X Ü L A S Ə L Ə R - A B S T R A C T S

Neft - qaz yataqlarının geologİyası,
GEOFİZİKASI VƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ

oil and gas fields exploration, geology and geophysic

E.H.-М.Əliyeva, F.B.Aslanzadə, K.X.Səfərli, S.M.İsmayılova
Abşeron neftli-qazlı rayonu Qırmaki üstü qumlu lay dəstəsi
çöküntülərinin kollektor xüsusiyyətləri

Abşeron NQR Qırmaki üstü qumlu (QÜQ) lay dəstəsi süxurlarının kollektor xüsusiyyətlərini tədqiq edərkən bir sıra qanunauyğunluqlar aşkar olunmuşdur.
Abşeron NQR-nun QÜQ lay dəstəsi çöküntülərində əsasən qumlu-alevritli materiallar üstünlük təşkil edir. QÜQ lay dəstəsi süxurlarının tərkibində alevrolit fraksiyası bir sıra sahələrdə (Qaradağ, Lökbatan, Şubanı, Balaxanı-Sabunçu-Ramanı, Zığ, Maştağa, Buzovna, Qum adası) nisbətən çox, (Quşxana, Bibiheybət, Suraxanı, Qaraçuxur, Mərdəkan dəniz) qumlu fraksiyanın azalması qeyd olunur. Ümumiyyətlə tədqiq olunmuş süxurlar yaxşı kollektor xüsusiyyəti ilə xarakterizə olunur. Belə ki, nümunələrin bir çoxunda məsaməlik 15-20% intervalında, keçiricilik isə 100×10-15m2-dən 300×10-15m2-ə qədər dəyişir.
Süxurların məsaməliliyi onların yatma dərinliyindən asılıdır. Süxurların daha az məsaməliliyi 2000-3000 m intervalındadır. Bu dərinlikdən aşağıda (4000 m qədər) süxurlar bir qədər sıxlaşır və məsaməlilik artır.
Çöküntülərdə karbonatlılığın olması süxurların keçiriciliyini aşağı salır, onun miqdarı 20%-dən çox olarsa, süxurların həcmi-süzülmə xüsusiyyətinə nisbətən pis təsir göstərir. Bu onu deməyə əsas verir ki, Qırmaki üstü qumlu (QÜQ) lay dəstəsi süxurlarında gilli sementdən başqa karbonatlı sement də geniş yayılmışdır. Pelit fraksiyasının miqdarı ilə karbonatlılığın tərkibinin korrelyasiyasından demək olar ki, onlar ilkin sedimentasiya tərkiblidir.
Aparılmış tədqiqat işləri göstərir ki, kollektor xüsusiyyətləri gilli fraksiyanın miqdarından qeyri xətti asılıdır. Bununla belə bu asılılıq xətti xarakter daşımır, süxurların psammit tərkibi üstünlük təşkil edərək neqativ xarakter alır.

E.G.-M.Aliyeva, F.B.Aslanzade, K.H.Seferli, S.M.Ismayilova
Reservoir properties of PostKirmaki Sand Suite in the Absheron oil-gas bearing region

As a result of study of the reservoir properties of PostKirmaki Sand (NKP) Suite in the Absheron oil-gas bearing region a number of regularities has been recorded.
Sediments of NKP of Absheron oil-gas bearing region generally presented by sandy silty material. Relatively big amount of silt fraction is recorded on Qaradag, Lokbatan, Shubani, Balakhny-Sabuchi-Ramana, Zix, Mashtaga, Buzovna, Qum Adasi fields. On the other fields (Qushkhana, Bibiheybet, Surakhany, Qarachukhur, Merdeken-deniz) decreasing of sand fraction is observed.
Sediments of NKP Suite are characterized by the good reservoir properties in general: porosity, on average, is 15-20%, permeability – 100-300×10-15 m2.
A clear trend of these sediments porosity change with the depth is observed. The lowest porosity has been recorded in the interval 2000-3000 m, below (down to 4000 m) which some growth of this parameter’s value has been determined. The presence of clay fraction has a negative effect on the filtration properties of NKP Suite sediments. This effect increases when the sand fraction predominates in the sediments.
The presence of carbonates also has a negative effect on the permeability of the sediments when their contents are over 20%.
Thus, we can affirm that besides mud cement the carbonate cement also has wide occurrence in NKP Suite rocks. Positive correlation between carbonates and pelitic fraction contents testity to primary sedimentary origin of carbonates in NKP suite sediments.

