News Archive
2020-ci ilin III rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri
2020-ci ilin üçüncü rübündə SOCAR tərəfindən 1,8 milyon tondan çox1 neft, 1,8 milyard kubmetrdən çox2 qaz hasil olunmuşdur.
OPEC+ razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında azalma qeydə alınmışdır. Öhdəliklər yalnız xam neft hasilatını əhatə etdiyi üçün qaz hasilatında artım tempi davam etmişdir. Müvafiq dövrdə ölkə üzrə 8,2 milyon tona yaxın3 neft, 8,2 milyard kubmetrə yaxın4 qaz hasil edilmişdir.
Üçüncü rüb ərzində qazma işləri şirkət üzrə 11 min metr5, ölkə üzrə isə 42 min metrə yaxın6 həcmlərdə həyata keçirilmişdir.
Eyni zamanda SOCAR tərəfindən 1,3 milyon tona yaxın7 neft, 827 milyon kubmetrdən çox8 təbii qaz emal olunmuşdur.
SOCAR-ın xammal üzrə ixrac göstəriciləri 3,7 milyon tona yaxın9 neft, 148 milyon kubmetrdən çox10 qaz həcmlərini təşkil etmişdir. 2020-ci ilin 3-cü rübündə ölkə daxilində 2,3 milyard kubmetrə yaxın qaz11 istehlak olunmuş, 3 milyard kubmetrdən artıq12 qaz isə ölkədən ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Rüb ərzində həm də SOCAR-ın müəssisələrindən istehsal olunmuş 571 min ton13 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir.
Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.
11.803.310 ton
21.842.764.000 kubmetr
38.184.440 ton
48.183.295.000 kubmetr
511.105 metr
641.525 metr
71.256.412 ton
8827.481.000 kubmetr
93.637.330 ton
10148.153.000 kubmetr
112.296.008.000 kubmetr
123.012.618.000 kubmetr
13571.471 ton