News Archive

           
                           
                               <br>2018-ci ildə SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlibGallery                            
                           
                               
                               
                                   4 June 2019                                                                    


2018-ci ildə SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib

                               
                               

SOCAR ictimaiyyət qarşısında öhdəliklərinə sadiq qalaraq növbəti - 2018-ci il üçün maliyyə hesabatını açıqlamışdır. Hesabata əsasən, Şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard1 manata çatdırmışdır. Satışların maya dəyəri 105,5 milyard 2 manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard3 manat təşkil etmişdir. Ötən ildə şirkətin əməliyyat gəliri artaraq, 3,6 milyard4 manata çatmışdır. SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olmuşdur. Beləliklə, şirkətin xalis mənfəəti 1,2 milyard 5 manat təşkil etmişdir. Hesabat ilində xam neftin satışından 58,5 milyard6 manat, neft məhsullarının satışından isə 40,1 milyard7 manat əldə edilmişdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olmuş, illəri mənfəətlə başa vurmuşdur. Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, “Şahdəniz-2” layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olmuşdur. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq”. Audit olunmuş maliyyə hesabatlarına görə SOCAR Qrupunun ümumi aktivləri ötən il 62,1 milyard8, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 milyard 9 manat təşkil etmişdir. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə artaraq 24 milyard 10 manata çatmışdır. Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb. SOCAR-ın 31.12.2018-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi nüfuzlu beynəlxalq audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy vermişdir. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci və 2018-ci illərdə davam etdirilən əlavə tədbirlər nəticəsində audit rəyinin 1 ay əvvəl alınmasına nail olunmuşdur. SOCAR-ın 2018-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına bu keçiddə baxa bilərsiniz.

1 - 111,198 milyon manat

2 - 105,468 milyon manat

3 - 2,135 milyon manat

4 - 3,595 milyon manat

5 - 1,224 milyon manat

6 - 58,462 milyon manat

7 - 40,093 milyon manat

8 - 62,136 milyon manat

9 - 13,672 milyon manat

10 - 23,944 milyon manat