 

M.F. Tağıyev, Q.Ə.Zeynalov
Piroliz məlumatları əsasında süxurların neft-qaz əmələ gətirmə potensialının və karbohidrogenlərin ilkin miqrasiyasının səmərəliliyinin tədqiqi haqqında

Şamaxı-Qobustan rayonunun oliqosen-miosen süxurlarının piroliz məlumatlarının tədqiqi əsasında əmələgəlmiş karbohidrogenlərin neft-ana laylarından emiqrasiya etməsi üçün üzvi maddənin tələb olunan sərhəd qiymətləri müəyyənləşdirilmişdir. Hidrogen indeksinin alternativ interpretasiyasına əsasən Cənubi Xəzər çöküntü hövzəsinin oliqosen-miosen kəsilişində əvvəlki tədqiqatlarda göstərilən orta qiymətlər ilə müqayisədə daha yüksək neft əmələgətirmə potensialına malik layların olduğu aşkar edilmişdir.

M.F.Tagiyev, G.A.Zeynalov
On a pyrolysis-based study of the efficiency of primary migration of hydrocarbons
from source rocks

Pyrolysis data generated on the Oligocene-Miocene sediments in Shamakhy-Gobustan area, Azerbaijan, allowed determining the threshold concentrations of organic material above which effective expulsion of hydrocarbons from source intervals may take place. According to the alternative estimates of Hydrogen Index for the Oligocene-Miocene rock samples in the South Caspian basin there may be layers with higher generative potential than the averaged values of the given index previously indicated.

 

Neft VƏ QAZ YATAQLARININ İşlənməsİ və İstİsmarı-
reservoir and petroleum  engineering

 

 B.Ə.Süleymanov, E.M.Abbasov
Quyuya axının qeyri-ani kəsilməsini nəzərə almaqla neftin su ilə sıxışdırılmasında
quyudibi təzyiqin bərpası

Məqalədə müstəvi-radial neft layında quyudibi təzyiqin bərpası prosesi tədqiq olunur. Quyuya axının qeyri-ani kəsilməsini nəzərə almaqla neftin su ilə sıxışdırılmasında quyudibi təzyiqin bərpası məsələsinin analitik həlli tapılıb.
Göstərilib ki, su-neft kontaktının hasilat quyusuna hərəkəti təzyiqin bərpa əyrilərinin xarakterinə mühüm təsir göstərir. Məqalədə alınan ədədi qiymətlər nisbəti ilə eksperimental və mədən nəticələri arasında yaxşı uyğunluq olduğu göstərilib.
Hasilat quyularına su axınının vaxtının qabaqcadan qiymətləndirilməsı tənliyi alınıb.

B.A.Suleimanov, E.M.Abbasov
Bottom-hole pressure build-up during oil displacement by water with allowance
for non-instantaneous inflow stopping

Process of bottom-hole pressure build-up in flat-radial oil reservoir is investigated in the article. Analytical solution of bottom-hole pressure build-up during oil displacement by water in flat-radial reservoir with allowance for non-instantaneous inflow stopping problem is obtained.
It is shown that moving water-oil contact into producing well has considerable influence upon character of pressure build-up curves. Numerical evaluation showed good conformability with experimental and field results according to obtained in the article equations.
Equation for preliminary estimation of time of water into producing well is obtained.

 

 

V.Q.Joqlo, S.İ.Qrimus, A.V.Xaleskiy
"Eclipse 100" PK-dən istifadə edilməklə tərs məsələlərin həll edilməsi yolu ilə karbonat
çöküntülərının keçiricilik modelinin əsaslandırılması (Belarus Respublikasının Ostaşkoviç neft yatağı timsalında)

İlk dəfə olaraq keçiriciliyin qiymətinə görə Ostaşkoviç neft yatağının semiluks çöküntülərinin qeyri-bircinsliliyinin 4 səviyyəsi aydınlaşdırılmış və kəmiyyətcə əsaslandırılmışdır. Karbonat süxurlarının sıxlıq fərqi üçün keçiricilik əmsalının 0,1-2,0 mD çatlılığın, xətti-lokal zonaları üçün 980-3200 mD, çatlılığın xətti-regional zonaları üçün 3200-5000 mD, ayrı-ayrı quyularin drenaj zonasında çatlı-məsaməli mühit üçün 220 mD qiyməti xarakterikdir.

