.

Nanoqabarcıqların forması eni hündürlüyündən daha çox olan kürənin seqmenti ilə təsvir edilir. Biz, səthin örtük dərəcəsi və əyrilik radiusu daxil olmaqla qabarcığın bir-neçə mühüm parametrlərini qiymətləndirərək, nanoqabarcıqların morfoloji paylanmasını təyin edirik. Biz, nanoqabarcığın mövcud morfologiyasının təzyiqlə idarə olunan axınlarda hidrofob səth boyu sürüşmənin ~ 1-2 mkm uzunluğuna gətirib cıxarması mümkünlüyünü qiymətləndirmək üçün ədəbiyyatda mövcud olan analitik modellərdən istifadə edirik. Ədəbiyyatda məlumat verilən sürüşmənin hesablanmış uzunluğunun təcrubi qiymətlərlə uyğunluğu, hidrofob səthlərdə təcrübi yolla müşahidə olunan maye sürüşməsi, nanoqabarcıqların yaranma sı ilə izah edilə bilər.

A.Agrawal, G.H.McKinley
Nanobubble formation at the solid-liquid interface studied by atomic force microscopy*
     The formation of nanobubbles at solid-liquid interfaces has been studied using the atomic force microscopy (AFM) imaging technique. Nanobubble formation strongly depends on both the hydrophobicity of the solid surface and the polarity of the liquid subphase. While nanobubbles do not form on flat hydrophilic (silicon oxide wafer) surfaces immersed in water, they appear spontaneously at the interface of water against smooth, hydrophobic (silanized wafer) surfaces. From the experimental observations we draw the conclusion that the features observed in the AFM images are deformable, air-filled bubbles. In addition to the hydrophobicity of the solid surface, differences in solubility of air between two miscible fluids can also lead to formation of nanobubbles. We observe that nanobubbles appear at the interface of water against hydrophilic silicon oxide surfaces after in-situ mixing of ethanol and water in the fluid-cell.

The shapes of the nanobubbles are well approximated by spherical caps, with width much larger than the height of the caps. We quantify the morphological distribution of nanobubbles by evaluating several important bubble parameters including surface coverage and radii of curvature. In conjunction, with an analytical model available in the literature, we use this information to estimate that the present nanobubble morphology may give rise to slip lengths ~1–2 μm in pressure driven flows for water flowing over the hydrophobic surface. The consistency of the calculated slip length with the experimental values reported in the literature, suggests that the apparent fluid slip observed experimentally at hydrophobic surfaces may arise from the presence of nanobubbles.
* Reprinted with permission from Materials Research Society Symposium Proceedings, 2006, 899E, Paper 0899-N07-37. Copyright 2006 © Materials Research Society.

O.A.Dışin
Çoxdəyişənli funksiyaların diskret veyvlet-ayrılmasının differensiallanması

Kvadratı ilə cəmlənən funksiyalar sinfinə daxil olan çoxdəyişənli funksiyalar üçün xüsusi törəməli veyvlet-əmsallarının həmin funksiyaların özünün veyvlet-əmsallarının xətti kombinasiyalar şəklində ifadələri alınmışdır. Xətti kombinasiyaların əmsalları ayrı-ayrı dəyişənlərə nəzərən differensiallama operatorunun matrisa elementlərindən xətti asılıdır. Veyvlet-ayrılışı üçün alınmış differensiallama düsturlarının tətbiqi xüsusi törəməli tənliklər üçün sərhəd məsələsinin həlli ilkin məsələnin həllinin veyvlet-əmsallarına nəzərən cəbri tənliklər sisteminə gətirir. Bu tənliklər sistemi dayanıqlı təqribi həllə malikdir. Bu üsulla, xüsusi halda, yeraltı hidrodinamikanın müstəvi və fəzada qeyri-stasionar məsələlərinin təqribi dayanıqlı həlli qurula bilər.

O.A.Dyshin
Differentiation of discrete wavelet-expansion for the functions of many variables

    The representation for wavelet-coefficients of partial derivatives from functions of many variables belonging square summable functions space have received. This representation be
linear combination of function`s wavelet-coefficients with coefficients what linearly depend on matrix elements of differentiate operators relative to separate variables.
Application these differentiation formules of wavelet-expansion reduce the boundary problems for partial derivatives equations to system of alqebraic equations upon look for solution`s wavelet-coefficients which has stable numerical solution. By this method in particular the approximate solution of nonstationary plane and spase problems on underground hydrodinamic will be constructed.