V.G.Zhoqlo, S.İ.Hrymus, A.V.Haletski
Establishing a permeability model of carbonate sediments by means of solving
an inverse problem and using the "Eclipse 100" software
(exemplified by Ostashkovichi oilfield in Republic of Belarus)

For the first time, based on their permeability differential, four heterogeneity levels have been pinpointed and quantitatively substantiated with regard to Semiluki strata of Ostashkovichi oilfield. It has been found out that the permeability coefficient of dense unsorted carbonates typically reaches up to 0,1-2,0 mD, up to 980-3200 mD in linear-local fractured zones, up to 3200-5000 mD in linear-regional fractured zones, and up to 220 mD in the fractured liminal environment of individual well drainage zones.

 

T.Ş.Salavatov, Əl Səid Qərib
Maye və layın müxtəlif parametrlərinin üfüqi quyularda konusəmələgəlməsi
prosesinə təsirinin öyrənilməsi

Hal-hazırda, üfüqi quyular karbohidrogen yataqlarının işlənilməsində geniş istifadə olunurlar. Verilmiş texnologiyanın istifadə olunmasının əsas məqsədlərindən biri, qaz papaqlı və su basqılı rejimli laylardan karbohidrogen veriminin yaxşılaşdırılmasından ibarətdir.
Şaquli quyularla müqayisədə, üfqi quyulardan istifadə olunmasının üstünlüyü, onların daha çox məhsuldar olmasından və onlara su çatana qədər uzun müddətli istismar olunmasından ibarətdir.
Su və qaz konusunun əmələ gəlməsi daban suların və qaz papağından qazın neft quyularının perforasiya qədər ötüb keçmə hərəkətinin mexanizmi ilə izah edilir. Konusəmələgəlmə əhəmiyyətlı dərəcədə quyuların məhsuldarlığının azalmasına, lay enerjisinin tükənməsinə, layın neftverməsinin azalmasına gətirib çıxarır.
Bu hadisənin qarşısının alınması yatağın son neftverməsinin artırılması üçün zəruridir. Konusəmələgəlmənin texnoloji proseslərə, neftverməyə və işlənmənin iqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsirini nəzərə alaraq, məqalədə quyunun böhran neft və qazın hasilatının hesablanması, su və qaz konusllarının üfüqi quyuların quyu diblərinə tərəf hərəkətlərinin proqnozlaşdırılması üçün kompüter proqramı işlənib hazırlanmışdır.

T.Sh.Salavatov, Al Sayed Ghareeb
Predicting the behavior of water and gas coning in horizotal wells

The applications of horizontal well technology in developing hydrocarbon reservoirs have been widely used in recent years. One of the main objectives of using this technology is to improve hydrocarbon recovery from water and/or gas-cap drive reservoirs. The advantages of using a horizontal well over a conventional vertical well are their larger capacity to produce oil at the same drawdown and a longer breakthrough time at a given production rate.
Coning is a term used to describe the mechanism underlying the upward movement of water and/or the down movement of gas into the perforations of a producing well. Coning can seriously impact the well productivity and influence the degree of depletion and the overall recovery efficiency of the oil reservoirs.
Delaying the encroachment and production of gas and water are essentially the controlling factors in maximizing the field’s ultimate oil recovery. Since coning can have an important influence on operations, recovery, and economics, it is the objective of this paper to develop a computer program for calculating the critical oil (or gas) rate to avoid coning of unwanted fluids into production wells and to predict the behavior of water and gas coning in horizontal wells.

 

A.Ə.Süleymanov, Ə.A.Abbasov
Neftqazçıxarma proseslərinin vəziyyətinin diaqnozlaşdırılmasının bəzi meyarları haqqında

Məqalədə neftçıxarmada zaman sıralarının rəqslərinin fraktal təhlili metodları təklif edilmişdir. Rəqslər şərti olaraq fraktal müstəvisində düzləndirilən və düzləndirilməyən növlərə bölünürlər. Fraktal həndəsə qanunlarına tabe olan rəqslər üçün fraktal ölçülərin hesabat üsulları təklif edilir və məlumatların miqdarından asılı olaraq metodun həssaslığı yoxlanılır. Fraktal ölçülərlə yaxın proseslərin vəziyyətinin qiymətləndirilməsi üçün meyar təklif edilir. Fraktal müstəvidə düzləndirilən və düzləndirilməyən rəqslər üçün dinamik sistemin davranışında olan dəyişikliklərin qeyd edilməsinin aşkaredilmə qabiliyyətinə malik olan qeyri-parametrik meyarlar işlənilib hazırlanmışdır. Təklif edilən meyarlar model və praktik misallarla yoxlanılmışdır. Təklif edilən meyarların hesabat alqoritmi asan reallaşır, bu da mühəndis hesabatlarında praktik əhəmiyyət kəsb edir.

A.A.Suleymanov, A.A.Abbasov
About some criterion on the state of oil and gas production process diagnostics

The topic of this article is fractal analysis methods of time series fluctuations. The fluctuations are conditionally subdivided into two categories: straightening and non-straightening on fractal plane. A method of fractal dimension calculation of time series has been offered. The sensitivity of the method to the volume of data has been assessed. Criterion for estimation of processes conditions with close fractal dimensions has been offered. Non-parametric criterion has been worked out for fluctuations which do not straighten on fractal plane. The criterion is capable of picking out the changes in dynamic system behavior. The application of the suggested criteria has been tested on model and practical examples. A retrospective analysis of a well performance has been carried out as an example of practical application. The calculation algorithm of the suggested criteria is easily realized which is significant in the practice of engineering calculations.

 

F.Q.Həsənov
Nefmədən rezervuarlarının həndəsi formasının yarımmomentli nəzəriyyə
əsasında hesablanması və optimallaşdırılması

Məqalədə neftmədən rezervuarların hesablanması üsuluna baxılmışdır. Göstərilir ki, qeyri - xəttiliyi nəzərə almaqla analitik və yarım analitik üsullarda bir neçə hədd saxlamaq lazım gəldiyi halda sonlu fərqlər üsulunu tətbiq etməklə istənilən sayda həddin təsirini nəzərə almaq olur. Alınmış həlldə materialın real xassəsi və bununla əlaqədar yeni effektlər nəzərə alınır. Həll elastik - plastik deformasiyalar həddi daxilində axtarılır. Sonlu elementlər üsulunu tətbiq etməklə və qeyri - xəttiliyi nəzərə almaqla tənliklər sistemi həll edilir. Ardıcıl yükləmə əsasında yerdəyişmə və müvazinət tənlikləri həll edilir. Xüsusi hal kimi rezervuarın oxa simmetrik yüklənməsinə baxılır və konstruksiya optimallaşdırılır.

F.G.Hasanov
Calculation and optimization of oil tanks on the basis of semimomentless theory of shells

Decisions of wide class concrete practical problems on tanks strength calculation are obtained in the article. Influence of different factors upon tank stressed and distorted state is revealed. General method of thin wall construction linearization with variable parameters, possessing accelerated convergence, is suggested.

 

kompyuter mühəndisliyi - computer-aided engineering

 

I.S.Remeyev
Quyuların geofiziki tədqiqatları zamanı alınmış məlumatların
işlənilməsi, analizi və saxlanılması üçün PRAYM proqramının tətbiqi nəticələri

PRAYM – neftqaz sahəsində geoloji-geofiziki məlumatların yığılması, vizuallaşdırılması, işlənilməsi və saxlanılması üçün Windows mühitində avtomatlaşdırılmış alətdir. Sistemin inkişaf yolu, istifadəçilərin tələbləri nəzərə alınmaqla, geofiziklər, petrofiziklər və geoloqlar üçün güclü, çevik, asan istifadə oluna bilən bir alətin yaradılmasına gətirib çıxarmışdır.
Məlumatların təşkili və onların funksional imkanları, quyuların fəaliyyətinin bütün mərhələlərində (açıq lülə, sementləmə və qoruyucu kəmərlə təchiz olunmuş lülə) QGT məlumatlarının yığılması, təhlili və emalı məsələlərinin həll edilməsinə imkan yaradır.
Daxili məlumatlar bazası bir və çox quyulu əməliyyatlarına imkan yaradır. Meydançaların, quyuların sayı, quyu göstəricilərinin tərkibi və həcmi praktiki olaraq məhdudlaşdırılmır. Müxtəlif məlumatların modellərindən istifadə etmək imkanlarını yaradır.
Modullu arxitektura, müxtəlif mürəkkəbliyə malik iş yerlərinin asanlıqla hazırlanması (quraşdırılmasına) və konkret istifadəçinin tələblərinin yerinə yetirilməsi imkanını verir. Fasiləsiz, laylar üzrə, qarışıq tipli məlumarlar və onların işləmə texnologiyaları dəstəklənir. Kern məlumatlarının istifadəsi üçün də xüsusi vasitələr vardır. Məlumatların işlənməsi üçün qrafaların müstəqil yaradılması və hazır grafalardan istifadə edilməsi imkanları vardır.
DLL, COM standartında və daxili dildə genişləndirmə və inkişaf üçün olan açıqlıq, istifadəçilərə konkret şəraitlərə uyğun olaraq sistemin inkişaf etdirilməsi imkanlarını verir.

I.S.Remeev
PRIME proqram solution for treatment, analysis and storage of the wells
geophisical research data

PRIME is a tool using the Windows environment created for collection, visual representation, processing and storage of geological and geophysical data in the oil industry. Long-term history of improvement the system undergone taking into account users’ requirements resulted in creation powerful, flexible and, at the same time, easy-to-use tool for geophysicists, petrophysicists and geologists.
Collection, analysis and processing of well logging data at all stages of a well life (open hole, cementing or a cased borehole) is what PRIME good at.
The local data base supports one- and multiple-hole manipulations. Number of fields, wells, volume and content of well data is practically unlimited. It may support various data models.
Modular structure makes creation of a workplace easy no matter how complicated it is and which purpose it is created for to meet in the best way any user requirements.
It supports both continuous and formation by formation types of data as well as techniques of their processing including mixed types of data. A special feature of the tool is handling core data. PRIME facilitates creation and handling of a ready made data processing flow by a user himself.
The open code makes PRIME environment universal to facilitate development of new applications. The system open for extension and development within DLL, COM and internal language standard allows users to develop the system’s abilities on their own meeting certain conditions.

 

D.N.Bolotnik, A.V.Rıbnikov, Y.S.Makarova
Üçölçülü geoloji-hidrodinamik modellər əsasında üfüqi quyuların və yan lülələrin layihələndirilməsi, qiymətləndirilməsi və optimallaşdırılması üçün müasir qərarlar

İşdə üfüqi quyuların və yan lülələrin layihələndirilməsi, optimallaşdırılması və qazıma prosesinin müşahidə olunması üçün geoloji-hidrodinamik modelləşdirilməsinin texnologiyaları kompleksi təsvir edilmişdir. Bunun üçün aşağıdakı məsələlər nəzərdən keçirilir:

  1. Üçölçülü geoloji-hidrodinamik modellər əsasında quyuların trayektoriyasının inteqrallaşmış layihələndirilməsi;
  2. Kompyuter modellərində qeyri-müəyyənliyin təyin edilməsi;
  3. Üçölçülü hidrodinamik hesablamalarda üfüqi quyunun lüləsindəki axının nəzərə alınması;
  4. Quyuların qazılması prosesinin monitorinqi;
  5. Üfüqi quyuların qazılması prosesinində struktur modelin dəqiqləşdirilməsi;
  6. Üçölçülü geoloji modellərin lokal yeniləşdirilməsi.

D.N.Bolotnik, A.V.Rybnikov, E.S.Makarova
Modern solutions for planning, evaluation and optimization of horizontal wells
and sidetracks based on 3D geological and flow simulation models

The paper describes set of geomodeling and flow simulation technologies for planning, optimization and steering of horizontal wells and sidetracks. Following technologies are discussed:

  1. Integrated well planning on the basis of 3D geological and flow simulation models:
  2. Uncertainty evaluation using 3D models
  3. Accounting for wellbore flow effects in 3D flow simulation
  4. Drilling monitoring
  5. Updating structural model while drilling horizontal well
  6. Local update of 3D models.

 

D.S.Lebskiy
Axının dinamik modelləşdirməsi əsasında qazla doymuş neftin nəqli üçün
boru kəmərinin layihələndirilməsinə müasir yanaşma

Axının stabilliyinin təmin edilməsi və nəqletmə sistemlərinin boşdayanmaların qarşısının alınması məqsədilə, dünyanın neftqaz və mühəndis şirkətləri tərəfindən OLQA kompleksinin vasitəsi ilə maye axınının dinamik modelləşdirilməsi sistemi istifadə olunur. Bir qayda olaraq, axının dinamik modelləşdirilməsi boru kəmərinin hidravlik diametrinin təyin edilməsi, müxtəlif istismar rejimlərdə boru kəmərlərində mayenin maksimal həcminin hesablanması, həmçinin, digər məsələlərin həlli üçün istifadə olunur.

D.S.Lebskiy
Modern approach to pipeline planing for gas saturated oil transport on
the basis of flow dynamic modeling

Transient multiphase modeling system OLGA is used by oil&gas companies worldwide to provide flow assurance and production shut-in time reduction. Traditionally flow dynamic modeling is used to optimize pipeline hydraulic diameter and equipment allocation, simulate liquid loading for various operation scenarios, wax and hydrates.

 

 

fundamental elmi tədqiqatlar- fundamental scientific researches

 

T.Tanaka, Dj.K.İton
Yeni ölçüsüz ədədi parametrdən istifadə etməklə dispersləşmiş kürələrlə
turbulentliyin modifikasiyalarının təsnifatı

Hissəciklərin təsiri altında turbulentliyin dəyişilməsinin əsas fiziki mənasının izah edilməsi məqsədilə, hissəciklərlə yüklənmiş Navye-Stoks tənliklərinin ölçü analizində istifadə edilməklə yeni ölçüsüz parametrin hissəcikli impuls sayı şəklində təsviri verilir. Hissəciklərin təsiri altında turbulent kinetik enerjinin dəyişildiyi 80 təcrübə ölçü sınaqları keçirilmişdir. Alınan nəticələr əks etdirilməklə açıq-aşkar üç qrupa bölünə bilir. Qeyd edilir ki, turbulentliyin zəifləmə sahəsi, hissəciklərin impulsunun ölçü xarakteristikasının iki kritik mənasını qəbul edən, turbulentliyin iki gücləndirmə sahəsi arasında yerləşir.

T.Tanaka, J.K.Eaton
Classification of turbulence modifications by dispersed spheres using new dimensionless numerical parameters*

A novel dimensionless parameter, the particle moment number Pa, was derived using dimensional analysis of the particle-laden Navier-Stokes equations, in order to understand the underlying physics of turbulence modification by particles. A set of 80 previous experimental measurements where the turbulent kinetic energy was modified by particles was examined, and all results could clearly be divided into three groups in Re-Pa mappings. The turbulence attenuation region was observed between the augmentation regions with two critical particle momentum numbers.

* Reprinted in Russian with permission from Physical Review Letters 2008, 101, 114502. Copyright 2008 American Physical Society.

 

P.Xuang, K.S.Breyer
Elektrolit məhlullarında sürüşmə uzunluğunun birbaşa ölçülməsi

Treyser hissəcikləri və şüşə səthi arasındakı elektrokinetik effektlər və elektrostatik uzaqlaşmalar, velosimetriyaya əsaslanan ölçülərdən alınmış zahiri sürüşməyə gətirib çıxaran mümkün mənbələr kimi təklif edilmlşdir. Velosimetriyanın üçölçülü tam daxili əksetmə texnikasından istifadə etməklə, biz, elektriklə yaranan sürüşmənin effektini submolekulyar səviyyəyə qədər azaltmaq üçün hesablanan ion konsentrasiyasının qeyri-ionogen məhlulları və elektrolit məhlulları və elektrolit məhlulları arasındakı sürüşmənin ehtimal olunan uzunluğunu müqayisə edərək göstərilən fərziyyəni tədqiq etmişik. Göstərildiyi kimi, elektrolitlərin olması sürüşmə uzunluğuna təsir etmir və da şürüşmənin müşahidə edilən sürətinin elektrostatik və elektrokinetik effektlərə görə deyil, həqiqi sərhəd sürüşməsinin nəticəsində əldə edilməsi ehtimalını yaradır.

P.Huang, K.S.Breuer
Direct measurement of slip length in electrolyte solutions*

Electrokinetic effects and electrostatic repulsion between tracer particles and glass surface have both been proposed as possible sources that would lead to false slip results obtained from velocimetry-based measurements. Using a three-dimensional total internal reflection velocimetry technique, we address such a concern by comparing the measured slip lengths between nonionic solutions and electrolyte solutions whose ionic concentrations have been predicted to reduce the electricity-induced slip effect to a submolecular level. It is observed that the presence of electrolytes has no effect on the measured slip lengths, suggesting that the observed slip velocities are most likely not due to electrostatic and electrokinetic effects, but are consequences of true boundary slip.

* Reprinted in Russian with permission from PHYSICS OF FLUIDS 2007, 19, 28104. Copyright 2007 American Institute of Physics.